parıldatmaq
parik
OBASTAN VİKİ
Parıltı süzgəci
Parıltı süzgəci - (ing. glare filter, ru. противобликовый фильтр) – şüşədən, şəffaf polimerdən və ya tordan hazırlanmış və elektron-şüa borusunun şüşə səthinin əks etdirdiyi parıltıları azaltmaq və ya yox etmək məqsədilə displeyin ekranının qabağına quraşdırılan süzgəc. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Parıltı (film, 1980)
Parıltı (ing. The Shining) — rejissor Stenli Kubrikin Stiven Kinqin eyniadlı romanı əsasında 1980-ci ildə çəkdiyi film. Filmdə Cek Torensi Cek Nikolson, Torensin arvadını isə Şelli Dyuval canlandırır. Filmin büdcəsi 19 milyon dollardır. Filmdən təxminən 44 milyon dollar gəlir əldə edilmişdir. Uzun müddət steadicam istifadə edən ilk film "Parıltı" olmuşdur. Ən çox çəkiliş təkrarı edən filmdir. Stenli Kubrik Cek Nikolsonun tualetə balta ilə girməyə çalışdığı səhnənin 127 dublunu etmişdir. Cek Nikolson Shelley Duvall Danny Lloyd Scatman Crothers Barry Nelson Philip Stone Joe Turkel Tony Burton Anne Jackson Lisa & Louise Burns Parıltı — Internet Movie Database saytında.
Qütb parıltısı
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Yaşıl parıltılar
Yaşıl parıltılar — Uralda çıxarılan qiymətli daşlar içərisində demantoid-"almazın oxşarı" (almanca "diamant- almaz sözündən götürülmüşdür) xüsusi yer tutur. Bu almandin, qrossulyar, pirop, spessartin, andradit, uvarovit və başqa mineralların daxil olduğu qranat qrupunun çoxsaylı minerallarından biridir. Demantoi kristala ot rəngli parlaq yaşıl və bəzən sarımtıl-yaşıl rənglər verən dəmir və xrom saxlayırlar. Təknədə yuyularkən demantoidlər tünd-boz dlərşlixin fonunda yaşıl parıltı ilə işıldayır. Günəşli gündə onların parıltısı artır. Demantoidi başqa qranatlardan fərqləndirən əsas əlamət onun almaz parıltısına malik olmasıdır. Yaşıl daşın sərtliyi nisbətən azdır. Moos şkalasına görə, 7-dən çox deyil, sıxlığı isə 3,9 q/sm³-dir. Zərgərlik işlərində cilalamaq üçün 3mm-dən böyük kristallardan istifadə olunur. Onlar şəffafdır, mikroçatlar yoxdur və buna görə də əla növ qiymətli daşlar sayılır.

Digər lüğətlərdə