PSİLOMELAN

yun. psilos – hamar, çılpaq + yun. melas, melanos – qara

PSİXROMETR
PUÇUR
OBASTAN VİKİ
Psilomelan
Psilomelan — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – qara; Mineralın cizgisinin rəngi – qara parlaq; Parıltı – yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-4,8; Sərtlik – 5-6-dək; Kövrəkdir; Ayrılma – müşahidə edilmir; Sınıqlar – qeyri-hamar, qabıqlı, oolitlərdə – qınvarı; Morfologiya – Mineral aqreqatları: sıx incədənəli, gizlikristallik, torpaqvari (vad), böyrək - və salxımvari kütlələr, sızma əmələgəlmələr, oolitlər, təbəqəvari dendritlər, konsentrik-qınaoxşar quruluşlu konkresiyalar, qaysaqlar. == Mənşəyi və yayılması == Əsasən ekzogen şəraitdə əmələ gəlir. Çökmə manqan filizləri üçün səciyyəvidir. Manqanla zəngin süxurların aşınma qabıqlarında və manqan yataqlarının oksidləşmə zonalarında tez-tez rast gəlir. Az miqdarda hidrotermal damarlarda, həmçinin sualtı eksqalyasion - çökmə prosesinin məhsulu kimi qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirolüzit, braunit, qausmannit, siderit, hötit, lepidokrokit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Çiaturi (Gürcüstan); Nikopol (Ukrayna); Gessen, Valdalqesqeym (Almaniya); Naqpur (Hindistan) və b. Psilomelana Azərbaycanın əsas manqan filizi obyektlərindən – Molla-Cəlil və Elvor yataqlarından əlavə Şahbuz, Ordubad, Kəlbəcər, Şəmkir, Qazax rayonlarında yerləşən bəzi filiz təzahürlərində də rast gəlinir.

Digər lüğətlərdə

кото́ма небыва́лый непередава́емо ни при чём отвалообразова́тель оши́бочный приободри́ться хохла́тить Аме́рика вы́пивка голомя́нка грызу́н нейтрали́ст пропа́хивать уцени́ть флебогра́мма эпиграммати́стка путь eud(a)emonical pinnulate prossie uprear watchband дополнение издольщина