parlaq surətdə (çox gözəl)

brilliantly с блеском
parça-parça olmaq
parlamağa başlayan ulduz (məşhurlaşmağa başlayan alim, artist və s.)
OBASTAN VİKİ
Çox gözəl hərəkətlər 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
Gözəl
Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir. == Platon gözəllik haqqında == Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir == Heraklit gözəllik haqqında == Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir. == Aristotel gözəllik haqqında == Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır. == Ədəbiyyat == Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.
Çox gözəl hərəkətlər 2 (televeriliş, 2019)
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox gözəl hərəkətlər bunlar (televeriliş, 2008)
Çox gözəl hərəkətlər bunlar — 2008-ci il mayın 28-i Kanal D-də yayımlanmağa başlayan əyləncə televerilişidir. Yılmaz Ərdoğanın rəhbərliyi altında BKM Mutfak aktyorlarının səhnə aldığı verilişdə, əvvəllər izləyicilərdə xal verərək oyunlarda aktiv olmuş, lakin daha sonra bu səhnədən götürülmüş ancaq sketçlər verilmişdir. Yılmaz Ərdoğanın qardaşı Dəniz Ərdoğan, məşhur melodiya olan Kamptoun Reyses adlı Amerikan xalq musiqisinə söz yazmaq surəti ilə, verilişin giriş musiqisini hazırlamışdır. Həmçinində komandanın Çox filim hərəkətlər bunlar adlı tammetrajlı kinoteatr filmidə vardır. 4 sezondan ibarət olan televeriliş 2011-ci il iyunun 26-sı 89-cu seriyasında final edərək çəkimləri dayandırmışdır. Aktyorlar mövzusunu tamamilə özləri yazdıqları sketçləri oynamağa başlayır, və hər oyunun sonunda verilişin aparıcısı olan Yılmaz Ərdoğan izləyicilərin arasından çıxar və aktyorların performanslarının qiymətləndirilməsini istəyər. İzləyicilər qiymətləndirərkən ÇGH (Çox Gözəl Hərəkət), GH (Gözəl Hərəkət) kimi qiymətləndirmələrdən istifadə edirlər. Ən yüksək qiymətləndirmə ÇÇGH (Çox Çox Gözəl Hərəkət), ən aşağı qiymətləndirmə isə Yəniidir (türk. Yanii). ÇÇGH ilk dəfə 6-cı seriyada Əmanət Bomba adlı sketçdə verilmişdir.
Parlaq Zəka
Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir. “Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir. İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. Rayonlarda park və bağlarda rast gəlinir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Parlaq kledoxeta
Parlaq kledoxeta (Cladochaeta candidissima) — Cladochaeta candidissima IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15–40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7–10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır. Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir.
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parlaq qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Parlaq soğan
Parlaq soğan (lat. Allium splendens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Parlaq susüpürən
Parlaq susüpürən (lat. Sterna sumatrana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Parlaq söyüd
Parlaq söyüd (lat. Salix lucida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Diplima lucida (Muhl.) Raf. Pleiarina lucida (Muhl.) N.Chao & G.T.Gong Salix pentandra var.
Parlaq İmzalar
Parlaq şalfey
Parlaq әtirşah
Parlaq әtirşah (lat. Geranium lucidum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Hündürlüyü 15-35 sm, gövdəsi düz və yaxud əyilib qalxandır, yarpaqlar parlaq, çılpaq, qonurtəhər, daha sonra qızarandır. Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, aşağı gövdə yarpaqları görünüşünə görə böyrəkşəkillidir, hissələri əksinəyumurtaşəkillidir, yuxarı hissədə dəyirmiləşmiş və dayaz dairəvi dişlərə kəsilmişdir; yarpaq ayası üst tərəfdən və kənarlardan basıq tüklüdür, daha sonra qızarandır. Yalançı zoğları neştərvaridir, sivriləşmişdir. İkiçiçəkli çiçək saplağının uzunluğu 2-4 sm-dir, meyvə vermə dövründə əyilmiş şəkildə olur. Ləçəkləri çəhrayı rənglidir, əksinəyumurtaşəkilli-uzunsovdur, təpə hissədə dəyirmiləşmişdir. Meyvəsinin tayları arxa tərəfdə torvari qırışlıdır. Toxumları hamardır. Aprel-iyun aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Hər şey çox gözəl olacaq (film, 1998)
Hər şey çox gözəl olacaq - 1998-ci il türk komediya filmi. Cem Yılmazın və Mahsar Alansonum baş rolları bölüşdükləri ilk sinema filmidir. == Mövzusu == Altan qoşulduğu dava sayəsində illərdir görmədiyi qardaşı Nuriylə qarşılaşır. Altan Nurinin işlədiyi dərman anbarını uzun müddət açmağı planladığı bar üçün pul mənbəyi olaraq görür. Müxtəlif cəhdlərdən sonra Nuriylə təzədən yaxınlaşan Altay fərqinə varmadan həm özünü, həm də Nurini təhlükəli macəraların içinə sürükləyir. Nuri və Altan hər şeyin çox gözəl olacağını ümid edərək həyatla mübarizə aparmağa davam edirlər. Bu mübarizə içərisində unutduqları vacib məqamlar da vardır.
Çox dövrlülər
Çox dövrlülər - politsiklik quruluşa malikdir. ATSDR - Toxicity of Polycyclic Aromatic Hydrocarbons (PAHs) U.S. Department of Health and Human Services Fused Ring and Bridged Fused Ring Nomenclature Database of PAH structures Arxivləşdirilib 2005-01-17 at the Wayback Machine National Pollutant Inventory: Polycyclic Aromatic Hydrocarbon Fact Sheet Arxivləşdirilib 2006-05-18 at the Wayback Machine Understanding Polycyclic Aromatic Hydrocarbons Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine NASA Spitzer Space Telescope Astrobiology magazine Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine Aromatic World An interview with Professor Pascale Ehrenfreund on PAH origin of life.
Çox nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə (:) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S. Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (…). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…"" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).
Çox vətəndaşlıq
Bipatrizm (lat. bis- iki dəfə və yun. -πατρίς, yiyəlik halda πατρίδος — vətən, yurd sözlərindən) — roma qanununda, hər biri bu şəxsdən bütün mülki vəzifələrini yerinə yetirməsini tələb edə bilən, eyni zamanda iki dövlətin vətəndaşlığına sahib olan bir şəxsin hüquqi statusu. İkinci vətəndaşlıqdan fərqli olaraq, ikili vətəndaşlıq ölkələr arasında müvafiq müqavilə bazası olduqda icazə verilir. Dövlətlər yuxu vətəndaşlığının əsas prinsipindən irəli gəlir, yəni başqa vətəndaşlığı olan öz vətəndaşlarını yalnız öz vətəndaşları hesab edirlər. Beləliklə, məsələn, Rusiya Federasiyası Konstitusiyasının 62-ci maddəsi , Rusiya Federasiyasının bir vətəndaşının xarici dövlətin vətəndaşlığına sahib olmasını, hüquq və azadlıqlarından məhrum etmədiyini və federal qanunla və ya Rusiya Federasiyasının beynəlxalq müqaviləsi ilə başqa hal nəzərdə tutulmadığı təqdirdə, onu Rusiya vətəndaşlığından irəli gələn vəzifələrdən azad etmir. "Rusiya Federasiyasının Dövlət Qulluğu haqqında" 27 iyul 2004-cü il tarixli 79-FZ Federal Qanununun 16-cı maddəsinə əsasən , bir vətəndaş dövlət qulluğuna qəbul edilə bilməz və başqa bir vətəndaşlıq varsa dövlət qulluqçusu dövlət qulluğunda ola bilməz, dövlət (başqa dövlətlər), əgər Rusiya Federasiyasının beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa. Dövlətlərin bağladığı ikili vətəndaşlıq haqqında beynəlxalq müqavilələrdə ümumiyyətlə ikinci vətəndaşlıq almaq və saxlama imkanları nəzərdə tutulur və münaqişə vəziyyətləri iki dövlətin hər biri tərəfindən öz vətəndaşı hesab etdiyi şəxs üzərində uyğun olmayan öhdəliklər olduqda həll edilir. Münaqişənin həllində istifadə olunan ümumi bir düstur olaraq, hər iki müqaviləçi dövlətin vətəndaşlığından yalnız biri ilə əlaqəli vətəndaş hüquq və vəzifələrinin tanınması istifadə edilə bilər. Məsələn, Rusiya Federasiyası ilə Tacikistan Respublikası arasında 1995-ci il 7 sentyabr tarixli ikili vətəndaşlıq məsələlərinin həlli haqqında Müqavilə.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun Prezidenti.