PİRİ

"pir" sözü ilə başlanan adların əzizləmə forması (Bu vaxta qədər f. mənşəli hesab edilən "pir" türk sözüdür və "bir" Günəş və ya Tanrı, "pir" "Tanrı" mənasında "od, ocaq" deməkdir).
PİRƏLİ
PİRİM
OBASTAN VİKİ
Dilək piri
Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Oykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi. Kənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi 702 nəfərdir. Baloğlan Rüstəmov Rəsul Quliyev Dilək piri Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgahdır.
Düylün piri
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.
Hadiqaib piri
Hadiqaib piri - Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyarətgah. Hаdiqаib yаşаyış yеrində оlаn аrmud аğаcınа sitаyiş еdilməsi müхtəlif şəkildə həyаtа kеçirilir. Birinci növ sitаyişdə аrmud аğаcının budаqlаrınа müхtəlif rəngli pаrçаlаr bаğlаnılır. İkinci növ nəzirlərin vеrilməsi və qurbаn kəsilməsidir. Sоnuncuyа хüsusilə üstünlük vеrilir. Ахurа kənd əhаlisi qurаqlıq bаş vеrdikdə Hаdiqаib pirinin yаnındа qurbаn kəsir və аllаhа duа еdərək yаğış göndərməsini хаhiş еdir və yаlvаrırlаr.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Həzrətbaba piri
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Miranşah piri
Miranşah piri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraqala kəndindənndən şərqdə, hündür təpənin ətəyində yerləşən ziyarətgah. Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar varımdai- rəvi tağlarla tamamlanmışdır.
Nüsnüs piri
Nüsnüs piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah. Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Onun hündürlüyü 1,5 metr, eni isə 1 metrdir. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası N.V.Xanıkov məlumat vermişdir.
Oxud piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Oxut piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Piri Məmmədov
Piri Məmmədov - (25 yanvar 1940, Alıkənd, Göyçay rayonu – 25 dekabr 2008, Bakı) —Azərbaycan Respublikasının əməkdar jurnalisti,5 may 1977-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Piri Məmmədov 1940-cı il yanvarın 25-də Azərbaycan SSR-də, Göyçayın Alı kəndində anadan olub,Əmək fəaliyyətinə 1965 ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. Daha sonra S.M.Kirov adına ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1969). 1978 ildən “Kommunist” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 1992 ildən fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirən Məmmədov 1996 ildən ömrünün sonunadək “Respublika” qəzetində “Sosial problemlər” şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977 ildə “Qızıl qələm” mükafatı ilə təltif edilib.2008-ci il dekabrın 25-də Bakıda vəfat edib.
Piri Quliyev
Piri Dostməmməd oğlu Quliyev və ya Usta Piri (2 (14) mart 1869, Əmircan, Bakı qəzası – 5 avqust 1951, Bakı) — Azərbaycan neftçisi, qazma ustası, Əmək Qəhrəmanı. 2 mart 1869-cu ildə Əmircanda doğulub. 1885-ci ildən bəri Bakı Neft Şirkətinin barel istehsalında işləyən, 1887–1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı neft yataqlarında qazma ustası, 1904-cü ildən Bakı neft şirkətinin baş qazma ustası. 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak etmişdir. İnqilab zamanı Bakı neft yataqlarında işləyən avadanlıq praktik olaraq məhv edilib və Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər gördü. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə çıxmışdı. Amerikaya gəldikdən sonra, Signal Hill-də qazma müqaviləsi hazırlayıb, daha sonra Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. Piri Quliyev SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən — "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak etmişdir.
Piri Rəis
Piri Rəis (türk. Piri Mühiddin Rəis; 1470, Karaman və ya Gelibolu yarımadası, Mərmərə regionu – 1554, Qahirə) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Böyük Türk dənizçisi və coğrafiyaçısı. Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmedin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad olunmasında və 1517-ci ildə Sultan Səlimlə (1512–1520) birlikdə Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır. Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-coğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında – "Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir" kimi deyilən sözlər onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
Piri Torpağı
Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dənizi və Şimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir. Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır.
Piri kəndi
Piri kəndi (Kəleybər)
Pirmaşa piri
Pirmaşa piri — Culfa rayonunun Camaldın kəndində hündür təpənin üzərində ziyarətgah. Pir müqəddəs şəxsiyyətlərdən birinin qəbri üzərində, müasir üslubda, bişmiş kərpicdən tikilmiş altıüzlü prizma şəklində binadan ibarətdir. Binanın hər bir üzündə yerləşən ensiz pəncərələr onun görünüşünü daha da ahəngdar edir. Pirin çardağı piramida formasında başlıqla örtülmüşdür. Yerli əhalinin məlumatına görə, burada vaxtilə möhrədən tikilmiş bina olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatının tapılması onun uzun müddət ziyarətgah kimi istifadə olunduğunu təsdiq edir. Pirin köhnə tikintilərini və onun ziyarətgaha çevrilməsini, pirin ətrafında olan qəbiristanlıqla eyni dövrə XIV–XVIII əsrlərə aid etmək olar. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 401.
Qaradaş piri
Qaradaş piri — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah. Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır.
Qaş piri
Qaş piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah. Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qəfər piri
Qəfər piri — Culfa rayonunun Milax kəndindən qərbdə ziyarətgah. Pir iri və kiçik qaya parçalarını nizamsız şəkildə düzməklə düzəldilmişdir. Dörd künc fоrmalı оlan pirin küncləri dəyirmiləşdirilmişdir. Girişi cənub-qərb tərəfdəndir. Yerli əhali tərəfindən ziyarət edilən pirə niyyət edilməklə müxtəlif nəzirlər verilir və qurban kəsilir. Pirin ətrafında aşkar оlunan şirli saxsı məmulatı оnu XIV əsrə aid etməyə imkan verir. “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 274.
Qərib piri
Qərib piri — Kəngərli rayonunun Qabıllı kəndində ziyarətgah. Möhrədən tikilmiş dördkünc formalı binadan ibarətdir. Hazırda yarımuçuq vəziyyətdədir. Divarlarında şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Divarların bəzi qisimləri hislənmişdir. Ətrafından orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.
Robert Piri
Robert Piri (6 may 1856[…], Kresson[d], Pensilvaniya – 20 fevral 1920[…], Vaşinqton) — Amerika səyyahı, tədqiqatçısı Şimal qütb tədqiqatçıları içərisində inadkarlığına və cəsurluğuna görə Robert Piriyə bərabər ikinci bir tədqiqatçı tapmaq çox çətindir. Ömrünün 23 ilini şimal qütbünə həsr etmiş Piri hər dəfə məcburi geri qayıtmasına baxmayaraq qütbü fəth etmək inamını itirməmişdir. О, Qrenlandiyanın şimalından iki dəfə keçməklə onun müstəqil ada olmasını müəyyənləşdirmişdir. 1898-ci ildə şimal qütbünə ilk ekspedisiya Kanada Arktika arxipelaqının Qrant torpağından başlayır. Dörd dəfə qütbü fəth etməyə çalışan Piri ekspedisiyaların birində ayaq barmaqlarının yeddisi donduğundan özü tərəfindən kəsilmişdir. Kəskin iqlim şəraiti qarşıya qoyduğu məqsədin yarımçıq qalmasına səbəb olmuşdur. 1905-ci ildə о, "Ruzvelt" gəmisində yenidən şimal qütbünə yola düşür. Qrant torpağının şimal hissəsindəki Şeridan burnunda qışladıqdan sonra yazda yoluna davam edir. Lakin sınmış buzlar onun irəliləməsinə mane olur. Buna baxmayaraq heç kimin çata bilmədiyi 87006/ şimal enliyinə çatmağa müvəffəq olur.
Salatın piri
Salatın piri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.
Yağmur piri
Yağmur piri Culfa rayonunun Teyvaz kəndindən ş.- də ziyarətgah. Pir daş hörgü ilə iki hissəyə bölünmüşdür. Pirin girişi cənub tərəfdəndir. Onun cənub, şərq və qərb divarlarında şam yandırmaq və nəzir qoymaq üçün xüsusi taxçalar düzəldilmişdir. Pirin divarları Azərbaycanın qədim memarlığı üçün xarakterik olan tikinti texnikası ilə tikilmişdir. Divarlar yanlardan iri daşlarla hörülmüş, onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Divarlar bərkidici məhlul olmadan inşa edilmişdir. Pirin arxitektura özəllikləri və daşların şibyə ilə örtülməsi onun uzun müddətdən bəri istifadə edildiyini göstərir. Pirin içərisindəki taxçalarda XII–XIV əsrlərə aid yağdanlara rast gəlinmişdir. Lakin pirin tikilmə tarixi e.ə.
Ziyarət piri
Ziyarət piri — Şahbuz rayonunun Nursu kəndində ziyarətgah. Pirin yerində vaxtilə möhrədən tikinti olmuşdur. Hazırda pir binası bişmiş kərpiclə bərpa olunmuşdur. Girişi şimal tərəfdəndir. İçərisində müsəlman adəti ilə dəfn olunmuş qəbir vardır. İçərisinə xalça döşənmiş və islam müqəddəslərinin şəkilləri asılmışdır. Piri XVIII–XIX əsrlərə aid etmək olar.
Dərə piri (Şahbuz)
Dərə piri, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində ziyarətgah. Şahbuz rayonunun Nursu kəndinin şimalında, dərənin içərisində ziyarətgah. Pirin binası son zamanlarda təmir edilmişdir. Pir binası beşbucaqlı formadadır. Binanın girişi cənub tərəfdəndir. Onun içərisində bir böyük və iki kiçik müsəlman qəbiri vardır. Pirin içərisində həmçinin biri böyük, biri isə kiçik olmaqla iki qara daş vardır. Pır yerli əhalinin müqəddəs ziyarətgahlarından biridir. İnsanlar bura gələrək qurban kəsir və niyyətlərinin hasil olması üçün ziyarət edirlər. Pirin içərisi xalça və palazlarla döşənmiş, islam müqəddəslərinin rəsmləri ilə bəzədilmişdir.
Eldar Piriyev
Piriyev Eldar Rizvan oğlu — azərbaycanlı filoloq, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının professoru. Eldar Piriyev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Filolofiya fakültəsini bitirmişdir. Bir müddət ASE-də elmi redaktor və İranda tərcüməçi işlədikdən sonra 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna işə qəbul olunmuşdur. 1983-cü ildən müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır, 2008-ci ildən Türkologiya kafedrasının professoru vəzifəsində işləyir. 2002-2014-cü illərdə Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur. 1989-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 75-dən artıq elmi məqalə, 4 monoqrafiya, 1 metodik vəsait və 2 dərs vəsaitinin müəllifidir. 2012-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" nominasiyası üzrə diploma layiq görülmüş və qızıl medalla təltif olunmuşdur.
Elsevər Piriyev
Elsevər Mahir oğlu Piriyev (12 iyun 1995; Ağcabədi rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elsevər Piriyev 1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. 2001-2010-cu illərdə C. Həsənov adına Arazbar kənd tam orta məktəbində, 2013-cü ildə isə A. Sultanov adına Kürdlər kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Uğur və Ümüd adında 2 oğlu yadigar qaldı. Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Piriyev oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşən Piriyev
Elşən Şəfalət oğlu Piriyev (24 sentyabr 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Piriyev 1989-cu il sentyabrın 24-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1996-2007-ci illərdə R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. Elşən Piriyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Piriyev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunub.
Emma Piriyeva
Emma Qələndər qızı Məlikova (30 yanvar 1949) — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014). Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Güllü qəbir piri
Güllü qəbir piri - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsidi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər. "Laçınən abidələri - Güllü qəbir piri". az.baku-art.com. İstifadə tarixi: 18 may 2021.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Heydər Piriyev
Heydər Kamal oğlu Piriyev (17 sentyabr 1959 və ya 1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020). Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur. Ailəlidir, 1 oğlu var. 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir. 2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.
Kəmalə Piriyeva
Kəmalə Piriyeva (9 yanvar 1990, Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası. Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub. 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub. 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib. İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur. İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir.
Malik İbrahim piri
Malik İbrahim piri — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin şərqində, Qaradağın ətəyində, eyniadlı qəbiristanlıqda yerləşən ziyarətgah. Ziyarətgah Malik İbrahim qəbiristanlığının mərkəzində böyük bir binadan ibarətdir. Binanın qərb və cənub tərəfində balkon düzəldilmişdir. Cənub tərəfdəki otaqda bir qəbir vardır. Üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün qəbrin kimə məxsus olduğunu müəyyən etmək mümkün deyildir. El arasındakı fikrə görə bu qəbirdə şiələrin üçüncü imamı Hüseynin Kərbalada şəhid olmasından sonra onun qisasını almaq üçün VII əsrin sonlarında başlayan hərəkatın rəhbərlərindən biri olan sərkərdə İbrahim Əjdərin oğlu Malik dəfn edilmişdir. Dini ədəbiyyatdan məlumdur ki, İbrahim Əjdər həlak olduqdan sonra övladları təqib olunmuş, bu səbəbdən də didərgin düşmüş, bəziləri Azərbaycana gələrək orada məskən salmış, oğlanlarından Malik Ordubadda, Malik Əjdər isə Laçın rayonunun Cicimli kəndində dəfn edilmişdir. Cicimli kənd qəbiristanlığında erməni işğalınadək salamat qalan və XI-XII əsrlərə aid edilən Malik Əjdər türbəsi bölgənin məşhur ziyarətgahlarından biri idi. Ordubadda dəfn olunan Malikin qəbri də dəfn olunduğu zamandan ziyarətgaha çevrilmişdir. Qəbir olan binanın qərbdən giriş qapısının baş tərəfində, gəc üzərində rənglə "Malik ibn İbrahim" sözləri yazılmışdır.
Mansur Piriyev
Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. Piriyev Mansur Şahmar oğlu 3 fevral 1979-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsini, BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə və BDU-nun Sosial-fəlsəfə ixtisası üzrə magistraturasını bitirib. Tələbə olduğu illər ərzində bir çox mətbuat orqanlarında çalışmış, KİV-də bir sıra rəhbər vəzifələrdə mövqe tutmuşdur. Tələbəlik illərində bir sıra qəzet və jurnallarda müxbir və məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1998-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin tədris şöbəsində mütəxəssis, 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentinin redaktoru, eyni zamanda "Qarabağnamə", "Zəng", "Həyat tərzi" adlı radio verilişlərinin müəllifi və aparıcısı olmuşdur. 2006-2008-ci illərdə İctimai Televiziyanın elm-təhsil verilişləri departamentinin redaktoru kimi fəaliyyət göstərmiş və "Rəqəmsal dünya", "Hüquq müstəvisi", "Teleportret", "Açıq dərs" və. s verilişlərdə redaktor, aparıcı və ssenari müəllifi kimi çalışmışdır. 2010-cu ildən 2016-cı ilədək dövlət qulluqçusu kimi Fövqəladə Hallar Nazirliyində Təbliğat və Təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2018-ci ilədək BakuBus MMC nin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin müdiri, 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri vəzifəsində çalışır.
Mia Ann Piri
Ovçu Pirim
"Ovçu Pirim", yaxud "Ovçu Pirim nağılı" — Pirim adlı ovçunun macəralarından bəhs edən Azərbaycan xalq nağılı. İlk dəfə nağıl 1889-cu ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun yeddinci nəşrində "Tatar^ nağılları" başlığı ilə nəşr olunmuşdur. Nağılın bu variantını 1888-ci ildə Şamaxı şəhərində şəhər müəllimi Aleksandr Kalaşev danışıb. Bakı quberniyasının Şamaxı rayonunun Saqiyan kəndinin sakinləri olan bibisi, 90 yaşlı Manışaq Karoğlanova, əmisi Musa Kalaşev və atası İsaak Kalaşevin sözlərindən onun tərəfindən lentə alınıb. Toplunun 1899-cu ildə çapdan çıxmış 26-cı nəşrində "Zaqafqaziyada tatar xalq ədəbiyyatı" fəslində Ovçu Pirim haqqında rəvayət dərc edilmişdir. Bu məlumatlar Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamırlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev tərəfindən qeydə alınıb. Bu nağılın süjeti birincinin süjetindən tamam fərqli idi, ancaq hər iki nağılda Pirim ovçu idi. Fəslin ön sözündə Tiflis gimnaziyasının direktoru A. Boqoyavlenski yazırdı: Ovçu Pirim haqqında rəvayət nəcib hisslərin təsirli mübarizəsinin mənzərəsini verir: Nağıl 1935-ci ildə Hənəfi Zeynallının tərtib etdiyi və Moskvada professor Sokolovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan, türk nağılları" toplusunda çap olunub. Nağıl 1937-ci ildə Hümmət Əlizadənin "Dastanlar və nağıllar" kitabında çap olunub. Nağıl 1959-cu ildə Əhliman Axundovun redaktorluğu ilə "Azərbaycan nağılları" məcmuəsində çap olunub.
Piri Mehmed Paşa
Piri Mehmed Paşa (1458, Aksaray – 1533, Silivri, İstanbul ili) — I Səlim və I Süleyman dönəmində 25 yanvar 1518 – 27 iyun 1523 tarixlərində ümumilikdə 5 il 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır, Osmanlı alimi və şairi. Təqribən 1463-cü ildə Konyada dünyaya gəlmişdir. Səlcuqlu dönəminin alimlərindən Fəxrəddin Ər-Razinin sülaləsinə mənsubdur. Atası Xəlvətiyyə təriqətinə mənsub məşhur din adamı Şeyx Camal Əfəndidir. Piri Mehmed Paşa mədrəsə təhsilini Amasiyada başlamış və İstanbulda tamamlamışdır. Bir müddət Amasiyada katiblik edən Piri Mehmed Paşa II Bəyazidin taxta çıxması ilə Sofiya, Siroz və Qalata qazılığına gətirildi. II Bəyazidin son illərində xəzinə dəftərdarlığına, I Səlimin cülusunun ardından isə başdəftərdar təyin olundu. Çaldıran səfərində Rumeli dəftərdarı olaraq iştirak etdi. Çaldıran qələbəsinin ardından Şah İsmayılın Təbrizi tərk etməsi səbəbilə şəhərdə qalan xəzinə və malların müsadirə edilməsi ilə vəzifələndirildi. 15 oktyabr 1514 tarixində isə divan məclisinə vəzir rütbəsilə daxil oldu.
Piri Məhməd Paşa
Piri Mehmed Paşa (1458, Aksaray – 1533, Silivri, İstanbul ili) — I Səlim və I Süleyman dönəmində 25 yanvar 1518 – 27 iyun 1523 tarixlərində ümumilikdə 5 il 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır, Osmanlı alimi və şairi. Təqribən 1463-cü ildə Konyada dünyaya gəlmişdir. Səlcuqlu dönəminin alimlərindən Fəxrəddin Ər-Razinin sülaləsinə mənsubdur. Atası Xəlvətiyyə təriqətinə mənsub məşhur din adamı Şeyx Camal Əfəndidir. Piri Mehmed Paşa mədrəsə təhsilini Amasiyada başlamış və İstanbulda tamamlamışdır. Bir müddət Amasiyada katiblik edən Piri Mehmed Paşa II Bəyazidin taxta çıxması ilə Sofiya, Siroz və Qalata qazılığına gətirildi. II Bəyazidin son illərində xəzinə dəftərdarlığına, I Səlimin cülusunun ardından isə başdəftərdar təyin olundu. Çaldıran səfərində Rumeli dəftərdarı olaraq iştirak etdi. Çaldıran qələbəsinin ardından Şah İsmayılın Təbrizi tərk etməsi səbəbilə şəhərdə qalan xəzinə və malların müsadirə edilməsi ilə vəzifələndirildi. 15 oktyabr 1514 tarixində isə divan məclisinə vəzir rütbəsilə daxil oldu.

Значение слова в других словарях