OBELİSK

сущ. обелиск (суживающийся кверху граненый каменный столб с пирамидально заостренной верхушкой, служащий памятником или архитектурным украшением). Qranit obelisk гранитный обелиск, xatirə obeliskinin açılışı открытие памятного обелиска; əsgər qəbri üstündə obelisk обелиск на могиле солдата
OBAŞDANLIQ
OBERTON
OBASTAN VİKİ
Obelisk
Obelisk — yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. Obelisk adətən daşdan yonulur və kəsikdə çox zaman kvadrat şəkilli olur. Qədim Misirdə yayılmış obelisk saray və məbədlərin qarşısında abidə kimi qoyulurdu. Obelisk Rusiyada XVIII əsrdən geniş yayılmış xatirə abidəsi və monument tipidir. Обелиск // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1906–1913.
Feodosi obeliski
Feodosi obeliski (türk. Dikilitaş) — Konstantinopol Hippodromunun ayrılma səddində qurulan firon III Tutmosun (XVIII sülalə) şərəfinə ucaldılan qədim Misir obeliski. Bu gün Türkiyənin İstanbul şəhərində At meydanı ya da Sultanəhməd meydanı olaraq bilinən ərazidə yerləşir. 390-cı ildə Roma İmperatoru Böyük I Feodosi tərəfindən qurulmuşdur. Konstantinopola Misirdən gətirilən obelisklərin ən yaxşı qorunanıdır. Misir porfirindən hazırlanan ikinci obelisk, İstanbul Arxeoloji Muzeyinin həyətindədir. Onun vəziyyəti Feodosi obeliskinə nisbətdə ideal deyildir. == Təsviri == Bu çəhrayı Asuan qranitindən hazırlanmış bir kvadrat monolitdir. Yuxarıya doğru çəkilən hissə adi piramida ilə bitir. Obeliskin dörd üzünün hamısı Misir iyeroqliflərinin məktubları ilə örtülmüşdür.
Konstantin obeliski
Konstantin obeliski (türk. Örme Dikilitaş) — 32 metr hündürlüyə malik olan bizans obeliski. İlk əvvəllər Konstantinopol ippodromunun qarşısında yerləşirdi. Hazırda isə ərazi Sultanəhməd meydanı adlanır. Abidə İstanbul şəhəri, Sultanəhməd meydanı, İlanlı sütunun yaxınlığında yerləşir. X əsrdə VII Konstantinin dönəmində inşa edilməsi ehtimal edilir. İlk inşa zamanı onun hündürlüyü 32 metr olmuşdur. O dövrdə Vasili Makedonyaninin hərbi qələbələri təsvir edən qızıl örtüklü tunc plitələr ilə bəzədilmişdir. Hazırda sütunun hündürlüyü 21 metrdir. Sütunun üzərində olan qızıl lövhələr 1204-cü ildə təkil olunan Dördüncü Xaç yürüşü zamanı xaçlılar tərəfindən oğurlandıqları və əridildiyi bilinir.
Vulkan obeliski
Vulkan obeliski (rus. вулканический обелиск, ing. volcanic spine) — adətən turş tərkibli, qatı lavanın vulkan boğazından sıxılıb çıxması nəticəsində yaranmış, sivri vulkan çıxıntısı (Martinika adasında Montan- Pele vulk.).

Digər lüğətlərdə