Həsən padşah Bayandur
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Azərbaycan padişahı, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur.
== Həyatı ==
1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir.
Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır:
== Ağqoyunlu dövlətinin yaradılması ==
1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi.
Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.