Omsk
Omsk — Rusiyada şəhər, Omsk vilayətinin inzibati mərkəzi. 1918-1920 illərdə Rusiya milli hökumətininnin (Ağ Rusiyanın) paytaxtı.
Əhalisinə görə - 1 160 670 (2013) - Sibirdə ikinci, Rusiyada səkizinci yerdədir. İri nəqliyyat qovşağı və sənaye mərkəzidir: yüngül, yeyinti, poliqrafiya, kimya, neftkimya və aviakosmik sənayesi var.
Şəhər Qərbi Sibir düzənliyinin cənub hissəsində, İrtışın Oma qovuşmasında, Omsk vilayətinin cənub hissəsində yerləşir. Başqa şəhərlərlə olan məsafəsi:
Tobolsk - 679 km.
Tümen - 629 km.
Nijnevartovsk - 1483 km.
Kurqan - 543 km.
Petropavlovsk (Qazaxıstan) ~ 256 км
Novosibirsk - 663 km.