Puffenduy
"Hoqvarts" Sehrbazlıq və Ovsun Məktəbi və ya qısaca olaraq Hoqvarts (ing. Hogwarts, Hogwarts School of Witchcraft and Wizardry) — on bir və on səkkiz yaşlı şagirdlər üçün xəyali Britaniya sehrbazlıq məktəbidir. Hoqvarts həm də Coan Roulinqin Harri Potter romanlar seriyasında ilk altı kitabı üçün ilk yerlərdən biridir.
Cefri Uilliamsın 1954-cü ildəki kitabında Hoqvarts və Hoqqvart adlarının çəkilməsinə baxmayaraq, Roulinq deyib ki, bu adı o, romanlar seriyasını yazmağa başlamazdan bir az əvvəl Kyu Bağında gördüyü Xoqvort(Croton capitatus) adından təsadüfən götürüb.
Xoqvart məktəbi 2008-ci ildə onlayn retinqdə Edinburq Loretto məktəbini qabaqlayaraq, 36-cı ən yaxşı Şotland təhsil ocağı kimi tanınır. Müstəqil Məktəblər Şəbəkəsi Reytinqinin direktorunun sözlərinə görə, bu məktəb "əyləncə" üçün məktəblərin siyahısına əlavə edilib.
Hoqvarts dörd ev sisteminə bölünür və hər biri öz banisinin soyadını daşıyır: Qodrik Qriffindor, Salazar Slizerin, Rovena Reyvnklou, Helqa Haflpaff. Bu ev sistemləri tədris ili boyu mübarizə aparır və Ev kuboku üçün müxtəlif yarışlarda xal qazanmaq uğrunda mübarizə aparırlar (sinifdə sualları düzgün cavablandırmaq, məsələn, düzgün cavaba görə beş və ya on xal qazanmaq olar, dərsə gecikmək on xalın itirilməsi ilə nəticələnə bilər). Hər ev sistemi həmçinin Kviddiç kuboku yarışlarında öz Qviddiç komandası ilə mübarizə aparır. Bu iki yarış ev sistemləri arasında rəqabət yaradır.