OSMANLI

сущ. осман, османка. Osmanlılar османы (прежнее название турок, народа, составляющего основное население Турции), османцы
OSETİNCƏ
OSMER
OBASTAN VİKİ
Ceyhun Osmanlı
Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru. Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəyanət Osmanlı
Dəyanət Osmanlı (əsl adı: Dəyanət Osman oğlu Bayramov; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti və jurnalisti. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. Dəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış, bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur. Dəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır. Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir.
Erkin Osmanlı
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur. 2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.
Natella Osmanlı
Natella Osmanlı — Azərbaycan yazıçısı, PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012). Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir. 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.
Natəvan Osmanlı
Natəvan Rahim qızı Osmanlı (Şabran) — AzTV-nin Həmkarlar İttifaqı Konfederasiyasının sədri; teleaparıcı, redaktor, jurnalist. Orta məktəb təhsilini Dəvəçi şəhərində almışdır. İlkin ali təhsilini Təfəkkür universitetinin Jurnalistika fakültəsində almış, sonra həmin universitetin magistr pilləsinin məzunu olmuşdur. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institunun aspirantura pilləsini bitirib. Elmi-tədqiqat fəaliyyəti üzərində işləyir. İkinci ali təsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirməklə almışdır. Ailəlidir.İki qız övladı var. Peşə fəaliyətinə hələ tələbələlik illərindən müxtəlif qəzetlərdə sosial-iqtisadi, mədəni mövzularda çıxış etməklə başlayan Natəvan Osmanlı, Lider TV-də "Əsgər Salamı", "Xeyli Xəbər", "Sabahın xeyir vətən" (2002-2006) proqlamlarında çalışıb, daha sonra fəliyyətini Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Səhər musiqi-informasiya" proqramları baş redaksiyasında "AzTV Səhər" proqramının uzun müddət (2006-2015) aparıcı kimi davam etdirib "1", "2". 2014-cü ildən paralel olaraq həmin proqramın baş redaktoru (2014-2017) vəzifəsində çalışıb. O, 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında mətbuat katibinin rəhbəri seçilib və 2011-ci ilə kimi uğurla davam etdirib.
Osmanlı
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Osmanlı (Sabirabad)
Osmanlı (?–1954), Axmazkənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Axmazkənd Əli Bayramlı rayonunda kənd olub. 1954-cu ilə qədər Osmanlı adlanmışdır. Oykonim axmaz (gol, bataqlıq) və kənd sözlərindən düzəlib, kəndin yaxınlığındakı golun adından yaranmışdır.
Osmanlı (dəqiqləşdirmə)
Osmanlı — Türkiyənin keçmiş adı. Yaşayış məntəqələri Osmanlı İmperiyası — çoxmillətli və çoxdinli Türk dövləti. Osmanlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Digər Osmanlı dili — müasir türk dilindən əvvəl əsasən, indiki Türkiyə ərazisində işlədilən dil. Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299—1923).
Osmanlı (soyad)
Osmanlı — Türkiyənin keçmiş adı; Osman adından yaranan soyad və təxəllüs. Natella Osmanlı — azərbaycanlı yazıçı, bloger, jurnalist Dəyanət Osmanlı — Erkin Osmanlı — Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru.
Osmanlı Arxivi
Osmanlı arxivi — Osmanlı imperiyasının ilk illərindən süqutuna qədər keçən müddətdə imperiyanın imzaladığı müqavilələr, yazılan dəftərlər və digər sənədlərin yer aldığı, baş nazirə tabe olan arxivdir. Arxiv, hazırda rəsmi olaraq Türkiyə baş nazirinin Osmanlı arxivi adlandırılır və Türkiyə Cümhuriyyəti Baş nazirinin Dövlət Arxivləri Baş İdarəsinə tabedir. Arxivin mühafizə edildiyi kompleks İstanbulun Kağıthane rayonunda yerləşir. Osmanlı imperiyasının 600 ildən uzun müddət hökm sürdüyü Balkanlardan Orta Şərqə, Krımdan Şimali Afrikaya uzanan torpaqlarda mövcud olan 40-dan artıq ölkənin tarixi ilə bağlı məlumatlar saxlaması cəhətdən mühüm informasiya mənbəyidir. Saxlanılan 95 milyon sənədin hamısı osmanlıca yazılmışdır. Arxiv, ilk dövrdə Yeddiqüllədə saxlanan arxivlər daha sonra Topqapı Sarayının içində və Sultanəhməd yaxınlığında yerləşən binalara köçmüş, sağlam olmayan şəkillərdə mühafizə edilmiştir. İmperiyanın ilk illərindən 14-cü əsr sonlarına qədər keçən müddətdə arxivlənən sənədlər yox deyiləcək qədər azdır. II Mehmedin səltənətinin başlanğıcı ilə XVI əsrin ortalarına qədər keçən iki yüz illik müddətdə isə bir neçə dəftər və təxminən yüzə qədər sənəd arxivlənmişdir. Osmanlı arxiv işinin nizama qoyulması ancaq Qanuni Sultan Süleyman dövründə baş vermişdir. I Süleymanın səltənəti və sonra hər bir müqavilə, dəftər və bütün sənədlər qorunmağa başlanmıştır.
Osmanlı Donanması
Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu.
Osmanlı Dövləti
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Osmanlı Macarıstanı
Osmanlı Macarıstanı və ya Osmanlı işğalı altında Macarıstan — 1541–1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə olunan cənubi və mərkəzi orta əsr Macarıstan ərazisi Qədim Macarıstan krallığının cənub əyalətləri, "Böyük Macarıstan" və Cənubi Transdanubiya əraziləri tamamilə Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdu. Macarıstan Krallığı Osmanlı tərəfindən zəbt edilmədən əvvəlki sərhədləri günümüzdəki Macarıstanı, Xorvatiyanı, Slovakiyanı, Banat və Transilvaniya ərazilərini əhatə edirdi. Osmanlı imperiyası ilə Habsburqlar arasında Macarıstan krallığının işğalı uğrunda mübarizə 4 dövrü əhatə edir: Birinci dövrə; Qanuni Sultan Süleymanın zəfərləri (1520–1566) İkinci dövrə; "Uzun hərb illəri" adı verilən müharibələr (1593–1606) Üçüncü dövrə; Osmanlı dövlətindəki daxili üsyanlar, inqilablar, səltənət dəyişiklikləri və şərqdə İran ilə aparılan müharibələrin da təsirli olduğu yarım əsrdən artıq davam edən sülh dövrü və Transilvaniya məsələsindən qaynaqlanan müharibələr (1658 −1664) Nəhayət dördüncü dövrə də; İkinci Vyana mühasirəsi ilə başlayan, Türk tarixşünalığında "Fəlakət illəri" adlandırılan, Habsburq dövrü macar tarixşünaslığında isə "Qurtuluş savaşları" adlandırılan və Karlovitsa sülhü ilə bitən müharibələr (1683–1699) daxildir. 20 iyun 1541-ci ildə Qanuni Sultan Süleyman tarixşünaslıqda "Budin yürüşü"a dlanan səfərini həyata keçirdi. Nəticədə Şərqi Macarıstan və Transilvaniyada Osmanlıdan asılı bir dövlət olan "Transilvaniya şəhzadəliyi" yaradıldı. Beləliklə Macarıstanın mərkəz və cənub bölgələri birbaşa Osmanlı torpaqlarına qatıldı və illik vergi ödəmək qarşılığında Ferdinandın qərbdəki hakimiyyəti tanındı. Mərkəzi Budin olan yeni əyalətin ilk bəylərbəyi isə Ramazanoğlu Uzun Süleyman Paşa olmuşdur. Osmanlılar tərəfindən 1541-ci ildə yaradılan Budin əyaləti və 1552-ci ildə yaradılan Timeşvar əyaləti uzun illər boyunca mövcud olmuşdur. Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında 4 iyul 1593-ci ildə başlayan, 11 Noyabr 1606 tarixində Zitvatorok Müqaviləsi ilə sona çatan "Uzun hərbi münaqişələr" dövrünün sonunda; "Yanıq" (1594), "Papa" (1594), "Ziqetvar" (1595), "Əyri" (1596), "Kanija" (1600) bəylərbəylikləri yaradıldı. Lakin 1687-ci ildə Əyri və 1690-cı ildə isə Kanija əyalətləri ləğv edildi.
Osmanlı Sultanları
Osmanlı Sultanları — 1302–1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.
Osmanlı Suriyası
Osmanlı Suriyası — Osmanlı İmperiyasının İşğal etdiyi ərazilərin bir hissəsi. Osmanlı Suriyası, adətən Aralıq dənizinin şərqində, Fərat çayının qərbində, Ərəbistan səhrasının şimalında və Tavr dağlarının cənubunda bölgə olaraq təyin olunan Osmanlı İmperatorluğunun Levant daxilindəki bölünmələrinə aiddir. Osmanlı Suriyası, XVI əsrin əvvəllərində Məmlüklər tərəfindən fəth edildikdən sonra Osmanlılar tərəfindən Dəməşq əyalətinin bir vilayəti olaraq təşkil edildi. 1534-cü ildə Hələb əyaləti ayrı-ayrı vilayətlərə parçalandı.Trablus əyaleti 1579-cu ildə Dəməşq əyalətindən meydana gəldi və daha sonra Adana əyaleti Hələbdən ayrıldı. 1660-cı ildə Safed əyaləti quruldu və qısa müddət sonra Sidon əyaləti adlandırıldı;1667-ci ildə Dağlıq Livan Əmirliyi Sidon əyaləti daxilində xüsusi muxtariyyət statusu aldı, lakin 1841-ci ildə ləğv edildi və 1861-ci ildə Qüds sancağı olaraq yenidən quruldu. Suriya əyeletləri sonradan 1864-cü ildəki Tənzimat islahatlarından sonra Suriya vilayəti, Hələb vilayəti və Beyrut vilayətinə çevrildi. Nəhayət, 1872-ci ildə Qüds sancağı Suriya vilayətindən xüsusi statusa malik muxtar bir idarəyə ayrıldı. 1516-cı ildən əvvəl Suriya (bölgə) Aşağı Misirdə yerləşən Məmlük imperiyasının bir hissəsi idi. Suriyanın şimalındakı Hələb yaxınlığındakı Mərcidabık döyüşündə Məmlüklərı məğlub etdikdən sonra Osmanlı sultanı I Səlim Suriyanı 1516-cı ildə fəth etdi. I Səlim Məmlüklərə qarşı qələbə çaldı və 1517-ci ildə Ridaniyə döyüşündən sonra Misiri fəth etdi, Məmlük Sultanlığına son verdi.
Osmanlı Tripolitaniyası
Osmanlı Tripolitaniyası — Liviyanın Osmanlı dövründəki müstəmləkə adı.
Osmanlı Türkcəsi
Osmanlı türkcəsi, (عثمانلیجه/عثمانلوجه) Lisân-i Türki Osmânî (لسان توركى عثمانى) və ya "Qanun-i Əsasi"-də adı keçdiyi kimi Türk dili (Türkcə - توركجه) — müasir türk dilindən əvvəl əsasən, indiki Türkiyə ərazisində işlədilən dil. Osmanlı türkcəsi Osmanlı İmperiyasının rəsmi dili idi. Bu dildə çox sayda ərəb və fars sözləri işlədilirdi. Osmanlı türkcəsi Osmanlı İmperiyasında yaşayan çoxsaylı xalqların ortaq dili kimi yaranmışdır. Osmanlı əlifbası ərəb əlifbasının dəyişdirilmiş formasından hazırlanmışdı. O dövrlərdə Osmanlı türkcəsi ilə həmin dövrün Azərbaycan ədəbi dili çox yaxın idilər.
Osmanlı Türkləri
Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299–1922). Osmanlı dövlətinin yaranması ilə bağlı bu dövlətdə yaşamış türklərə sonradan qoyulan addır. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu yarandı. Osmanlı imperatorluğunun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdur. Osmanlı türklərinin adı Xudat bəyin adı ilə bağlıdır. Hal-hazırda keçmiş Osmanlı türk tayfalarından yalnız "Xudat-zadə" nəslinin adı çəkilir. Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Ərtoğrulun oğlu Osman bəy (1281–1328) qayıların başçısı kimi ilk növbədə Əskişəhər-İraq yolunu ələ keçirdi və Koniya sultanlığına son qoydu. 1299-cu ildə öz adı ilə Osmanlı dövlətinin istiqlalını elan etdi. Osman sülaləyə, dövlətə, millətə, dilə öz adını verdi.
Osmanlı Xilafəti
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Osmanlı Yunanıstanı
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti) — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi. Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
Osmanlı bayrağı
Osmanlı imperiyasının bayraqları — Osmanlı imperiyasının mövcudiyyəti boyunca istifadə etdiyi müxtəlif bayraqlar. Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi müəyyən bayrağı yoxdur. Sultanların suvernelik əlamətləri olaraq müxtəlif tuğ, tuğra və sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir. Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774) dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim (1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq rəsmi Osmanlı bayrağı edildi. Bu bayraq hələ də Türkiyə Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın geometric xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə hüququ baxımdan standartlaşdırılmışdır.
Osmanlı bəyliyi
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Qəfəs (Osmanlı)
Qəfəs — Osmanlı İmperiyası hərəmi içində taxta çıxması ehtimal edilən şahzadələrin mühafizəçilər tərəfindən davamlı olaraq ev həbsində saxlandıqları yerdir. Osmanlıda 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələr üçün yeni bir dövr başladı. "Qəfəs həbsi" dövrü! Osmanlı İmperiyasında şahzadələr uzun illər qəfəs həyatı yaşamışdır.. İmperiyanın ilk dövrlərində Fateh Qanunnaməsində göstərildiyi kimi, səltənətin varlığının davam etdirilməsi üçün qardaş qətli tətbiq edilmişdir. Yeni taxta çıxan sultanın özünə gələcəkdə rəqib ola biləcək qardaşlarını bir arada öldürməsi tez-tez baş vermişdir. Ancaq bu yalanlar səbəbindən taxt-tacın varisləri azalmış və Osmanlı nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdır. Mümkün varislərin qəfəsdə ev həbsində tutulması sistemi sülalənin sürməsinin güvənci olmuşdur. Ancaq bu dəfə də taxta keçən yeni hökmdarların xalqdan qopuq və dövlət rəhbərliyindən xəbərsiz olması problemləri baş qaldırmışdır. Sultan I Əhməd xanədan vərəsəlik sistemini dəyişdirib qardaş qətli qanununu ləğv etmiş, bunun əvəzinə əkbəriyət və əşrədiyət əsasları əsasən taxta keçilməsi və qəfəs sistemini gətirmişdir.
Voyvoda (Osmanlı)
Voyvoda — Osmanlı imperiyası dövründə xəzinəyə məxsus ərazi ilə sultan, xanım sahibə, böyük vəzir, vəzir, bəylər və sancaqbəyilərin ərazilərinin gəlirlərini toplamaq üçün təyin edilmiş məmurlar idi. Bunların həmçinin ərazinin olduğu yerin nizamını və təhlükəsizliyini təmin etmək vəzifələri də var idi. Voyvodalar bölgələrinin güclü adamları olduqları üçün bəzən Osmanlı dövlətinə problemlər də yaratmışdırlar.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Bir Zamanlar Osmanlı
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar Osmanlı (teleserial)
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar Osmanlı (teleserial, 2012)
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Birinci Osmanlı-Misir müharibəsi
Birinci Osmanlı-Misir müharibəsi və yaxud Birinci Suriya müharibəsi — 1831–1833-cü illərdə Osmanlı imperiyası ilə Misir əyaləti arasında Kavalalı Mehmed Əli Paşanın Yunan üsyanı zamanı sultana kömək etdiyinə görə mükafat olaraq Böyük Suriyanı nəzarətə götürməsini tələb etməsi nəticəsində yaranan hərbi münaqişə. Nəticədə Misir qüvvələri müvəqqəti olaraq Suriya üzərində nəzarəti ələ keçirərək Kütahyaya qədər şimala doğru irəlilədilər. Müharibədə Rusiya imperiyası da dolayısı ilə iştirak edib. Kavalalı Mehmed Əli Paşanın hakimiyyəti altında Misir faktiki olaraq Osmanlı imperiyasından asıllılığını minimuma endirmişdi. Misrin müstəqilliyuə can atması sultanın və onun hökumətinin narazılığına səbəb oldu. Hələ 1813-cü ildə Misirlə Ərəbistan vəhhabiləri arasında gedən müharibə zamanı İstanbul Mehmed Əli Paşanı daha sadiq bir fiqurla əvəzləməyə çalışırdı. Sultan Mehmed Əli Paşanın yaxın adamlarından biri olan Lətiv Paşanı Misirə vali təyin etmək haqda fərman verdi. Lakin onun bu cəhdi uğursuzluqla başa çatdı. 1813-cü ilin dekabrında Lətiv Paşa tutuldu və boynu vuruldu. Misir Yunan üsyanı zamanı Osmanlı imperiyasını dəstəklədi.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Dağılma dövrü Osmanlı sədrəzəmləri

Dulqədir əyaləti (Osmanlı)
Dulqədir əyaləti (osman. ایالت ذو القادریه / دولقادر) və ya Maraş əyaləti (türk. Maraş Eyaleti) — Osmanlı imperiyasının əyaləti. XIX əsrdə əyalətin ərazisi 77,352 kvadrat mil (200,340 km2) təşkil edirdi. Dulqədiroğulları bəyliyi 1521-ci ilə qədər müstəqil qalmağı bacaran və 1530-cu ilə qədər imperiyanın tərkibinə tam şəkildə daxil olmayan və Osmanlılara ən boyun əyən sonuncu Anadolu bəyliyi idi. Əyalət 1522-ci ildə yaradılmışdır. Sonradan 1864-cü ildə ləğv edilərək Hələb və Diyarbəkir əyalətləri ilə birləşdirildi.
Durğunluq dönəmi Osmanlı sədrəzəmləri
Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Durğunluq dövrü Osmanlı sədrəzəmləri

Dəlilər (Osmanlı imperiyası)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Geriləmə dönəmi Osmanlı sədrəzəmləri
Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriləmə dövrü Osmanlı sədrəzəmləri

Kərkük qəzası (Osmanlı imperiyası)
Kərkük qəzası (türk. Kerkük Kazâsı) — Osmanlı İmperiyasının Mosul vilayətinin Şəhr-i Zor sancağında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. 1891–ci ildə Parisdə nəşr edilmiş "Asiya Türkiyəsinin inzibati coğrafiyası: Kiçik Asiyada hər bir vilayətin statistikası, təsviri və təhlili" (II cild) kitabında fransız əsilli coğrafiyaşünas və şərqşünas Vital Küne (fr. Vital Cuinet) tərəfindən verilən məlumatlara əsasən ümumi sayı 30.000 nəfər olan qəza əhalisinin 28.000 nəfərini müsəlman türkmanlar, 1.600 nəfərini yəhudilər, 400 nəfərini isə xristian xaldeylər təşkil edirdi. Kərkük şəhərində türk və kürd dillərində, qəzanın kəndlərində həmçinin ərəb və xaldey dillərində danışılırdı. Qəzada ən iri yaşayış yerləri (4730 ev) Kərkük şəhəri, (əhalisi əsasən əkinçiliklə məşğul olan ərəblərdən ibarət) Məlha, (798 ev; kişi cinsindən 1704 nəfər) Altunköprü, (əhalisi kürdlər olan) Şivan və (756 ev; kişi cinsindən 1750 nəfər) Tuzxurmatu kəndləri idi. Vital Künenin məlumatlarına əsasən qəza Kərkük şəhərindən və 310 kəndi əhatə edən 5 nahiyyədən ibarət idi: Altunköprü nahiyyəsi Məlha nahiyyəsi Şivan nahiyyəsi Tuzxurmatu nahiyyəsi Kil nahiyyəsi Vilayet de Mossoul. — Sandjak de Chéhrizor. — Cazas du Sandjak de Chéhrizor.
Ləyaqət medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Milli Osmanlı Teatrı
Milli Osmanlı Teatrı — Milli Həvəskaran Səhnəsi, ya da Səhnə Milliye Osmaniye olaraq da bilinir. II Məşrutə dövründə yaradılan çoxsaylı həvəskar teatr kollektivlərindən biri olan Milli Osmanlı Teatrının qurucusu Rəşad Yaxınlaşdır. Dövrün önəmli oyunçularını özündə toplayan bu teatr əldə etdiyi gəliri xeyriyyə işlərinə xərcləmişdir. Rəhbərləri arasında Benliyan Əfəndi və Vefik Bəy kimi adlar da olmuşdur. İcmanın ilk oyunu Namiq Kamalın məşhur abidə Vətən Yaxud Silistreydi. Oyunun baş rolunu Rəşid Rza, Zəkiyyə rolunu Pisləyir Xanım, başqa rolları də İbnürrefik Əhməd Nuru ilə Abdürrezzak və Çıracıyan bölüşmüşlər. Bir dəfə Hərbi Nəzarəti (bu gün İstanbul Universiteti Mərkəz Binası) parkında həqiqət əsgərlər və toplarla oynanmış bu oyun ki böyük əks-səda doğurmuşdur, İttihad və Tərəqqi Cəmiyyəti xeyrinə nümayiş etdirilmişdir.
Millət (Osmanlı imperiyası)
Millət (türk. millet, ərəb. ملة‎ — milla‎) — Osmanlı imperiyasında "şəxsi hüquq"la bağlı müstəqil məhkəmə. Bunun əsasında hansısa konfessional bir cəmiyyətin öz qanunları əsasında özünü idarə etməsinə icazə verilirdi. Adətən "sistem" adlandırılmasına baxmayaraq, XIX əsrə qədər Osmanlı imperiyasında indi retrospektiv olaraq "millət" adlandırılanların təşkili heç də sistemli deyildi. Əksinə, qeyri-müsəlmanlara bütövlükdə "millət" üçün ümumi struktur olmadan, sadəcə olaraq, öz icmaları daxilində əhəmiyyətli dərəcədə muxtariyyət verilmişdi. İmperiya daxilində müxtəlif dini icmalara uyğun gələn müxtəlif millətlər anlayışı XVIII əsrə qədər ortaya çıxmamışdı. Baxmayaraq ki, XV əsrdə belə bir sistemin mövcud olmadığı indiki ədəbiyyatda qəbul edilir, XIX–XX əsrlərdə millət sisteminin mövcudluğu onu Fateh Sultan Mehmed dövrünə bağlayan çoxsaylı təməl miflərlə əsaslandırılmışdır. XIX əsrdə Osmanlı imperiyasında milliyətçiliyin yüksəlişi zamanı həyata keçirilən Tənzimat islahatları nəticəsində bu termin qanunla qorunan etnolinqvistik azlıq qrupları üçün istifadə edilmişdir. Millət sistemi müasir halından əvvəlki dini plüralizm nümunəsi adlandırılmışdır.
Naxçıvan qəzası (Osmanlı)
Naxçıvan qəzası — Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyaləti nin qəzalarından biri.Nahçıvan Kazası 7 nahiyeden ibarətdi.
Naxçıvan qəzası (Osmanlı imperiyası)
Naxçıvan qəzası — Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyaləti nin qəzalarından biri.Nahçıvan Kazası 7 nahiyeden ibarətdi.

Digər lüğətlərdə