Elmar Qasımov (həkim-oftalmoloq)
Elmar Qasımov (Qasımov Elmar Mustafa oğlu 10 fevral 1962, Bakı) — həkim-oftalmoloq,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru
== Həyatı ==
Elmar Qasımov 1962-ci ildə Bakıda anadan olub, 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S. N. Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Elmi-texniki Oftalmoloji kompleksində "Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri" mövzusunda namizədlik dissertasiyasını və akad. A. P. Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə "Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. E. M. Qasımov tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində tətbiq edir. 232 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 65 elmi işin o cümlədən 6 patentin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 18 fəlsəfə doktoru yetişdirib, 4 elmlər doktorunun elmi məsləhətçisi olmub. Hal-hazırda 5 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 5 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir.
2006-cı ilin mart ayından akad.