Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. == Həyatı == === Ailəsi və həyatının ilk illəri === Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi.Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir.Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir. 1902-ci ildə isə qardaşı Emanuel infarkt keçrdikdən sonra vəfat edir. Melaniya Kleyn qardaşının ölümü ilə dərindən yaralanır.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). == Həyatı == Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya[d], Kuins) — Amerikalı müğənni, bəstəkar. 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records vasitəsilə ilk sinqlı Dollhouse, ardınca eyni adlı mini albomunu yayımlayıb. Martines sonralar Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülən Cry Baby (2015) adlı ilk studiya albomunu buraxdı. Martinesin "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı qazandı. Martines ikinci studiya albomu K-12 (2019) ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu After School buraxıldı. Martinesin üçüncü studiya albomu Portals 31 mart 2023-cü ildə işıq üzü gördü. == Həyatı == Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Melani Qarcía
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qarsiya
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-bəstəkar Melani Martines iki studiya albomu, dörd mini albom, on sinql, iki tanıtım sinqlı və iyirmi altı musiqi klipi buraxmışdır. The Voice müsabiqəsindəki uzun səfərindən sonra Martines, 2014-cü ildə Atlantic Records ilə səsyazma müqaviləsi imzaladı. Onun ilk mini albomu olan Dollhouse həmin il buraxıldı və iki sinqlı olan "Dollhouse" və "Carousel" trek siyahısında yer aldı. Onun debüt albomu, Cry Baby, 2015-ci ildə çıxdı. ABŞ Billboard 200-də altıncı sıraya yüksəldi və RIAA tərəfindən platin sertifikatına layiq görüldü. Üç sinql, "Pity Party", "Soap" və "Sippy Cup" albomun tanınmasına imkan yaratdı. Martinesin ikinci studiya albomu K-12 2019-cu ildə buraxıldı. Albom Billboard 200-də 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıqda ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" adlı sinqlının yer aldığı After School adlı mini albom buraxdı. == Studiya albomları == == Mini albomlar == == Sinqllar == === Tanıtım sinqlları === == Sertifikat almış digər mahnılar == == Mahnı klipləri == "*" denotes that the music video was originally featured in the K-12 film.
Portals (Melani Martines albomu)
Portals — amerikalı müğənni-bəstəkar Melani Martinesin üçüncü studiya albomu. 31 mart 2023-cü ildə Atlantic tərəfindən buraxılıb. Albom buraxılmazdan əvvəl iki sinql, "Death" 17 mart, "Void" 29 mart buraxılıb. Əlavə üç trekin yer aldığı delüks versiyası 5 aprel 2023-cü ildə yayımlanıb. == Fon == Martines 2019-cu ildə ikinci albomunu və onun adını daşıyan musiqili filmin buraxılmasından sonra, 2020-ci ildə dördüncü mini-albomu After School-u yayımladı. Bunun ardınca mini-albomdakı treklərin yer aldığı K-12-nin delüks versiyası yayımlandı. Bunu da qeyd etmək lazımdır ki, mini-albom K-12-nin hekayəsi ilə əlaqəli deyildi.Martines iki illik fasilədən sonra bütün Instagram paylaşımlarını arxivləşdirməyə başladı və 18 fevral 2023-cü ildə buraxılacaq üçüncü albomunu elan etdi. Müğənni həmçinin Spotify-da yeni mahnıdan on iki saniyəlik snippet yerləşdirdi. == Tanıtım == Tizer videosunda dumanlı pəri meşəsindəki göbələyin gövdəsində “RIP Crybaby” yazısının əks olunduğu göstərilib. Növbəti bir neçə gün ərzində onun bütün sosial media platformalarında "yenidən doğuş, embrionların böyüməsi və meşələrdə yumurtaların inkubasiyası" mövzulu daha bir neçə tizer yayımlandı.
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. == Metanın piroliz reaksiyaları == Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-bəstəkardır. Martines 2012-ci ildə ABŞ televiya şousu The Voice (azərb. "Səs"‎) istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. Onun 2014-cü ildə buraxdığı "Dollhouse" və "Carousel" mahnılarının yer aldığı, ilk mini albomu Dollhouse işıq üzü görmüşdür. Adı çəkilən mahnılar Amerikan qorxu hekayəsi: Bədheybətlər şousu serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə ilk albomu olan, Cry Baby-ni buraxaraq tənqidçilər tərəfindın müsbət rəylər əldə etdi.
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri == Tarixi == Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
Jelatin
Jelatin (fr. gelatine, lat. gelātus "dondurulmuş") — heyvanat mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. == Alınması == Jelatin istehsalı üçün lazım olan məhsullar: Donuz dərisi İribuynuzlu heyvan dərisinin iç qatı. Sümük qırıntıları.
Melancan
Melancan — ABŞ-nin cənub-şərq ştatlarında, ən çox orta Apalaşiyada yaşayan bir qrup insana verilən addır. Melancan xalqının yerli, afroamerikalılar və digər etnik qruplarla qarışmış tam ağdərili olmayan qruplardan əmələ gəldiyi fərziyyəsi vardır. ABŞ-nin yeddinci prezidenti Endrü Ceksonun qoyduğu qanunlar səbəbindən sadəcə ağdərili, zənci, metis və hindular rahat yaşaya bilirdi. Buna görə də Melancanların bütün qanuni haqları əllərindən alınmış, evləri, məktəbləri yandırılmışdır. Cəmiyyət tərəfindən qəbul edilməmişlər. Son illər Melancan xalqının mənşəyi ilə bağlı N. Brent Kennedinin apardığı tədqiqatlar nəticəsində bu insanların ortaq mənşəyinin 16-cı yüzillikdə Lepanto dəniz döyüşündən sonra portuqaliyalılar və ya ispananlara əsir düşən və daha sonra Amerikaya gətirilən 400-ə qədər Osmanlı türkünə gedib çıxdığı iddiası ortaya atılmışdır. Melancan sözünün mənşəyi dəqiq bilinməsə də, ən çox yayılan fikir bunun fransızca "qarışıq" mənasını verən "mélange" sözündən əmələ gəlməsidir. Melancanların türklərin nəsilləri olduğuna inananlar isə sözün osmanlı türkcəsində "lənətlənmiş insan" mənasını verən "melun can" sözlərindən yarandığını iddia edirlər. Avraam Linkoln və Elvis Presli Melancan ola bilər. == Mənşələri == Melancan xalqının aşağıdakı etnik mənşələrdən olduqları iddia edilmişdir: Hindi Afroamerikalı Portuqal Türk Ərəb Yəhudi Şotland == İstinadlar == Dr.
Melatonin
Melatonin – epifizin ən əsas hormonudur. Gecə və gündüzün sirkat ritmini təyin edir. Epifiz vəzisinin pineolasit hüceyrəsindən ifraz olunur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. İnsan bu hormon sayəsində yuxuya gedir. İnsanda yorğunluğu artırır. Bu proses saat 23:00-dan 05:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də vardır.
Melitin
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Melovin
Konstantin Nikolayeviç Boçarov (ukr. Костянти́н Микола́йович Бочаро́в, rus. Константи́н Никола́евич Бочаро́в; d. 11 aprel 1997, Odessa, Ukrayna) və ya səhnə adı ilə Melovin — Ukrayna müğənnisi və bəstəkarı. O, Ukraynada X Factor musiqi yarışmasındakı qalibiyyəti ilə şöhrət qazanmışdır. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kostyantın Mıkolayovıç Boçarov 11 aprel 1997-ci ildə Ukraynanın Odessa şəhərində, Nikolay Boçarov və Valentina Boçarovanın ailəsində anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan Boçarov ilkin olaraq təhsil aldığı məktəbdə keçirilən konsert proqramlarında çıxış etmişdir. O, daha musiqi məktəbinə daxil olmuş, lakin orada təhsilini başa çatdıra bilməmişdir. Ardıcıl olaraq, teatr məktəbinə daxil olmuş və orada təhsilini uğurla yekunlaşdırmışdır.
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki qulas as, translit. Saloniki) ya da Səlanik (osm. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Melano Melanson
Melano Co Melanson (ing. Melanie Jo Melanson ; d. 1 noyabr, 1974-cü il, Massaçusets ştatı, Midlseks, Vubern) — Massaçusets ştatı, Middlesex qraflığı, Voburnadan olan itkin düşmüş bir yeniyetmə. O, 27 oktyabr 1989-cu ildə bir ziyafətdə olarkən itib. Əvvəlcə müstəntiqlər onun Floridaya qaçdığına inanırdılar.Lakin, həm rəhbər orqanlar, həm də xüsusi müstəntiq tərəfindən aparılan sonrakı araşdırmalar heç bir nəticə vermədi. == Melano Melansonun itkin düşməsi == O, valideynlərinin mütəmadi dava etməsi və narkotik maddə asılılığı səbəbindən əvvəllər evdən qaçmışdı. Melanson itkin düşdüyü vaxt nənəsi ilə birlikdə yaşayırdı, bununla belə, valideynləri ilə əlaqə saxlayırdı. O, 27 oktyabr 1989-cu ildə bir şənlikdə iştirak etmək istədi.İtkin düşdüyü gün Melanson və dostu məktəbdən erkən ayrılıb evə getməyə qərar verdilər. Həmin gecə o, nənəsinə dostunun (dostu qapı qonşusu idi) evində gecələyəcəyini dedi. Melanson şənlikdə iştirak edə bilmək üçün belə hekayədən istifadə etdi.
Medenin (vilayət)
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Medenin vilayəti
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Məkanın melodiyası (film, 2004)
== Məzmun == 80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir.Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir. Bu filmin qəhrəmanı bütün ömrü boyu cəmiyyətin qanunları ilə yaşayıb.
Zamanın və məkanın fəlsəfəsi
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.
Melaniya Qreqo
Melaniya Qreqo (19 iyun 1973) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Melaniya Qreqo, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Melanya Tramp
Melanya Tramp (ing. Melania Trump; qızlıq soyadı — Knaus (slov. Knavs); d. 26 aprel 1970[…], Novo-Mesto[d], Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı fotomodel, qol saatlarının və zərgərlik məmulatlarının dizayneri, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı.
Meşənin boniteti
Meşənin boniteti- (Latın Bonität - yaxşı keyfiyyət), Ağacların məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunan şərti bir göstəricidir. Ağacların potensial məhsuldarlığını və ağacların artım dərəcəsini müəyyən edən meşə əkinçiliyinin keyfiyyət xüsusiyyətidir. Orlov cədvəlinə görə, əkin sahəsindəki stendin ortalama yaşı və orta hündürlüyünə və mənşəyinə (toxum və ya gənc böyümə) görə müəyyən edilir. Buğumlar arasındakı məsafədən (50cm-dən çox I bonitet, 50cm-dən az II bonitet) asılı olaraq təyin edilir. Ən məhsuldar ağaclıqlar I sinifə,ən az məhsuldar V sinifə aiddir. II dərəcəli və daha yüksək dərəcəli əkinlərə yüksək bonitetli, III - IV - orta bonitetli, V - aşağı bonitetli, Va və Vb - məhsuldar olmayan bonitetli adlandırırlar. Meşə bonitetinin 5 sinfi var.
Neoseiulus melinis
Neoseiulus melinis (lat. Neoseiulus melinis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Həlaçin
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Aureliyo Milani
Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934 – 25 noyabr 2014, Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub. == Karyera == Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb. "Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub. Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur.COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Maltanın iqlimi
Malta Köppen iqlim sinifləndirməsinə görə olduqca mülayim qışı və isti yayı ilə Aralıq dənizi iqliminə malikdir. Yağınıt əsasən qışda olur, yay isə ümumiyyətlə quru olur. Troll-Paffen iqlim təsnifatına və Sieqmund/ Frankenberq iqlim təsnifatına görə, Malta 35º şimal enliyində olan subtropik zonada yerləşir. == Temperatur == Orta illik temperatur gündüz 23 °C (73 °F) , gecə isə 16 °C (61 °F) ətrafındadır (Avropadakı ən isti temperatur ortalamalarından biridir). Ən soyuq ayda -Yanvarda gündüz maksimum temperatur 12–20 °C (54–68 °F), gecə minimum temperatur isə 6–12 °C (43–54 °F) təşkil edir. Aprel ayı gündüz 17–22 °C (63–72 °F), gecə isə 10–14 °C (50–57 °F) arasında temperatur ilə başlayır. Noyabrda temperatur gündüzlər 17–23 °C (63–73 °F) , gecələr isə 11–18 °C (52–64 °F) olur. Lakin ilin qış aylarında (dekabr, yanvar, fevral) temperatur bəzən 20 °C (68 °F)-ə çatır. Mart ayı keçidlidir, isti isti ilə, gündəlik maksimumlar tez-tez 20 ° C-dən (68 ° F) çox olur. Mart isti temperatur ilə keçid ayıdır və gündəlik tez-tez 20 °C (68 °F)-i keçir.
Mehmanın qamışlığı
Mehmanın qamışlığı-Ağcabədi rayonunda, rayon mərkəzindən 20 km cənub-şərqdə, Ağgöl qoruğunun yaxınlığında qeydə alınmış coğrafi adlardan biridir. == Toponimikası == Qamış-taxıllar fəsiləsindən çoxillik bitki cinsidirː hündürboylu hidrofil otdur. Gövdəsi boş və arakəsməlidir. Hündürlüyü 4-5 bəzən 9 metrə çatır. İsti yerdə və il ərzində bir neçə dəfə su basan yerdə bitən qamış Azərbaycanın 72 min hektar sahədə yayılmışdır. Qamışdan çəpər çəkmək, arakəsmələr hazırlamaq, damların üstünü örtmək üçün istifadə edilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s.istehsal etmək üçün qiymətli xammaldır. Toponimin tərkibindəki Mehman sözü şəxs adıdır. Toponim "Mehmana məxsus olan qamışlıq" mənasındadır.