Samuel fon Pufendorf

De jure naturae et gentium, 1744).

Samuel fon Pufendorf (alm. Samuel von Pufendorf‎, 8 yanvar 1632, Tsvenits3 oktyabr 1694, Berlin) — tanınmış alman hüquqşünası, tarixçisifilosofu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mədəniyyət nəzəriyyəsi problemləri ilə ciddi şəkildə Qərbi Avropa tədqiqatçıları məşğul olmağa başlamışlar. «Mədəniyyət» («kulğtura») anlayışını kulturoloji baxımdan, müasir mənada ilk dəfə işlədən tədqiqatçı XVII əsrdə yaşamış alman hüquqşünası Samuel Pufendorf (1632-1694) olmuşdur. O, mədəniyyəti «insan fəaliyyətinin məcmusu» kimi başa düşürdü və qeyd edirdi ki, mədəniyyət ictimai həyatın, insanın varlığı ilə bağlı olan fenomendir. Lakin mədəniyyət insan fəaliyyəti nəticələrinin bəsit məcmusu deyildir. O, özünün hər bir inkişaf mərhələsində konkret-tarixi məzmuna malik olan prosesdir. Təbiidir ki, XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]