oturub-durmaq
oturuş-duruş
OBASTAN VİKİ
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.

Digər lüğətlərdə