Oper

die; -, -n opera
Open-air
Operateur
OBASTAN VİKİ
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. == Tarixçə == Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. == Yaradılması == 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : == Fəaliyyəti == Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.
Harun və Leyla (opera)
Harun və Leyla — Üzeyir bəy Hacıbəyovun altıncı, sonuncu muğam operası. 1915-ci ildə bəstələnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı ərəb dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. 5 pərdəli idi. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Görünür, operanın musiqisi müəllifi qane etməmiş və o, həmin əsəri «musiqili pyes» adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükəndiyi fikrinə gələn bəstəkar «Harun və Leyla» dan sonra muğam operası yazmamışdır. == Mənbə == Üzeyir Hacıbərov Ensiklopediyası - «Harun və Leyla» Sərdar Fərəcov - ... Əgər onlar da tamamlansaydı... "yaşasaydı"...
Haskel Azad Kitabxanası və Opera Evi
Haskel Azad Kitabxanası və Opera Evi (ing. Haskell Free Library and Opera House; fr. Bibliothèque et salle d'opéra Haskell) - Viktorian stilində inşa edilmiş tarixi bina. Haskel Azad Kitabxanası və Opera Evi Amerika Birləşmiş Ştatları və Kanadanın sərhəd bölgəsində yerləşir.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. == Süjet == Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. == Personajlar == == I Pərdə == === Ariyalar === №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
II Arşak (opera)
II Arşak — erməni bəstəkarı Tiqran Çuxacyan tərəfindən 1868-ci ildə yazılmış və İstanbulda təqdim edilmiş ilk milli erməni operasıdır. II Arşak Şərq musiqi mədəniyyəti tarixində ilk operadır. Operanın librettosunun müəllifi Tovmas Terzyandır. == Yaradılması tarixi == İlk erməni milli operası olan II Arşak, bəstəkar Çuxacıyanın ən böyük əsəridir. Bəstəkar opera üzərində işi 1868-ci ildə İstanbulda tamamlamışdır. Əsərin iki dilli (italyan və erməni dili) librettosunun müəllifi şair və dramaturq Tovmas Terzyandır. Opera ilk dəfə 1871-ci ildə nəşr edilmişdir. Öz stilinə görə operanın librettosu lirik-dramatik janra aiddir. Terzyanın kitabında verilmiş italyan dilində operanın tamamlanması haqqında qeyd erməni milli operasının yaranması kimi qəbul edilir. Operanın ilk səhnələşdirilməsi 10 mart 1868-ci ildə (əsərin hissələri göstərilmişdi) "Naum" teatrında, italyan opera truppasının ifasında baş tutmuşdur.
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. == Personajlar == == I Pərdə == Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Yapon musiqi tarixində ilk yapondilli operadır. Librettonun müəllifi opera müğənnisi Eyko Aokidir. Rusiya–Yaponiya münasibətlərinə həsr olunmuş opera XVIII əsrdə Rusiyada yaşamış yapon dənizçi Daykokuya Kodayunun həyatı əsasında yazılmışdır == Tarixi == 1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılmış və "Zamanda səyahət" əsərinə görə birinci yeri qazanmışdır. Bundan sonra XVIII əsr yapon dənizçi qəhrəman Daykokuya Kodayu haqqında opera yazmaq təklifini almışdır. Təklif 1990-cı ildə operanın librettosunu yazmış Eyko Aokidən gəlmişdir. Belə ki, o, Rusiya ilə dostluq münasibətlərinin qurulması üçün çalışırdı. Aoki Fərhəng Hüseynova müraciət edərək operanın musiqisinin hamı üçün anlaşıqlı, eyni zamanda orijinal olmasını istəmişdir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokioda yerləşən "Orchard Hall" konsert şəklində baş tutmuşdur. Operanın Rusiyada premyerası 2018-ci ildə Rusiya–Yaponiya qarşılıqlı mədəniyyət ili çərçivəsində baş tutmuşdur.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. == Tarixçə == Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Kral Opera Teatrı
Kral Opera Teatrı ya Kral Opera Teatrı, Kovent Qarden (ing. Theatre Royal, Covent Garden) — 1737 ci ildə əsası qoyulmuş, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, səhnəsində opera və balet tamaşaları oynanılan teatr binası. Ona qısaca olaraq “Kral Operası” və ya “Kral Opera Evi” də deyilir. Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Sonuncu bina 1858 ci ildə inşa edilmişdir. 1990 cı ildə isə bina tamamilə rekoctruksiya edilmişdir. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir. Kral Opera Teatrı binası üçüncü dəfə 1857—1858 ci illərdə Eduard Midlton Barrinin layihəsi əsasında inşa edilir.
Kral Opera Teatrı (Valletta)
Kral Opera Teatrı və ya Kral Teatrı (malta It-Teatru Rjal, it. Teatro Reale ) — Maltanın paytaxtı Vallettada yerləşən opera teatrı və səhnə sənətləri məkanı. Bina ingilis memar Eduard Middleton Barri tərəfindən dizayn edilmiş və 1866-cı ildə qurulmuşdur. 1873-cü ildə binanın daxilində baş verən yanğında olduqca zərər görsə də, 1877-ci ilə qədər bərpa edildi. Teatr 1942-ci ildə II Dünya Müharibəsi zamanı hava bombardmanından birbaşa zərbə aldı. Dağıdılmasından əvvəl, Vallettanın ən gözəl və ecazkar binalarından biri idi. Teatrı yenidən qurmaq üçün bir neçə imtina planından sonra dağıntıları italyan memar Renzo Piano yenidən dizayn etdi və 2013-cü ildə Pjazza Teatru Rjal adı ilə yenidən bir tamaşa məkanı kimi fəaliyyətə başladı. == Tarixi == Binanın dizaynı Kovent Qarden Teatrının memarı Eduard Middleton Barriyə tapşırıldı və klassik dizayn planı 1861-ci ilə qədər tamamlandı. Orijinal planlar dəyişdirilməli idi, çünki teatrın yan tərəfindəki yamaclı küçələr nəzərə alınmamışdı. Bu, Malta memarlarının tərtib etdiyi Strada Reale (indiki Respublika küçəsi) tərəfində bir terasın əlavə edilməsinə səbəb oldu.
Kuzinellus operantis
Kuzinellus operantis (lat. Kuzinellus operantis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Kənan Məmmədov (operator)
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Labrus opercularis
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Leyli və Məcnun (opera)
Leyli və Məcnun (az.-əski. لیلی و مجنون‎) — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.1 "Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır. Operanın ilk səhnələşdirilməsi 12 (25) yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir. 2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilmişdir. == Süjet == === Birinci pərdə === ==== Birinci şəkil ==== Məktəb həyəti.
Macar opera teatrı
Macar dövlət opera teatrı (mac. Magyar Állami Operaház, əvvəl Macar kral opera teatrı) — Budapeştdə yerləşən ən böyük Macar opera evi. Macarıstan Opera binası, 1884-cü ildə, opera qrupu, Milli Teatrdan ayrıldığında, mimar Miklos Iblem tərəfindən tikilmişdir. Onun ilk rejissoru bəstəkar və dirijor Ferenc Erkel, Macarıstanın milli marşının müəllifidir; Ancaq teatr öz müstəqilliyini çətinləşdirdi: az iştirakdan ötəri əhəmiyyətli itkilər yarandı, sənətçilər teatrı tərk etdi. 1888-ci ildə bəstəkar və dirijor Qustav Mahler 1891-ci ilədək bu vəzifəni tutan direktor təyin edildi. Bir sıra islahatlardan sonra, xüsusən Macarıstanda yalnız teatr mərhələsində səsləndirdikləri ilə Mahler iştirak etdi. 1893-cü ildə başqa məşhur dirijor Artur Nikiş teatrın rejissoru oldu. Macarıstan Dövlət Operasında Cakomo Puççini tərəfindən iki dəfə operaları səhnələşdirilmişdir. Fərqli illərdə bu teatrda müxtəlif kompozitorlar, dirijorlar və sənətkarlar Otto Klemperer, Bela Bartok, Lamberto Qardelli, Yanoş Ferençik, Benyamino Cilyi, Eva Marton, Yojef Şimandi və digərləri fəaliyyət göstərirdi. Budapeştdə bir başqa opera evi Erkel Teatrıdır.
Macropodus opercularis
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Macropodus opercularis opercularis
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Manon Lesko (opera)
Manon Leska (it. Manon Lescaut) — Cakomo Puççininin İllika Luici və Marko Praqinin librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından ikincisi sayılır. Librettosu Antuan Fransua Prevonun eyniadlı romanı əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral 1893-cü ildə Turində olmuşdur. Operadakı hadisələr XVIII əsrdə, Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir. == Personajlar == == I Pərdə == Fransanın şimalında yerləşən Amyen şəhərinin poçtunun həyəti. Manon bura qardaşı kral qvardiyasının serjantı Lesko ilə birlikdə gəlir. Burada təsadüfən Manon tələbə de Qrie ilə tanış olur. Manon deyir ki, onun ailəsi onu monastra göndərmişdir və qardaşı ona bu yolçuluqda yoldaşlıq edir.
Metropoliten-opera
Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda, Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş dirijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır.
Modus operandi
Modus operandi — kiminsə iş vərdişləri, xüsusən də biznes və ya cinayət araşdırmaları kontekstində. Bu, iş rejimi və ya tərzi kimi tərcümə olunan latın sözüdür. Bu termin tez-tez polis işində cinayət və cinayətkarların istifadə etdiyi üsulları müzakirə edərkən istifadə olunur. O, həmçinin cinayət profilləşdirilməsində də istifadə olunur, cinayətkarın psixologiyasına dair ipuçları verə biləcəyi güman edilir. Bu, əsasən, ayrı-ayrı şəxslərin cinayət törədərkən, onun açılmasının qarşısını almağa çalışarkən və qaçarkən istifadə etdikləri hərəkətləri ibarətdir. Şübhəli şəxsin "modus operandi"si onun müəyyən edilməsinə, tutulmasına və ya mühakimə olunmasına kömək edə bilər, həmçinin cinayətlər arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər.
Musa Cəlil adına Tatar Opera və Balet Teatrı
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı (tatar. Муса Җәлил исемендәге Татар Дәүләт Опера һәм Балет театры) — Rusiya Federasiyasının ən iri teatrlarından biri. Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşir. == Tarixi == === 1917-ci ilə qədər === Kazanda kütləvi teatr tamaşalarının qoyulmasının başlanğıcı rəsmi olaraq 1791-ci ilə təsadüf edir. Əvvəlcə tamaşalar 400 yerlik xüsusi təchiz olunmuş salonu olan gimnaziya teatrında nümayiş olunurdu. Teatrın öz binası 1803-cü ildə (daş bünövrədə taxta teatr) indiki teatr binasının yerində tikilmişdir. 1842-ci ildə baş verən nəhəng yanğın demək olar ki, bütün şəhəri dağıtmışdır. Bu səbəbdən o illərdəki teatr binaları haqqında məlumatlar çətinliklə əldə edilir. Bu yangından sonra tamaşalar şəxsi evlərdə səhnəyə qoyulurdu. 1845-ci ildə teatrın ilk daşdan binasının təməli qoyuldu.
Muğam operası
Muğam operası — muğamla işlənmiş, psixoloji hadisələrin mahiyyəti, obrazların münasibətləri musiqi və oxumalarla verilən səhnə əsəri. == Tarixi == Dünyada ilk muğam operası Üzeyir Hacıbəyovun Leyli və Məcnun (12 (25) yanvar 1908) əsəri hesab olunur. Operada "Mahur-Hindi", "Rast", "Segah", "Şiraz bayatısı", "Kürdi-Şahnaz", "Çahargah", "Şur" muğamlarından istifadə olunub. Azərbaycanda Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşud banu", "Rüstəm və Söhrab", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası", Cahangir Cahangirovun "Xanəndənin taleyi" muğam operaları vardır. == Mənbə == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. 2017. səh.
Məzhəkəçilər (opera)
Palyaçolar (it. Pagliacci) — şəxsi libretto əsasında italyan bəstəkarı Rucero Leonkavallo tərəfindən bəstələnmiş, iki pərdəli proloqlu opera. İlk premyerası 22 may, 1892 ci ildə Milanda oynanılmışdır. Operanın “Recitar/Vesti la giubba” (“Çıxış vaxtıdır/qiyafətləri geyinmək vaxtıdır”) ariyası opera aləmində çox məşhurdur. Bəstəkar dediyi kimi uşaqlıq təsuratları əsasında bu operanı Pyetro Maskanyinin məzmunca nisbətən oxşar “Kənd saatı” operasından həvəslənərək yazmışdır. Digər bir fikirə görə operanın süjeti 1887 ci ildə Parisdə görmüş olduğu Katyulya Mendesin pyesi əsasında oynalınan tamaşadan götürülmüşdür. Əhvalat İtaliyanın cənubunda, 1865-1870 ci illərdə Montalto kəndində “Müqəddəs Məryəmin göylərə çəkilməsi” günü (15 avqust) baş verir. === Proloq: === Qəflətən orkestrin çıxışının ortasında komediyanın personajı kloun rolunu oynayan Tanino bağlı pərdə önünə çıxaraq tamaşaçılara müraciət edərək operanın yaranma tarixçəsindən danışaraq, müəllifin məqsədinin həyatın özünü göstərmək olmuş olduğunu ərz edir. == I pərdə == Kəndə hoqqabaz artistlər təşrif buyururlar. Kəndlilər onları sevinclə qarşılayırlar.
Nabukko (opera)
Nabukko (it. Nabucco) — Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır. Əsərin ilk premyerası 9 mart, 1842-ci ildə Milanda, La Skala səhnəsində oynanılmışdır. Verdinin sayca III operası olan Nabukko ona böyük şöhrət qazandırmışdır. Operada yəhudi xalqının əzabkeşliyindən, onların babillilərin əsiri olmasından, sonra isə Babil hökmdarı Nabuxodonosorom tərəfindən vətənlərinə dönmələrinə izin verilməsindən danışılır. == Yaranma tarixi == Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğrudan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir.