Proqramlaşdırma

məsələnin hesablayan elektron maşında həlli üçün proqramın tərtib olunması. Proqramlaşdırmanın mühüm bölməsi avtomatik proqramlaşdırmadır. Bu, hesablayan maşın üçün proqramın tərtib üsullarını öyrənir. Proqramlaşdırma məsələnin qoyuluşu, uyğun ədədi həll üsulunun seçilməsi, alqoritmin tərtibi və onun operatorlarla, blok-sxemlə, məntiqi və s. üsullarla təsvirin, maşın dilində və ya seçilmiş uyğun alqoritmik dildə yazılışı, proqramın maşında sazlanması və ilk verilənlərin yaddaş qurğusuna daxil edilməsi üçün hazırlanmasından ibarətdir.
Proqram
Proqramlaşdırma dili
OBASTAN VİKİ
Proqramlaşdırma
Proqramlaşdırma (ing. programming) – proqram yaratmaqla bağlı nəzəri və praktiki yaradıcılıq sahəsidir. Kompüterin proqram təminatı iki yerə bölünür: sistem və tətbiqi. Kompüterdə məsələnin həlli aşağıdakı mərhələlərdən ibarətdir: 1. Məsələnin qoyuluşu: məsələ haqqında informasiyanın toplanması; məsələnin şərtinin formalaşdırılması; son məqsədin müəyyən olunması; nəticələrin formasının müəyyən olunması; verilənlərin təsviri (onların tipləri, dəyişmə diapazonu, strukturu və s.). 2. Məsələnin, modelin analizi və tədqiqi: movcud analoqların analizi; texniki və proqram vasitələrinin analizi; riyazi modelin hazırlanması (işlənilməsi); verilənlərin strukturunun hazırlanması (işlənilməsi). 3. Alqoritmin hazırlanması (işlənilməsi): alqoritmin layihələndirilməsi üsulunun seşilməsi; alqoritmin yazılış formasının seçilməsi (blok-sxem, psevdokod və s. testin və testləşdirmə üsulunun seçilməsi; alqoritmin layihələndirilməsi. 4. Proqramlaşdırma: proqramlaşdırma dilinin seçilməsi; verilənlərin təşkili qaydalarının dəqiqləşdirilməsi; seçilmiş proqramlaşdırma dilində alqoritmin yazılması. 5. Testdən keçirmə və sazlama (otladka): sintaksisin yoxlanılması; məntiqi quruluşun və semantikanın yoxlanılması; test hesablamalar və testin nəticələrinin analizi; proqramın təkmilləşdirilməsi. 6. Məsələnin həllinin nəticələrinin analizi və lazım gələrsə riyazi modelin dəqiqləşdirilməsi (2-5 mərhələlərinin təkrar ediliməsi).
Deklarativ proqramlaşdırma
Deklarativ proqramlaşdırma — proqramın axınını təsvir etmədən onun yazılmasını imkan verən proqramlaşdırma paradiqmasıdır. Başqa sözlə desək, proqrama necə icra etmək əvəzinə nə icra etdiyi yazılır. Bu isə alqoritmaların köməyi ilə yazılan imperativ proqramlaşdırmanın əksidir. Deklaritiv proqramlaşdırma paralel proqramların yazılmasını sadələşdirdiyi üçün son vaxtlar bu paradiqmaya böyük maraq yaranmışdır. Frans Koenen. Deklarativ proqramlaşdırma dillərinin xüsusiyyətləri. 1999.
Dönüş (proqramlaşdırma)
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekstremal proqramlaşdırma
Ekstremal proqramlaşdırma – proqram təminatının işlənib hazırlanması metodologiyalarından biridir. 1999-cu ildə Kent Bek (Kent Beck), Uord Kanningem (Ward Cunningham), Martin Fauler (Martin Fowler) və başqaları tərəfindən işlənib hazırlanıb. Bu metodologiya o qədər də aydın olmayan, yaxud sürətlə dəyişən tələblər şəraitində proqram təminatının yaradılması ilə məşğul olan kiçik və orta ölçülü gəlişdiricilər komandası üçün proqramların işlənib hazırlanmasının təşkilini nəzərdə tutur. Ekstremal proqramlaşdırmanın başlıca məqsədləri gəlişdirmə prosesinin uğurla getməsi haqqında gerçək sübutlar təqdim etmək yolu ilə sifarişçinin proqram məhsuluna inamını yüksəltməkdən və məhsulun işlənib hazırlanması müddətlərini kəskin azaltmaqdan ibarətdir.
Modullu proqramlaşdırma
Modullu proqramlaşdırma (ing. modular programming, ru. модульное программирование) - proqramın bir-birindən asılı olmadan kompilyasiya olunan modullara ayrılmasından ibarət proqramlaşdırma üsulu. Hər bir modul müəyyən elementləri (sabitləri, verilən tiplərini, dəyişənləri, funksiyaları, prosedurları) dışarı daşıyır (eksport edir); başqa elementlər isə öz daxilində qalır. Başqa modullar yalnız dışarı daşınan elementlərdən istifadə edə bilər. Modullar proqramın əsas hissələri arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir və tənzimləyir və bununla da proqramçıların səylərini asanlaşdırır və proqramlaşdırma prosesini etibarlı edir. Modullu proqramlaşdırma obyekt-yönlü proqramlaşdırmanın sələfidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Neyrolinqvistik proqramlaşdırma
Neyrolinqvistik proqlamlaşdırma (Həmçinin Neyro-linqvistik proqlamlaşdırma, NLP; ing. Neuro-linguistic programming) — Akademik icma tərəfindən tanınmayan psixoterapiya və praktiki psixologiya istiqaməti hər hansı bir sahədə müvəffəqiyyət qazanmış insanların sözlü və qeyri-şifahi davranışlarını modelləşdirmə (kopyalamaq) texnikasına və söz, göz, bədən və yaddaş hərəkətləri arasındakı bir sıra əlaqələrə əsaslanır. NLP (Neyrolinqvistik proqramlaşdırma) ağıl nəzarət üsulu kimi tanınan bütün problemlərin öhdəsindən gələ bilən bir tətbiqdir. Şəxsi bacarıq və qabiliyyətləri ortaya çıxarmaq və gücləndirmək üçün istifadə olunan NLP, qavrayış, duyğu, düşüncə və davranış proseslərini konstruktiv şəkildə inkişaf etdirmək üçün istifadə olunan bir sıra metodları özündə birləşdirir. NLP dərhal tətbiq oluna bilən çox təsirli texnikaları özündə cəmləşdirən çox sadə proqramlaşdırma üsuludur. Bu üsullar Kibernetika, Psixologiya, Filologiya və Nevrologiya kimi elmlərin işığında işlənib hazırlanmışdır. Bundan əlavə, bu üsullar təhsil, sağlamlıq, ailə, idarəetmə, satış və idman elmlərində uğurla istifadə olunur. İnsanların ətraf mühiti və onların reaksiyaları, ünsiyyət nümunələri və davranış nümunələri haqqında araşdırmalar NLP infrastrukturunu təşkil edir. Bu tədqiqatlar nəticəsində əldə edilən və inkişaf etdirilən texnika və üsullar insanların ünsiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur və həll yolları və məqsədlərin tapılması prosesində də uğurla istifadə olunur. NLP (Neuro Linguistic Programming) tərkibindəki sözlərin ilk hərflərindən ibarətdir.
Obyekt (proqramlaşdırma)
Obyekt — avtomatlaşdırılmış layihələndirmədə və obyekt-yönlü proqramlaşdırmada: vahid tam kimi və çox vaxt müəyyən kateqoriyanın və ya tipin üzvü kimi baxıla bilən elementi bildirmək üçün tətbiq olunan termin. Avtomatlaşdırılmış layihələndirmə sistemlərində obyekt bir tam kimi saxlanılabilən və emal ediləbilən, yaradılma üsullarına görə təsnif ediləbilən qrafik element (məsələn, xətt və ya qövs), yaxud formadır. Məsələn, kubu ayrı-ayrı xətlərdən, dərinlik ölçüsü artırılmış düzbucaqlı şəklində və ya kubun özü şəklində qurmaq olar. Obyekt-yönlü proqramlaşdırmada "entity" obyektlər (qrupu) sinfinin təsvirinin bir hissəsidir. Bu halda element ya sinfin atributu ola bilər (lələklər quşların atributu olduğu kimi), ya da həmin siniflə bağlı olan proqramda dəyişən və ya arqument ola bilər. Tut: OBJECT-ORIENTED PROGRAMMING. Verilənlər bazasının strukturunda obyekt maraq predmetidir, yəni haqqında informasiya toplanıla bilən nəsnədir. Məsələn, pərakəndə (xırda) ticarətin verilənlər bazasında obyektlər müştərilər, məhsullar və mal göndərənlər ola bilər. Obyekt özündə bir sıra atributu (məsələn, rəng, ölçü və qiyməti), yaxud ad, ünvan və kredit məbləğini biləşdirə bilər. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti.
Proqramlaşdırma dili
Proqramlaşdırma dilləri və ya alqoritmik dil – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir. Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Proqramlaşdırma dilləri
Proqramlaşdırma dilləri və ya alqoritmik dil – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir. Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
D (proqramlaşdırma dili)
D (ing. D programming language) – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir. 2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C# və Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb. D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Delphi (proqramlaşdırma dili)
Delphi — 1995-ci ildə Borland şirkəti tərəfindən yaradılan proqramlaşdırma dili. 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5 və 2000-ci ildə Delphi 5.5 versiyası yayımlandı.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Go (proqramlaşdırma dili)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Hadisə-güdümlü proqramlaşdırma
Hadisə-güdümlü proqramlaşdırma, hadisələrlə idarə olunan proqramlaşdırma – proqramın daim hər hansı hadisənin baş verib-verməməsini (məsələn, klavişin basılmasını və ya siçanın yerdəyişməsini) “izləməsi” və onlara reaksiya verməsinə əsaslanan proqramlaşdırma üslubu. Belə yanaşma Apple Macintosh kompüterlərində işləyən, demək olar ki, bütün proqramlar üçün tələb olunur; o, Microsoft Windows kimi qrafik istifadəçi interfeyslərinin əksəriyyətində də tətbiq olunur.
Haskell (proqramlaşdırma dili)
Haskell — saf funksional proqramlaşdırma dilidir. Haskell proqramlaşdırma dilini digər bu qəbil dillərdən ayıran ən önəmli xüsusiyyəti, yəqin ki tənbəl olmağıdır. Proqramlaşdırma dilində tənbəl deyilərkən, dəyişənin lazım olduqda çağırılmağı nəzərdə tutulur. Amerikan məntiqçisi və riyaziyyatçısı Haskel Körlinin (Haskell Curly)şərəfinə belə adlandırılmışdır. Haskell dilinin ən mühüm elementi funksiyalardır. Hətta funksiyalar üçün, Haskell kainatının birinci sinif vətəndaşları da deyilir. Haskell dili, 1990-cı ildə yaradılmışdır. Dilin ərsəyə gəlməyində Saymon Peyton Conz (Simon Peyton Jones, Kembric universiteti), Lennart Avququstson (Lennart Augustsson, Cayenne proqramlaşdırma dilinin yaradıcısı), Pol Udak (Paul Hudak, Yeyl Universiteti, kompüter elmləri professoru) Con Hyuz (John Hughes, Çalmerş Universiteti), Erik Meyer (Erik Meijer, Utrext Universiteti, Mikrosoft proqram təminatları arxitektoru), Filip Vadler (Philip Wadler, Edinburq Universiteti) vəs. yaxından iştirak etmişdir. Proqramın ən son versiyası 2010-cu ilin, İyulunda buraxılıb.
Java (proqramlaşdırma dili)
Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur. Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur. Java daxilində bir neçə əsas ailə texnologiyaları mövcuddur: Java SE — Java Standard Edition, Java əsas nəşri, bu nəşrdə Java Runtime Environment, kompilyatorlar, API vardır; İstifadəçi əlavələrin yaradılması üçün və ilk növbədə stolüstü sistemlər üçün münasibdir. Java EE — Java Enterprise Edition, Müəssisə səviyyəsində proqram təminatının yaradılması üçün spesifikasiyalar yığını şəklindədir. Java ME — Java Micro Edition, Java Micro Edition, bu qurğularda, məsələn mobil telefonlarda, qurulanlar sistemləri, hesablama gücü ilə məhdud istifadə üçün yaradılıb.
Proqramlaşdırma paradiqması
Proqramlaşdırma paradiqması — kompüter proqramlarının tərtibat tərzini müəyyən edən fikir və anlayışlar dəsti (proqramlaşdırma yanaşması). Hesablamaların təşkilini və kompüter tərəfindən həyata keçirilən işlərin strukturlaşdırılmasını müəyyən edən konsepsiya üsuludur. Qeyd etmək lazımdır ki, proqramlaşdırma paradiqması proqramlaşdırma dili ilə nadir şəkildə müəyyən edilmir; demək olar ki, bütün müasir proqramlaşdırma dilləri bir və ya bir başqa şəkildə müxtəlif paradiqmalardan istifadə etməyə imkan verir (paradiqma proqramlaşdırma). Qeyd etmək vacibdir ki, mövcud paradiqmalar tez-tez bir-biri ilə üst-üstə düşür (məsələn, modul və obyekt yönümlü proqramlaşdırma), belə ki, müxtəlif müəlliflər müxtəlif paradiqmalardan adları istifadə edərək, eyni fenomen. "Paradiqma" termini, əlbəttə ki, elmi və texniki sahəsində müasir mənaya Tomas Kun və "Elmi İnqilabların Quruluşu" kitabına (paradiqma bax) borcludur. Kun paradiqmalara əsaslanan tədqiqatlar aparılmış elmi fikir sistemlərini qurmuşdur. "Proqramlaşdırma paradiqması" termini 1978-ci ildə Robert Floyd tərəfindən Turing Award mükafatına layiq görülmüşdür.
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Strukturlu proqramlaşdırma
Strukturlu proqramlaşdırma (ing. structured programming,rus. структурное программирование, türk. yapısal programlama) — proqramların "ayır və buyur" ideyasına uyğun gələn layihələndirilməsi metodologiyası. E. Deykstra (Edsger Dijkstra) tərəfindən işlənib hazırlanıb. Proqram məsələlər toplusu kimi layihələndirilir. Sadə təsvir üçün çox çətin olan məsələlər bir neçə daha kiçik altməsələlərə bölünür və proses bütün məsələlər yetərincə anlaşıqlı olanadək davam etdirilir. Belə layihələndirmə nəticəsində proqram iyerarxik təşkil olunmuş və hər birinin yalnız bir giriş və bir çıxış nöqtəsi olan yığcam modullardan ibarət olacaq. Bundan başqa, strukturlu proqramlaşdırma GOTO deyimlərindən istifadəyə məhdudiyyət qoyur, çünki hesab edilir ki, proqramda xətaların sayı keçidlərin sayının kvadratına mütənasib artır. İri layihələrdə strukturlaşmış proqramları işləyib hazırlamaq və müşayət etmək asandır.
Xətti proqramlaşdırma
Xətti proqramlaşdırma (en. linear programming) – xətti funksiyadan təşkil olunmuş və birbaşa, birqiymətli həll üçün yetərli şərtləri olmayan tənliklər sisteminin optimal həllini tapan proqramların yaradılması texnologiyası. Xətti proqramlaşdırma metodlarının köməyilə iqtisadiyyatla bağlı çoxlu sayda ekstremal məsələ həll edilir. Bu məsələlərdə funksiyaların ekstremum qiymətləri (maksimum, yaxud minimumları) axtarılır. Xətti proqramlaşdırma metodları iqtisadiyyatla yanaşı, texnikada və hərbi sahədə də geniş tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnkapsulyasiya (proqramlaşdırma)
İnformatikada inkapsulyasiya (lat. en capsula – paketləşdirmə) məlumatların və/və ya funksiyaların vahid komponent şəklində paketləşdirilməsidir. İnkapsulyasiya obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışlarından biridir. OYP-nin üç konseptində – inkapsulyasiya, varislik və polimorfizm (ad-hoc formasında polimorfizm və ya alttiplərin polimorfizmi) konseptində məlumatlar abstraksiya prinsipinə uyğun olaraq reallaşır. Obyekt yönümlü dillərdə inkapsulyasiya prosesi, bir qayda olaraq, sinif mexanizmləri vasitəsilə reallaşır. Bəzi tədqiqatçılar inkapsulyasiya prosesini həm obyekt yönümlü proqramlaşdırmaya məxsus xüsusi anlayış kimi, həm də leksik görünmə sahəsini tənzimləyən bir vasitə kimi təsnifləşdirirlər. Lakin bu yanaşma birmənalı hesab olunmur, çünki inkapsulyasiyanı bütün proqramlaşdırma dilləri üçün bu cür təsnifatlaşdırmaq olmaz. Məsələn, leksik görünmə sahəsinin təyininə əsaslanan Scheme və Standard ML dillərində inkapsulyasiyanın görünmə sahəsinin idarə edilməsi vasitəsi kimi istifadəsinə ehtiyac yoxdur. Görünmə sahələri açar sözləri vasitəsilə təyin edilir. Bəzi alternativləri nəzərə almasaq, əksər proqramlaşdırma dillərində görünmə sahəsinin təyini zamanı aşağıdakı açar sözlərindən istifadə edilir: public (açıq): Bu görünmə sahəsindəki xüsusiyyətlər public açar sözü ilə yaradılır.
Şərh (proqramlaşdırma)
Şərh — proqramlaşdırmada kompüter proqramının mənbə kodunda proqramçı tərəfindən oxuna bilən izahatı və ya annotasiyası. Onlar mənbə kodunu insanların başa düşməsini asanlaşdırmaq məqsədi ilə əlavə edilir və ümumiyyətlə tərtibçilər və tərcüməçilər tərəfindən nəzərə alınmır. Müxtəlif proqramlaşdırma dillərində şərhlərin sintaksisi xeyli fərqlənir. Şərhlər bəzən sənədləşdirmə generatorları tərəfindən mənbə kodundan kənarda sənədlər yaratmaq üçün müxtəlif yollarla işlənir və ya mənbə kodu idarəetmə sistemləri və digər xarici proqramlaşdırma alətləri ilə inteqrasiya üçün istifadə olunur. Şərhlərin təmin etdiyi çeviklik geniş dərəcədə dəyişkənliyə imkan verir, lakin onların istifadəsi ilə bağlı rəsmi konvensiyalar adətən proqramlaşdırma üslubu təlimatlarının bir hissəsidir. Şərhlər ümumiyyətlə blok (həmçinin proloq şərhləri deyilir) və ya sətir şərhləri (həmçinin daxili şərhlər adlanır) kimi formatlanır. Blok şərhləri mənbə kodunun bir neçə sətrini və ya bir sətrin bir hissəsini əhatə edə bilən bölgəsini limitləşdirir. Bu bölgə başlanğıc və son ayırıcı simvolu ilə müəyyən edilir. Bəzi proqramlaşdırma dilləri (məsələn MATLAB) blok şərhlərini bir-birinin içərisində rekursiv şəkildə yerləşdirməyə imkan verir, digərləri isə (məsələn Java) bunu etmir. Sətir şərhləri ya şərh ayırıcısı ilə başlayır və sətrin sonuna qədər davam edir, ya da bəzi hallarda mənbə kodundakı xüsusi sütundan (simvol xətti sürüşməsi) başlayır və sətrin sonuna qədər davam edir.
Şərt (proqramlaşdırma)
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
Kotlin (proqramlaşdırma dili)
Kotlin — (JVM) ilə işləyən və JavaScript mənbəyinə daxil edilə bilən bir statik tipli bir proqramlaşdırma dilidir. Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən JetBrains proqramçıları tərəfindən hazırlanmışdır. Adı Kotlin adasından gəlir. Java ilə uyğun bir sintaksis olmasa da, Kotlin Java kodu ilə işləmək üçün hazırlanmışdır. Həmçinin Kotlin, Apple'ın Swift dilinə bənzəyir. C, C ++, Java və Go kimi, Kotlin proqramına giriş nöqtəsi hər hansı bir əmr sətiri arqumentlərini ehtiva edən bir sıra ötürülə bilən "ana" adlı bir funksiyadır. (Kotlin 1.3-dən bəri bütün versiyalar bu istəyə bağlıdır). Kotlin sənədinin ən üst səviyyəsində yalnız idxal və bəyannamələr mövcud ola bilər. Buna görə fərdi bir faylın "işlədilməsi" yalnız bir giriş nöqtəsi olduqda məna kəsb edir, hansı ki, "array strings" tipli args adlı bir dəlil ilə əsas deyilən bir funksiya olmalıdır. args, proqramın Python-da sys.argv-a bənzər şəkildə çağırıldığı əmr satırı arqumentlərini ehtiva edəcəkdir; Proqramınızın əmr sətiri dəlillərini qəbul etməsi lazım deyilsə və Kotlin 1.3 istifadə edirsinizsə onda, buraxıla bilər.
Kənar effekt (Proqramlaşdırma)
MML (proqramlaşdırma dili)
MML (proqramlaşdırma dili) — İnsan-maşın proqramlaşdırma dili. MML rəqəmli ATS-in idarəedici qurğularının texniki istismarı, sazlanması, yoxlanması və digər şərtlər zamanı operatorla IQ-lər arasında qarşılıqlı əlaqənin yaranmasına xidmət edir (dialoq dili). Bu dil istismar və inzibati mərkəzlərdə, ATS-lərdə, həm yerli, həm də uzaqlaşdırılmış terminallardan aparılan iş üçün istifadə olunur. "Insan-maşın" əlaqə dili yüksək səviyyə dilinin sadələşdirilmiş variantıdır. Bu dilin BTI tərəfindən təklif olunmuş əlifbası vardır. MML-in çap informasiyası 2 formatda F1 və F2 təqdim olunur. F1 formatında işarələr hər birində 72 işarə olmaqla 66 sətirdə yerləşir. F2 formatında işarələr hər birində 120 işarə olmaqla 66 sətirdə yerləşir. Işarələr kimi latın əlifbasının böyük və kiçik hərfləri, ərəb rəqəmləri və 5 N-li beynəlxalq koda əsaslanan işarələrdən istifadə olunur. MML-in köməyilə aşağıdakı funksiyalar həyata keçirilir: ümumi istismar, istiqamətlərin marşrutlanması, trafik (yük), tarifikasiya, sistemin idarə olunması; abunəçi xətlərin (AX), birləşdirici xətlərin (BX), kommutasiya sahəsinin (KS) və idarəedici qurğuların (IQ) texniki istismarı; kommutasiya sahəsinin və idarəedici qurğunun istismara daxil edilməsi; tələb olunan sınaq.
Nəticəçıxarma proqramlaşdırması
Nəticəçıxarma proqramlaşdırması (en.inference programming ~ ru. программарование вывода ~ tr. sonuç çıkarma programlaması)– proqramın faktlar və qaydalar toplusundan çıxarılan məntiqi nəticələrə əsaslanaraq nəticələri qiymətləndirdiyi proqramlaşdırma üsulu. Nəticəçıxarma proqramlaşdırmasını bilavasitə dəstəkləyən proqramlaşdırma dillərindən biri Prolog dilidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Oberon (Proqramlaşdırma dili)
Oberon – ümumi təyinatlı, obyekt-yönlü proqramlaşdırma dili. 1986-cı ildə N.Virt (Niklaus Wirth) tərəfindən işlənib hazırlanıb. Oberon dili ALGOL-bənzər dillərin Virt ailəsinin (Wirthian family) ən son üzvüdür (EULER, ALGOL-W, PASCAL, MODULA VƏ MODULA-2). Bu dildə Модуле-2 dilində olan konstruksiyaların bir hissəsi yoxdur. İşlənib hazırlanmasında başlıca məqsəd eyni zamanda bir neçə üsulla reallaşdırılmış mənaca yaxın vəziyyətlərin uzaqlaşdırılması ilə dilin sadələşdirilməsi olub. Oberon dilinin inkişafı nəticəsində Oberon-2 dili yaranıb. Proqramlaşdırma dili ilə yanaşı Oberon adlı əməliyyat sistemi də vardır. Bax: GO, MODULA-2, OBJECT-ORIENTED PROGRAMMING. Oberon dilində proqram nümunəsi MODULE Hello; IMPORT Oberon, Texts; VAR W: Texts.Writer; PROCEDURE World*; BEGIN Texts.WriteString(W, "Hello World!"); Texts.WriteLn(W); Texts.Append(Oberon.Log, W.buf) END World; BEGIN Texts.OpenWriter(W) END Hello. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Oberon Programlama Dili nedir?
Obyekt yönümlü proqramlaşdırma
Obyekt-yönümlü proqramlaşdırma (OYP) - kompüter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır. Əsas xüsusiyyətləri: enkapsulyasiya (encapsulation), varislik (inheritance), polimorfizm (polymorphism), abstraksiya (abstraction), obyektlər arasında informasiya axınının təşkili (sending messages / message sending), təkrar istifadə oluna bilərlik (reusability). İlk obyekt-yönlü proqramlaşdırma dili Simula olub. Hazırda dünyada çoxlu sayda obyekt-yönlü proqramlaşdırma dillər vardır. Obyekt anlayışı proqramlaşdırmada mühüm rol oynayır. Proqram obyektləri real həyatdakı obyektlərə çox bənzəyir – onlar da öz daxili quruluşları, hərəkətləri, xassələri ilə bir-birindən fərqlənir. Kompüterin ekranındakı hər bir şeyə obyekt kimi baxmaq olar: ekranda istənilən pəncərə obyektdir; hər bir düymə, simgə obyektdir; istənilən menyu obyektdir. Obyekt-yönlü proqramlaşdırmanın mahiyyətini başa düşmək üçün tarixə qısa səyahət etmək faydalı olardı. Ötən əsrin 50-70-ci illərində kompüterlər ağlagəlməz dərəcədə baha idi. Onların qiymətləri ilə müqayisədə proqramçıların əmək haqqı çox cüzi idi.
Paskal (proqramlaşdırma dili)
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.

Digər lüğətlərdə