Ozon
Ozon — Atmosferin təxminən 25-30 km-də günəşin ultrabənövşəyi şüalarından alınır. Ozon ultrabənövşəyi şüaları udaraq yer səthindəki canlıları qoruyur.
Oksigen molekulyar oksigenlə birləşir və ozona çevrilir: O²+O------>O
Ozon açıq mavi rəngli,xoşiyli,dadsız molekulyar quruluşlu qazdır.Troposfer və stratosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12–17 km-ə qədər, stratosfer ozonu isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi stratosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin karbohidrogenlərlə
fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen
mənşəlidir (ən çox avtomobillərin yaratdığı).
Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, stratosferdə ozonunun azalması ekoloji
fəlakətlərə gətirib çıxara bilər.