qırmızı xətlə keçmək

to be the key-note проходить красной нитью
qırmızı danışmaq
qırmızı kürü
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Qırmızı
Qırmızı və ya qızıl – rənglərdən biri. Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir.
Qırmızı Oxlar
Red Arrows (azərb. Qırmızı Oxlar‎) - Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1965-cü ildə, Kral Hərbi Hava Qüvvələri tərəfində maliyyələşdirilən qeyri-rəsmi komandaların əvəzinə yaradılıb. Öncədən komanda uçuşlar üçün əvvəllər Yellowjacks-a məxsus olan Folland Gnat təyyarələrindən istifadə edirdi. 1968-cı ildə şouda istifadə olunan təyyarələrin sayı doqquza qədər artırıldı. 1979-cu ildən etibarən komanda aviaşoular üçün BAE Hawk təyyarəsi istifadə edir. 29 avqust 2022: Aviaşouda quş dəstəsinə tuş gələn təyyarənin füzelyajı deşilib. Pilot təyyarəni yerə endirə bilib.
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır. Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır. Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir. Qəsəbədə ən qədim kvartal Kulqatdır.
Qırmızı Samux
Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir.
Qırmızı Saqqallar
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib.
Qırmızı Terror
Qırmızı terror — Sovet Rusiyasında kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar. Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgə həyata keçirilib. "Qırmızı terror" termini əslində Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror" dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fr. la Grande Terreur) kimi tanınır). RSFSR Xalq Komissarları Soveti ölkəni ağ terrordan müdafiə etmək üçün təcili fövqəladə tədbir adlandıraraq qırmızı terror haqqında qətnamə qəbul etdi. Fövqaladə Komissiya rəhbəri Dzerjinski izah etdi ki, bu addım . SSRİ Prokurorluğu və DTK-sınınn bir izahatında vurğulanır ki, "Qırmızı Terrorun icrası xarakterinə görə məhdudlaşdırılmışdır. 1918-ci ilin sentyabr-oktyabr aylarında bu terror mahiyyəti üzrə bütün ölkədə başa çatdı." "Qırmızı Terror haqqında" fərmanda nəzərədə tutulurdu ki, bu, Qətnamə xəbərdarlıq edirdi ki, "bütün əksinqilabçılar və onlarla əməkdaşlıq edənlərin hamısı Sovet liderlərinin və inqilab ideyaları mübarizlərinin" həyatlarına qəsd cəhdində təqsirləndiriləcəklər.
Qırmızı anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Qırmızı ardıc
Qırmızımeyvəli ardıc (lat. Juniperus phoenicea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qafqaz, Krım, İran, Türkiyə, Balkan yarımadasında, Aralıq dənizi boyunca Madeyra adaları na qədər olan geniş ərazidə yayılmışdır. Hündürlüyü 6 m-ə çatan alçaqboylu, düzgövdəli ağac və ya koldur. Zoğları qısa, yaşıl və ya sarımtıl-qonur rəngdədir. Köhnə budaqları və gövdəsinin qabığı açıq-boz, cavan zoğları sarımtıl-qonur rənglidir. Yarpaqları üfüqi vəziyyətdə, xətvarı-iynəşəkillidir, uzun tikanı sivridir, üst tərəfində yaşıl rəngli orta damarı boyunca uzanmış iki ağ zolağı, alt tərəfində sivri və ensiz tili vardır, vəziləri yoxdur, uzunluğu 11–20 mm və eni 2 mm-ə qədərdir. Erkək qozalar xırda və kürəşəkilli olub, çox qısa ayaqcıqlar üzərindədir, pulcuqları dəyirmidir, yanlarında dişləri vardır. Meyvələri yarpaqdan qısa, saplaqsız, kürə formalə olub, diametri 9–11 mm, pas rəngli və ya qonuraçalan-qırmızıdır. Yetişmiş meyvələri üzərində 3-6 pulcuğu vardır, onların ucu sivri və ya düzdür, təpələrində aydın görünən çapıqlarla bir-birindən aralanmışdır.
Qırmızı ağcaqayın
Qırmızı ağcaqayın (lat. Acer rubrum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir. Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır.
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir. Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir. Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: 'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir. 'Almaniya Ordusu' — Almaniyada qırmızı bereti Kommando Spezialkräfte və Division Spezielle Operationen kimi komando qrupları geyinir. 'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələri və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s.
Qırmızı cadugər
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Qırmızı canavar
Qırmızı canavar, Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür. Yetkin qırmızı canavarın bədən uzunluğu 55–110 sm, quyruğu 45–50 sm, kütləsi 17–21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
Qırmızı difelipeya
Elmi adı - Diphelipaea coccinea (Bieb) Nicolson (Phelipaea coccinea (Bieb.) Poir.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri –qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür. Çiçəkləmə may-iyul, meyvəvermə iyun –avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir. Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsidir. Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.
Qırmızı dil
Qırmızı düyü
Qırmızı düyü – düyü növü. Tərkibində antosian olduğuna görə qırmızı rəngdədir. Adətən təmizlənməmiş və ya qismən təmizlənmiş formada yeyilir, qırmızı kəpək təbəqəsinə malikdir. Qırmızı düyünün qoza bənzər bir dadı var. Bütün kəpəklə yeyilən düyülər arasında ən yüksək qida dəyərinə malikdir. Bəzi qırmızı düyü növləri aşağı qlikemik indeksə malikdir. Düyü yavaş həzm olunur və enerjini yavaş buraxır. Bu, qan şəkəri səviyyəsinin daha yavaş yüksəlməsinə səbəb olur. Qırmızı düyü bədəndəki sərbəst radikalları azaldan yüksək miqdarda antioksidanta malikdir. Həmçinin ağ düyüdən daha zəngin dəmir, maqnezium, kalsium və sink mənbəyidir.
Qırmızı dəniz
Qırmızı dəniz (ərəb. البحر الأحمر‎ Bahr el-Ahmar, ivr. ‏ים סוף‏‎ Yam Suf, fr. mer Rouge) — Hind Okeanında Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən daxili dəniz. Qədim adı Ərəb körfəzidir. Qırmızı dəniz isti və duzlu dənizlərdən biridir. Dəniz qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan və Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmən ilə həmsərhəddir.
Qırmızı felipeya
Elmi adı - Diphelipaea coccinea (Bieb) Nicolson (Phelipaea coccinea (Bieb.) Poir.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri –qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür. Çiçəkləmə may-iyul, meyvəvermə iyun –avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir. Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsidir. Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.
Qırmızı gil
Qırmızı göl
Qırmızı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır. Ərazisi 7,2 km², suyunun həcmi isə 8,3 mln m³ olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur. Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində kation və anionların konsentrasiyaları (kalsium, maqnezium, xloridlər, sulfatlar) YVQH-dən dəfələrlə coxdur. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.
Qırmızı göyək
Qırmızı gəndəlaş
Qırmızı gəndəlaş (lat. Sambucus racemosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Yarpağı tökülən kol və ya kiçik ağacdır. Latınca növ epitetini (lat. Racemosa) "salxımvari", "budaqlı" (lat. Racemus — "üzüm salxımı") kimi tərcümə etmək olar. Ədəbiyyatda növün bir neçə: salxımvari gəndəlaş, qırmızı gəndəlaş, adi gəndəlaş adına rast gəlinir. Hündürlüyü 1,5-3,5 m olan, düzgövdəli koldur. Cavan bitkilərin qabığı hamar, qocalarda soyulandır. Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur.

Digər lüğətlərdə