OĞRU Oğrular da qonşu evdən keçib, damın üstündə dolaşır, aşağı enməyə məqam gözləyir (Çəmənzəminli); CİBGİR (cibdən oğurluq edən) Böyüklərdən eşitdiklərimə əsasən oğrulara, yaranlara, cibgirlərə, adam öldürənlərə açıq nifrətlə baxardılar (M.İbrahimov); ƏLİƏYRİ (dan.) [Qarovulçu:] Biriki nəfər əliəyri ilə əlaqəyə girib gecələr dəyirmandan unu tay-tay daşıyıb aparırmışlar (H.Abbaszadə); ƏLİUZUN Mişa Həmidə: Neynək, sizdə də inqilab qələbə çalar, əliuzunların qollarını qanırıb dallarında möhkəm bağlayarlar (H.Abbaszadə); ƏYYAR Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdan səpməyə (“Koroğlu”); XIRSIZ Sizcə xırsızlara lazımsa cəza; Dolmuşdur həp dünya; Öylə xırsız bilirmi; çaldığın milyonlarla.. (H.Cavid); XƏSPUŞ (xırda oğru) Qadın onu görmüşdü, gözdən qoymurdu, yanındakılara xəbərdarlıq elədi. “Ağız, ayıq olun, bu gedə xəspuşa oxşayır, bayaqdan buralarda gir-gir girlənir” (H.Abbaszadə).