qırmızı yumurta bayramı

Easter азербайджанское название христианского праздника пасхи
qırmızı-qırmızı
qısa dalğa
OBASTAN VİKİ
Yumurta
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Yumurta (anatomiya)
Yumurta və ya yumurta hüceyrə — döllənmə və ya partenogenez nəticəsində yeni bir orqanizm kimi inkişaf edən dişi reproduktiv hüceyrə. Yumurtaların ölçüsü çox fərqli ola bilər: siçan yumurtasının diametri təxminən 0,06 mm olduğu halda, Afrika dəvəquşusu yumurtasının diametri 15,5 sm-ə çata bilər. Yumurtalar ümumiyyətlə sferik və ya oval şəklindədir, lakin onlar da uzanır, məsələn həşəratlarda, miksin və ya mul balığı. Oologiya — heyvanların, əsasən də quşların yumurtalarının öyrənilməsinə həsr olunmuş zoologiya şöbəsidir.
Yumurta (dəqiqləşdirmə)
Yumurta – qida məhsulu və həyat mənbəyi.
Yumurta (hüceyrə)
Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması — ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən — ziqotadan rüşeym inkişaf edir. Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350–500 ədədi yetişə bilir.
Yumurta döyüşdürmə
Yumurta döyüşdürmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. ==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: — Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir: Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Yumurta qoyan
Yumurta qoyan — çoxalma növü olaraq, embrion əmələ gəlməsi ana bətnindən kənarda yumurta daxilində əmələ gəlirlər. Mayalanmış yumurtalardan balalar yumurta daxilində gedən proseslər nəticəsində əmələ gəlir. Yeni balalar yumurta qabığını yararaq oradan çıxırlar. Yumurta qoymaqla çoxalan canlılara misal: cücülər, balıqlar, molyusklar, sürünənlər (böyük əksəriyyəti) və bütün quşlar yumurta ilə çoxalır. Məməlilərdən isə birdəliklilərə aid iki növ yumurta ilə çoxalır. Dinozavrlarda yumurta qoymaqla çoxalırmışlar.
Yumurta salatı
Yumurta salatı (ing. Egg salad) — göyərti, baharat və yumurtanın mayonezlə qarışdırılması ilə hazırlanan salat. Yumurta salatı doğranmış qatı qaynadılmış yumurta, mayonez, xardal, xırtıldayan kərəviz və soğan, duz, qara bibər və bibərdən hazırlanan bir salat növüdür. Soyuq qidalar əlavə etməklə salatı zənginləşdirmək olar. Donuz basdırması, bibər, pendir, xiyar və soğan kimi qida məhsullarını əlavə etmək olar. Rusiya və SSRİ zamanı oliviye salatı olaraq da bilinirdi.
Yumurta yazmaq
Yumurta yazmaq — Azərbaycan folklorunda bir dəbdir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazmadır. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Yumurta maşını
Yumurta maşını — Braziliyada sahibkarlıq növüdür və aşağı gəlirli məhəllələrdə çoxlu miqdarda yumurtanın aşağı qiymətə, adətən Kombi tipli səsgücləndirici ilə təchiz edilmiş avtomobil vasitəsilə satışı ilə xarakterizə olunur.
Yumurta (film)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Qırmızı
Qırmızı və ya qızıl – rənglərdən biri. Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir.
Yumurta (film, 2003)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Fitr bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Gül bayramı
Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir.. == Haqqında == === Tarixi === Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi. === Müasir dövr === Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır. Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilir. Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur.
Hamursuz Bayramı
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Kürmükoba bayramı
Kürmükoba bayramı — Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür. == Mənşəyi və tarixi == Bu bayramın tarixçəsi əslində Kürmük məbədi və onun yerləşdiyi ərazi ilə sıx bağlıdır. Bayramın tarixi köklərinin qədim olması, bayramda bir çox adətlərin və fərqli dinlərə malik ayinlərin işlənməsi ilə xarakterikdir. Bayramın kökündə fərqli inanclar durur. Diqqəti çəkən məqəmlardan biri bayramın yaz və payız aylarında keçirilməsidir. "Kürmük Oba Bayramı" məbəd yolundan başlayır və məbədin ziyarətilə başa çatır. Əsas məbədə aparan yolun üstündə, iri qapını xatırladan nəhəng qara daş var. Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub..
Milad bayramı
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Mövlud bayramı
Mövlud bayramı — Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması. Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[mənbə göstərin], 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur. Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır.
Nar bayramı
Nar bayramı — Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır. "Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər. "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bayram Azərbaycanın nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb. Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.
Novruz Bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Opet bayramı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Pasxa bayramı
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Qamış bayramı
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qurban Bayramı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.