pianoçu-pedaqoq

pianoçu-pedaqoq
pianoçu-illüstrator
pianoçuluq
OBASTAN VİKİ
Pianoçu
Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Piano iki formada mövcuddur: Royal PianoRoyalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Pedaqoq
Pedaqoq (yun. paidagogos – tərbiyəçi; pais, paidos – uşaq və ago – yönəldirəm, tərbiyə edirəm) — ümumtəhsil, texniki-peşə, xüsusi orta və ya ali məktəb müəllimi, məktəbəqədər müəssisə, internat məktəbi, uşaq evi və ya əmək koloniyası tərbiyəçisi, məktəbdən kənar müəssisə işçisi, pedaqogika problemlərini tədqiq edən elmi işçi. == Həmçinin bax == Pedaqogika == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pianoçu (kitab)
Pianoçu — Polşa-yəhudi pianoçusu və bəstəkarı Vladislav Şpilmanın İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Polşada, Varşavadakı həyatını təsvir edən xatirə kitabıdır. Ailəsi ilə birlikdə Varşava gettosunda yaşamağa məcbur edildikdən sonra, Şpilman Treblinka ölüm düşərgəsinə deportasiya edilməkdən yayınmağa müvəffəq olur və şəhər ətrafındakı gizləndiyi yerlərdən 1943-cü ildə Varşava gettosu üsyanının və Varşava üsyanının şahidi olur. O, pianoda ifasına heyran olan alman ordusunun kapitanı Vilm Hosenfild də daxil olmaqla, dostları və yad adamlarının köməyi ilə xaraba şəhərdə sağ qalır. Kitab ilk dəfə 1946-cı ildə "Śmierć Miasta" adı ilə polyak dilində nəşr edilmişdir.
Eldar Məmmədov (pianoçu)
Məmmədov Eldar Ramiz oğlu (29 noyabr 1969, Bakı) — pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının müəllimi. == Həyatı == Eldar Ramiz oğlu Məmmədov 29 noyabr 1969-ci ildə Bakı şəhərində anadan olmuşdur. 6 yaşdan etibarən 7 saylı uşaq musiqi məktəbinin fortepiano (7 illik) sinfinə qəbul olmuşdur. 1984-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olub və II kursda oxuyarkən Mixail İzrayloviç Basin'in rəhbərliyi altında özfəaliyyet "Abşeron" estrada ansamblının uşaq, bir il sonra böyüklərdən ibarət ansamblın cevrildi və 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Konservatoriyasına daxil olmuşdur. İlk dəfə 1993-cü ildə Niyaməddin Musayevin ''Röya'' ansamblında çalışmağa başlayıb. Daha sonra Vaqif Gərayzadə ilə tanış olduqdan sonra ''Aypara'' qrupunda çıxış etmişdir. Xalq Artistləri Aygün Kazımova və Eyyub Yaqubov, Rüfət Mehdiyev kimi ifaçılarla çalışmışdır. 2 dəfə Rast qrupu ilə Fransanın paytaxı Parisdə ''UNESCO''nun tədbirlərində çıxış etmişdir. 2019-cu ilə qədər Zamiq Hüseynovun ZH qrupunun rəhbəri olmuşdur. 2020-ci ildən etibarən isə Rəsul Əfəndiyevin ''Efendi'' musiqi qrupunun rəhbəridir.
Elmira Səfərova (pianoçu)
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934) — Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Murad Hüseynov (pianoçu)
Murad Fərid oğlu Hüseynov (1 dekabr 1973, Bakı) — Azərbaycan pianoçusu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının xalq artisti (2011),Beynəlxalq Muğam Mərkəzinin direktoru (2011-2023),Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1 mart 2023-dən) == Həyat və yaradıcılığı == Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. M. Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A. Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanmışdır.Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil edir. O, bir çox klassik musiqi festivallarında iştirak etmişdir: Bax Musiqi Festivalı (İstanbul, 2000), Piano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (Hiroşima, 2002), Musiqili Kreml (Moskva, 2004) və s.Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, (Azərbaycan), Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış etmişdir. Onun çıxış etdiyi konsert zalları sırasına P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir.Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Pianoçu (film, 2002)
Pianoçu (ing. The Pianist) — 2002-ci ildə polyak rejissor Roman Polanski tərəfindən çəkilmiş tarixi dram filmi. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilmişdir. Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənməli olur. Vladislav Şpilmanın gizlənməsində çalışdığı Polşa radiosunun əməkdaşlarının və ən əsası isə alman zabiti Vilm Hosenfildin böyük rolu olmuşdur. Film 2002-ci ildə Kann kinofestivalında Qızıl Palma Budağı, 2003-cü ildə Oskar mükafatına, ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatına və digər mükafatlara layiq görülmüşdür. == Məzmun == Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır.
Azər Kərimov (pedaqoq)
Azər Fəzi oğlu Kərimov (29 dekabr 1951, Daşkənd, Basarkeçər rayonu) — Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, texnika elmləri doktoru (1994), professor (1995). == Həyatı == Azər Kərimov 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Qəmgin Fəzinin ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma yurddan ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur. 1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı institututda müəllim vəzifəsini tutması məsləhət görülmüşdür.Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Və Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi vəzifəsinə layiq görülüb. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə "Elm texnika" sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır. Azər Kərimovun elmi işinin əhəmiyyəti hələ sovetlər dönəmində xaricilərin marağını cəlb edib və 1985–1987-ci illərdə Moskva şəhərində xarici dil kursu keçdikdən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə 20 nəfər namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilib.
Camal Əhmədov (pedaqoq)
Camal Məhərrəm oğlu Əhmədov (1 yanvar 1928, Aşağı Əskipara, Qazax rayonu – 5 noyabr 1999, Bakı) — alim, Azərbaycan ədəbiyyatının tədrisi sahəsində görkəmli mütəxəssis, pedaqoji elmlər doktoru (1970), professor (1971). == Həyatı və elmi fəaliyyəti == Camal Məhərrəm oğlu Əhmədov 1928-ci il yanvar ayının 1-də Qazax qəzasının Aşağı Əskipara kəndində anadan olmuşdur. 1935-ci ildə kənd orta məktəbinə getmişdir. 1945-ci ildə Şamxor rayonu Nizami adına Morul kənd məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirmiş, Bakının təhsil ocaqlarında əmək fəaliyyətinə başlamışdır.1952-ci ildə əmək fəaliyyətini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) davam etdirmiş, Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1954-cü ildə "Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsi üsulları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası sahəsində müdafiə olunmuş ilk elmi əsər hesab olunur.1954–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi işləmişdir. 1968–1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında davam etdirmişdir. 1970-ci ildə "Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru elmi rütbəsini almışdır.1998-ci ildə anadan olmasının 70 illiyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilmişdir.Camal Əhmədov 1999-cu il noyabr ayının 5-də Bakı şəhərində vəfat etmişdir.
Məhərrəm Musayev (pedaqoq)
Musayev Məhərrəm Aslan oğlu (1932 – 23 fevral 1991, Ağdam) — Azərbaycan alimi, texnika elmləri namizədi; Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun direktoru (1978-1991). == Həyatı == Məhərrəm Musayev 1932-ci ildə qədim Göyçə mahalının Basarkeçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlub.S.Ağamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Məhərrəm Musayev Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun dərs hissə müdiri (1953-1961), direktoru (1961-1974), Ağdam rayon texniki birliyin rəisi (1974-1978), Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun direktoru (1978-1991) vəzifələrində çalışmışdır. Texnikum hazırda Məhərrəm Musayevin adını daşıyır. 23 fevral 1991-ci ildə Ağdam Şəhərində vəfat etmiş və Ağdam Şəhərində qədim tarixə malik "Qaraağacı" qəbiristanlığında dəfn olunmuşdur. == Kitabları == "Kamillik dünyasına çağırış, yaхud dəryadan damla". Ağdam, 1990. 54 səh. == İstinadlar == == Həmçinin bax == Mikayıl Bayramov, Tofiq Hüseynov və Yunis Rzayevin qudasıdır. Ziyad Abbasovun bacısının yoldaşıdır.
Oqtay Səmədov (pedaqoq)
Oktay Əlipaşa oğlu Səmədov (8 aprel 1957, Bakı) — pedaqogika üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Oktay Səmədov 8 aprel 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə M.F.Axundov adına APRDƏİ-ni (indiki Bakı Slavyan Universitetində) fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1980-ci illərdə Azərbaycan rayonlarının kənd məktəblərində rus dili müəllimi işləmişdir. 1981-1984-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Milli Məktəbdə Rus Dilinin Tədrisi Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı ildə rus dilinin tədrisi metodikası sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir. 1986-cı ildə (M.F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universitetində) əmək fəaliyyətinə başlamış, müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmış, 2000-2006-cı illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin müdiri və universitetin elmi katibi işləmişdir. 2006-2014-cü illərdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 2014-cü ildə Prezident cənab İlham Əliyevin 3 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmuş, 2019-cu ilin yanvar ayına qədər həmin vəzifədə çalışmışdır.
Vidadi Xəlilov (pedaqoq)
Vidadi Cəmil oğlu Xəlilov (d. 25.12.1942, Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru (1994), professor (1997), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2011). == Həyatı == Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Azərbaycan Respublikası Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. Orta ümumtəhsil məktəbini 1959-cu ildə bitirmişdir. 1964-cü ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogika və ibtidai təhsil fakültəsində ali təhsilini başa vurmuşdur. İnstitutun son kursunda oxuyarkən Bakıdakı 7 nömrəli məktəbdə müstəqil pedaqoji fəaliyyətə başlamış (1963), bədii rəhbər və musiqi müəllimi vəzifəsində çalışmışdır. Paralel olaraq bu işi 1966-cı ildə 132 nömrəli məktəbdə də davam etdirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə aspirantura təhsilini uğurla başa vurmuşdur. Bundan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçı (1976) və yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri (1977-2000), 2000-ci ildən 2014-cü ilədək Məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş elmi məsləhətçisi vəzifəsində çalışır.Azərbaycan Alimlər İttifaqının estetika üzrə həmsədri, Təhsil Nazirliyinin məktəbəqədər və ibtidai təhsil üzrə elmi-metodik şurasının sədr müavini, "Məktəbəqədər və ibtidai təhsil" jurnalının redaksiya heyətinin üzvüdür.
Yusif Qazıyev (pedaqoq)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru == Həyatı == Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. == Mənbə == "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
Əhməd Paşa (pedaqoq)
Əhməd Əli oğlu Paşayev (Əhməd Paşa; 14 yanvar 1927, Ardanış – 1997) — pedaqoq, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əhməd Paşa 1927-ci il yanvarın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Doğma kəndində məktəbi bitirdikdən sonra, 1945-ci ildə İrəvanda pedaqoji texnikumu, 1951-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini, 1968-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1942-ci ildə Göyçə mahalının Babacan kəndində dil və ədəbiyyat müəllimi işləmişdir, 1943-1952-ci illərdə öz doğma kəndi Ardanışda dil-ədəbiyyat müəllimi, 1952-1956-cı illərdə Toxluca kəndində, 1956-1966-cı illərdə yenidən Ardanış kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə Şorca kəndində direktor, 1969-1975-ci illərdə Cil kəndində, 1975-ci ildən 1988-ci ilə qədər Ardanış kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 1988-ci ildən təqaüdə çıxması ilə əlaqədar müəllimlik fəaliyyətini dayandırmışdır. Həyatı boyu erməni ayrı-seçkiliyinə, təzyiqlərə və qısqanclığa məruz qalan şair bunların hamısına mərdliklə sinə gərsə də, 1988-ci ildən başlayan deportasiya dövrünə dözə bilmədi, şairin ürəyi 1997-ci ildə əbədi olaraq susdu. == Yaradıcılığı == Əhməd Paşa bədii yaradıcılığa gənc yaşlarından başlamış, "Sülhün günəşi" adlı şeri "Ədəbi Ermənistan" almanaxında dərc olunmuşdur. Satirik və lirik şerləri vaxtaşırı respublika və rayon qəzetlərində, almanaxlarda çap edilmişdir. Bundan başqa "Ədəbiyyat və İncəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" və "Kirpi" jurnallarında şerləri, həmçinin müxtəlif qəzet və jurnallarda elmi-publisistik məqalə və oçerkləri işıq üzü görmüşdür.
Ənvər Abbasov (pedaqoq)
Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). == Həyatı == Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir.
Pianoçu haqqında əfsanə (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. == Məzmun == Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.