QÜBBƏLİ
QÜDRƏTLİ
OBASTAN VİKİ
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Qüdrət Adişov
Qüdrət Adışov
Qüdrət Axundov
Axundov Qüdrət Əli oğlu (1932, Ordubad, Naxçıvan MSSR – 1973) — fizika-riyaziyyat elmləri doktoru , pedaqoq, professor. Qüdrət Axundov 1932-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini şəhər orta məktəbində aldıqdan sonra fizika elminə olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fızika-riyaziyyat fakültəsinə gətirmişdi. Tələbəlik illərindən elmi-tədqiqat işinə böyük maraq göstərən Qüdrət Axundov SSRİ EA-nın müxbir üzvü, mərhum akademik H.B.Abdullayevin rəhbərliyi altında bir sıra yarımkeçiricilərin, o cümlədən Azərbaycanda tapılan təbii qalenit kristalların fiziki xassələrinin tədqiqi ilə məşğul olmuş və 1955-ci ildə "Bəzi yarımkeçiricilərin elektrikkeçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin tədqiqi" mövzusunda ilk elmi işini çap etdirmişdir. Universiteti bitirdikdən sonra o, AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır və laborant, kiçik elmi işçi (1955-1960) və baş elmi işçi (1960-1968) vəzifələrində çalışmış, böyük nailiyyətlər əldə etmişdir. Qüdrət Axundov 1969-1970 illərdə Azərbaycan MEA Fizika İnstitutunda "Nazik təbəqələr fızikası" laboratoriyasına rəhbərlik etmişdir. Alim tərəfındən respublikada ilk dəfə olaraq böyük praktiki əhəmiyyətə malik olan bir üsulla – yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin araşdırılmasına dair elmi-tədqiqat işləri başlanılmış və bununla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətləri öyrənilmişdir. Q.Axundovun elmi fəaliyyəti əsasən A3B6 tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Bu tip yarımkeçirici birləşmələr respublikada ilk dəfə olaraq Qüdrət Axundov tərəfindən hələ 1957-ci ildə sintez edilmiş və göstərilmişdir ki, həmin kristallar laylı və zəncirvari quruluşda kristallaşır. Onun rəhbərliyi altında göstərilən kristalların elektrik, optik, fotoelektrik, lüminessensiya və kontakt xassələrinin kompleks araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müxtəlif istiqamətlərdə kimyəvi rabitənin fərqlənməsi və kristal quruluşun anizotropluğu sayəsində bu kristallarda fizıki xassələrın yüksək anizotropluğu və bir sıra maraqlı, bəzən hətta qeyri-adi sayıla bilən hadisələr müşahıdə olunur.
Qüdrət Həsənov
Qüdrət Həsənquliyev
Qüdrət Müzəffər oğlu Həsənquliyev (29 yanvar 1965, Əbrəqunis, Culfa rayonu) — siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və hazırkı sədri, 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü (2000–2003). Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb. Evlidir, 2 övladı vardır. 4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəypaytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.
Qüdrət Kəlbəliyev
Qüdrət Kəlbəliyev (Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu; 13 noyabr 1946, Naxçıvan) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). Qüdrət Kəlbəliyev 13 noyabr 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. Dispers sistemlərdə hidrodinamika, kütlə və istilik mübadiləsi, kimya proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və yeni texnologiyaların, apparat tərtibatının işlənib hazırlanması. Suspenziyalarda və emulsiyalarda fiziki –kimya və kütlə mübadiləsi proseslərinin (koaquliyasiya, birləşmə, ayrılma və parcalanma) modelləşdirilməsi və texnologi proseslərdə tədbiqi. Q.Kəlbəliyev 220 elmi əsərin, 8 müəlliflik şəhadətnaməsi və patentin 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru yetişdirilib. Türkiyə Cümhuriyyəti, Malatya şəhəri, İnönü Universiteti, Kimya mühəndisliyi fakültəsi, 1999–2006 illər Şöhrət ordeni — 2015. 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Келбалиев Г.И., Расулов С.Р., Гидродинамика и массоперенос в дисперсных средах. Санкт–Петербург: ХимИздат, 2014.
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.
Qüdrət Muğanlı
Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur. Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir. Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir. Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Qüdrət Məmmədzadə
Qüdrət Nuriyev
Qüdrət Piriyev
Qüdrət Piriyev (Tam adı:Qüdrət Əliövsət oğlu Piriyev; d.19 sentyabr 1950; Ağsu r., Bəyimli k) — jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,“Əməkdar mədəniyyət işçisi”. Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir.
Qüdrət Quliyev
Qüdrət Ramazan oğlu Quliyev (1955) — Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr naziri (1995-1997), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1992-1995), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı Qüdrət Quliyev 1955-ci il İyul ayının 6-da Bakı şəhərində doğulubdur. Atası Ramazan Nəcəfqulu oğlu 1937-ci ildə Stalin repressiyasına məruz qalmiş dövlət məmuru, anası Xanımqız Mürşüdqulu qızı evdar qadın olubdur. Orta təhsilini Bakının Nəsimi rayonunda yerləşən 44 saylı məktəbdə alıbdır. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitiribdir. Qüdrət Quliyev 18 oktyabr 1991-ci ildə III Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktına imza atan parlament üzvü, dövlət xadimidir. 1981–1990-cı illərdə Bakı şəhər Nəsimi rayon partiya komitəsində (o dövrün siyasi hakimiyyət təşkilatında) ideologiya şöbəsinin təlimatçısı və müdiri; 1990–1991-ci illərdə Naxçıvanın erməni blokadasında olduğu zaman Naxçıvan Vilayət partiya komitəsinin katibi vəzifəsində çalışıbdır. Qüdrət Quliyev 1995-1997 illərdə Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və naziri vəzivəsində çalışıb. 24 iyun 1997-ci il tarixində Azərbaycan Respublikasının Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edildi və onların əvəzində Azərbaycan Respublikasının Ticarət Nazirliyi yaradıldı. 1997-ci ilin Avqustunda Przident Heydər Əliyev hakim Yeni Azərbaycan Partiyasında Qüdrət Quliyevə özünün birinci müavini və icra katibi vəzifələrini təklif etsə də, Qüdrət Quliyev bu təklifdən imtina etmişdi. 2019-cu ildən Amerika Birləşmiş Ştatlarında mühacirətdədir.
Qüdrət Qurbanov
Qüdrət Bəylər oğlu Qurbanov — azərbaycanlı rəssam, Beynəlxalq Rəsm Fondunun üzvü, Əməkdar İncəsənət Xadimi, müasir incəsənət üzrə professor. Qüdrət Qurbanov 1957-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Cəbrayıl rayonu, Dərzəli kəndində sadə ailədə dünyaya gəlmişdir. Ona qədər ailə və yaxınlarında heç kim rəssamlığa həvəs göstərməyib. Qüdrət Qurbanov isə doqquz yaşından boyaların sehrinə düşüb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitunda davam etdirir. Qüdrət Qurbanovun Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə 20-dən çox fərdi sərgisi keçirilib. Onun əsərləri Tretyakov qalereyası və Omsk şəhərində yerləşən Vrubel muzeyində var. Həmçinin bir çox əsərləri də şəxsi kolleksiyalarda yer alır.
Qüdrət Səlimxanov
Qüdrət Səlimxanov (tam adı: Qüdrət Əhmədbəy oğlu Səlimxanov) — 1905-ci ildə Bakı şəhərində,Fatmayı kəndində anadan olub.1981-ci ildə dünyasını dəyişib. Tibb elmləri doktoru, professor. Qüdrət Əhmədbəy oğlu Səlimxanov 1905-ci ildə Bakı şəhərində, Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsiniafli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində alır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Tibb Universitetinə daxil olur. 1928-ci ildə Azərbaycan Tibb Universitetini bitiən Qüdrət ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. 1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə alır.
Qüdrət Səmədov
Səmədov Qüdrət Aşur oğlu (4 aprel 1904, Sarvan, Cavad qəzası – 8 yanvar 1972, Salyan, Salyan rayonu) — kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı. Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində anadan olmuşdur. Pambıqçılığın inkişafında xidmətləri olub. İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir. 1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, Muğan tikinti idarəsində fəhlə, Sarvan kəndindəki "Qırmızı Azərbaycan" kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozda sədr olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb. Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olmuş, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib. 2 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.
Qüdrət gəvəni
Azərbaycan Nazçıvan MR-də rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). Naxçıvanda yuxarı dağ qurşağında yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır. Təbiətdə hündürlüyü 25–30 sm-ə qədər olan tikanlı koldur. Tikanları dağınıq, 2–3 sm uzunluqda, bənövşə rəngli, düz möhkəm tüklə örtülüdür. Yarpağı 7 cüt, düz, lansetvarı, ucları şiş, 1 sm uzunluqda olub, yaşıl, boz tüklüdür. Yarpaqaltlıqları enli yumurtavarı, qısa tüklü, 8 mm uzunluqdadır. Yarpaq qoltuğunda əmələ gələn 2 çiçək 1–2 sm uzunluqda sünbülvarı çiçək qrupu əmələ gətirir.
Qüdrət narı
Qüdrət narı (lat. Momordica charantia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü. Tropik iqlimi olan bölgələrdə, Amazon hövzəsində, Şərqi Afrikada, Asiyada, Karib adalarında təbii şəkildə bitən, Cənubi Amerikada və Uzaq Şərqdə isə qida və dərman bitkisi kimi kimi becərilən bitki. Avropa ölkələrində acı qovun, acı balqabaq, Afrika xiyarı, balsam alması və ya balsam armudu olaraq adlandırılar. Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızırenkte, 10–20 sm uzunluğunda, geniş bir mekik tündlündə olub, üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır.
Qüdrət Özərsay
Qüdrət Özərsay (türk. Kudret Özersay; 16 dekabr 1973-cü il, Larnaka) — Şimali Kipr Türk Respublikasının siyasətçisi, diplomat, beynəlxalq əlaqələr sahəsində alim-mütəxəssis. 2002–2012-ci illərdə və 2014-cü ildə Kipr mübahisəsinin həllinə dair danışıqlarda iştirak etmişdir. 2010–2012-ci illərdə və yenidən 2014-cü ildə danışıqlarda Şimali Kipr Prezidentinin Xüsusi Nümayəndəsi olub. "Toparlaniuruz" hərəkatını qurmuş və rəhbərlik etmişdi. Özərsay Xalqın Partiyasının qurucularından biri və hazırkı lideridir. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. 1973-cü ildə Larnaka şəhərində anadan olub. Şəhərin yaxınlığındakı Alaminyo kəndində böyüyüb. Alaminyolu inşaat ustası Hüseyin Usta və dərzi Sadiyə Hanımın oğludur.
Qüdrət İsaqov
Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı. 2 iyun 1950-ci ildə anadan olmuşdur. Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973-1976-cı illərdə aspirant, 1976-1984-cü illərdə kiçik elmi işçi, 1984-1992-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993-1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur. 1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir. 2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir. 2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir.
Qüdrət İsmayılzadə
Qüdrət Seyfulla oğlu İsmayılzadə (24 oktyabr 1934, Bakı – 1 aprel 2024) — Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı (2019). 1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində doğulmuşdu. 1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir. Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin atası idi. 2024-cü il 1 aprel tarixində öldü. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olmuşdur. 1960–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. Namizədlik dissertasiyası – "Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair", Tbilisi Dövlət Universiteti, 12 fevral 1964-cü il Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarında iştirak etmişdir. 1964–1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. Doktorluq dissertasiyası – "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti", Gürcüstan Elmlər Akademiyası, Tarix İnstitutunun Elmi Şurası, 28 oktyabr 1983-cü il.
Qüdrət Əbdülsəlimzadə
Qüdrət Əbdülsəlimzadə (v. 13 oktyabr 2016, Bakı) — alim, professor. O, Qərb və Bakı Biznes universitetlərində iqtisadiyyatdan dərs demişdir. Qüdrət Əbdülsəlimzadə 2016-cı ilin 13 oktyabr tarixində Bakı Biznes Universitetində dərs zamanı auditoriyada vəfat etmişdir. Qüdrət Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuşdur. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır. O, Bakı Metropolitenində də rəhbər vəzifədə çalışmış və daha sonra pedoqoji fəaliyyətə keçmişdir. "İqtisadi nəzəriyyə" "İqtisadiyyat" "İqtisadi fikir tarixi" "İqtisadi nəzəriyyə-ekonomiks" "Mikro-iqtisadiyyat" professor İnqilab Əlibəyovla bir yerdə yazdıqları "İqtisadi tarix".
Qüdrət Əzizov
Qüdrət kəndi (Qoşaçay)
Qüdrət kəndi (fars. قدرت كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 164 nəfər yaşayır (39 ailə).
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Qüdrətli Bryus (film, 2003)
Qüdrətli Brüs (ing. Bruce Almighty) — Tom Şedyakın rejissorluğu ilə 2003-cü ildə çəkilmiş ABŞ filmi. Baş rollarda Cim Kerri və Morqan Friman çıxış etmişdir. Film Malayziya və Misirdə qadağan edilmişdir. İlahi qüvvələrə sahib olmaq əyləncəli bir şeydir. İnanmırsınızsa, bunu Bruce Nolandan soruşun. Çünki onun bu bilməməsi qeyri-mümkündür! Bruce Nolan Nyu-Yorkda yerli televiziya kanalında xəbər redaktoru işləyir. İnsanların diqqətini cəlb edən əyləncəli proqramlar hazırlayır. Bu proqramlar özündən başqa hamını sevindirir.

Значение слова в других словарях