qızı yoldan çıxartmaq

to carry the girl away / to entice / to lure / to tempt / to captivate / to enthrall снимать девочку (завлекать)
qızğın vuruşma
qızıl bahasına
OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Bataqlıq qızı
Bataqlıq qızı (ing. Where the Crawdads Sing) — ABŞ yazıçısı Delia Ouensin 2018-ci ildə yazdığı qətl sirri romanı. Hekayə yavaş-yavaş bir-birinə qarışan iki zaman xəttini izləyir. Birinci xronometraj Kia adlı gənc qızın Şimali Karolinanın bataqlıqlarında təcrid olunmuş vəziyyətdə böyüyərkən həyatı və sərgüzəştlərini təsvir edir. İkinci vaxt qrafiki Şimali Karolinanın uydurma sahil şəhəri Barkli-Kouvun (ing. Barkley Cove) yerli məşhuru Çeyz Endruysun aşkar qətli ilə bağlı araşdırmadan sonra baş verir. 2022-ci ilin iyul ayına qədər kitab 15 milyon nüsxədən çox satıldı. Film adaptasiyası 2022-ci ilin iyulunda buraxıldı. == Məzmun == " Bataqlıq qızı" — detektiv, ailə dramı və eyni zamanda təbiətin gücü haqqında parlaq hekayədir. Delia " Bataqlıq Qız " Kia Klarkın həyatından danışır.
Başqırdıstan qızı
Başqırdıstan qızı (başq. Башҡортостан ҡыҙы) — Başqırd dilində aylıq buraxılan sovet və rus ədəbi və bədii jurnal, hədəf auditoriyası qadın və ailələrdir. == Tarixi == Jurnal, Sov.İKP Mərkəzi Komitəsinin Katibliyinin 22 mart 1967-ci il tarixli və Başqırd Regional Partiya Komitəsinin 1967-ci il 18 aprel tarixli qərarları əsasında 1 yanvar 1968-ci ildən nəşr olunur. 5 Noyabr 1991-ci ildən jurnalın təsisçiləri bunlardır: Başqırdıstan qurultayı, BR Hökuməti və " "Başqırdıstan qızı" jurnalının redaksiyası" Unitar Dövlət Müəssisəsi. 28 iyul 1995-ci il Başqırdıstan Mətbuat və Media Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. == Jurnalın təsviri == "Başqırdıstan qızı" jurnalının əsas proqramma məqsədi və vəzifələri oxucuları Başqırdıstan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatı ilə tanış etməkdir; bundan əlavə qadınların ictimai-siyasi həyatda iştirakı, mənəviyyat və tərbiyə problemləri, ailənin möhkəmləndirilməsi, insanlara və diyara sevginin artırılması mövzularını əhatə edir. Tərbiyə, təhsil, səhiyyə, mədəniyyət və əxlaq problemlərinə aid materiallar daim çap olunur. Jurnal qadın yazıçı və şairlərin əsərlərinə xüsusi diqqət yetirir. Jurnal Başqırdıstan xaricində yaşayan başqırdların həyatını da əks etdirir. Başqırdıstan Qızı jurnalının redaksiyasında aşağıdakı şöbələr yaradılmışdır: ictimai həyat, siyasət və təhsil; ədəbiyyat, mədəniyyət və incəsənət; məktublar, gənclər işi, tətbiqlər.
Keşiş qızı
Keşiş qızı — ingilis yazıçı Corc Oruellin 1935-ci ildə yazdığı romandır. Bu, keşişin titulu qızı Dorothy Hare'nin hekayəsindən bəhs edir, onun amneziya tutması ilə həyatı alt-üst olur. Bu, Oruellin ən rəsmi eksperimental romanıdır, tamamilə dramatik formada yazılmış bir fəsildən ibarətdir, lakin o, heç vaxt bununla kifayətlənməyib və ölümündən sonra onun yenidən çap edilməməsi barədə göstərişlər verib. Bu göstərişlərə baxmayaraq, Orwell ölümündən sonra "varislərimə bir neçə funt qazandıra biləcək hər hansı kitabın" ucuz nəşrlərinin çapına razılıq verdi. == Fon == Oruell 1929-cu ilin dekabrında Parisdən qayıtdıqdan sonra növbəti beş il ərzində Southwolddakı valideynlərinin evindən istifadə etdi. Southwold şərq Suffolk sahilində kiçik bir əyalət şəhəridir. Ailə yerli icmada yaxşı qurulmuşdu və bir çox yerli insanlarla tanış oldu. Onun bacısı Avril şəhərdə çayxana işlədirdi. Sent Feliks Məktəbində idman zalı müəllimi və bir din xadiminin qızı olan Brenda Salkeld onun evlilik təklifini rədd etsə də, uzun illər onun işi ilə bağlı dost və daimi müxbir olaraq qalmalı idi. Rana Balaj Oruelldən repetitorluq edirdi, Orwell isə Southwold-da yazılar yazırdı və Londonda və onun ətrafında bir serseri kimi gizli ekspedisiyalarını davam etdirirdi.
Zəng qızı
Zəng qızı — küçə fahişələrindən fərqli olaraq adətən öz peşəsini ictimaiyyətə göstərməyən seks işçisidir. O, adətən fahişəxana kimi bir müəssisədə işləyir, lakin onları adətən eskort agentliyi işə götürür. Müştərilər adətən onların telefon nömrəsinə zəng edərək görüş təyin edirlər.
Əfqan qızı
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi.
Əcəm qızı
Əcəm qızı — repertuar sayı 1398, bölgəsi Kırşehir, mənbə adamı Çəkic Əli, tərtibçisi Osman Özdənkçidir. Sözləri və musiqisi Nəşət Ərtaşa məxsus olan mahnının müəllifinin əslində Aşık Canani və Hüseyn Tənəcioğlu olduğu ilə bağlı mübahisələr var. Hüseyn Tənəcioğlunun şeiri həm qafiyələrdəki ahəng, həm də sözlərin düzgünlüyü baxımından daha möhkəm mətndir. İrfan Canın yazdığı "Qədirli Boxçası" kitabında müsahibələrdə adı keçən Əcəm qızı türküsünün Aşık Hüseynə aid olduğu iddiası, Aşık Feymani, bu mahnını Nəşət Ərtaş oxumazdan əvvəl Ceyhanda dəfələrlə eşitmiş və dinləmiş, Nəşət Ərtaşın atasının da Ceyhandan bir çox türkü tapıb tərtib etdiyinin məlum olduğu söylənərək dəstəklənir.
Səfirin qızı
Səfirin qızı Televiziya serialı 16 dekabr 2019-cu il Emre Kabakuşak tərəfindən yaradılb Star TV yayımlanmışdı Səfirin Qızı, O3 Medya və NG Medya filmlərinin birgə istehsalı, ilk bölümü 16 dekabr 2019-cu ildə yayımlandı, rejissor Emre Kabakuşak, ssenarisi Eylem Canpolat və Ozan Aksunqur ' Türk istehsalı dram televiziyası televiziya serialı. Serialın 36 bölümündə rol alan Neslihan Atagül xəstəliyi və Tuba Büyüküstün səbəbiylə serialdan ayrılmalı olub yerini tutdu.2 sezondan ibarət olan serial 11 may 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə sona çatdı. 17 may 2021-ci il tarixindən etibarən TV2 kommersiya kanalı tərəfindən Macarıstanda sinxron yayımlandı. İstehsal Macarıstan səsləri ilə də izlənilə bilən 50-ci türk serialıdır. Serialın çəkilişləri Muğlada aparılıb.
Gilan qızı
Gilan qızı — rejissor Leo Murun 1928-ci ildə ekranlaşdırdığı tammmetrajlı bədii film. == Məzmun == Filmdə 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur. == Film haqqında == Film Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmişdir. Film aktyor Lətif Səfərovun kinoda ilk işidir. Azərbaycan kinematoqrafı tarixində ilk dəfə bu filmdə qısa montajdan istifadə edilir. Bu da filmə dinamika qatıb. Film çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin "Gilan qızı" adlı bir hekayəsi çıxmış və az vaxt ərzində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Tunc ay" romanı kimi, "Gilan qızı" hekayəsi də eyni mövzuya həsr edilmişdir. Çox güman ki, rejissor hekayənin adını münasib görmüş və öz filmini də "Gilan qızı" adlandırmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Leo Mur Ssenari müəllifi: Leo MurA.V.Bıxovski Əsərin müəllifi: Yuri Slyozkin Operator: İvan Frolov Rəssam: Aleksandr S.Qonçarski == Rollarda == Sidqi Ruhulla — Hacı Zəkidər S.A.Makuxina — Səkinə Lətif Səfərov — Gülgül Georgi Parisaşvili — kiçik xan Ağarza Quliyev — Əli Əhsənullah — Əhsənullah A.İ.Bəzirganov — Hacı Mübarək Z.D.Tsıs — Rəqqasə Maro Qasım Zeynalov — Hacıbəy A.A.Qlinski — kababxana sahibi V.M.Korolyov — Həsən Mirseyfəddin Kirmanşahlı A.Aleksandrovski == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov.
Qarların qızı
Qarların qızı — Cek Londonun roman janrında ilk əsəri. 1902-ci ildə nəşr edilmiş olan romanı yazıçının gələcək əsərlərinin digər qəhrəmanları kimi baş qəhrəmanın xarakteri ilə seçilir. Yazıçının baş obrazı güclü, özünə inamlı və müstəqil xarakterli obrazdır. Onun adı anası Flora Velmanın adı ilə səsləşir. Roman, onu yazmaq üçün Londona ayda 125 dollar təqaüd verən naşir Mak Klyur tərəfindən sifariş edilmişdir. Hadisələr Yukonda (Kanada) baş verir, baş qəhrəman Frona Velzdir. O, zəngin bir sahibkarın və Yukonun qızıdır. Üç il Avropa universitetlərində qaldıqdan sonra Frona şimaldakı atasının yanına qayıdır. Hərtərəfli təhsil almış, eyni zamanda insanlarla ünsiyyətdə səmimiliyi və sadəliyi qoruyub saxlamışdır. Roman, digər şeylərlə yanaşı, qızıl mədənçilərinin həyatı və sərgüzəştlərindən bəhs edir.
Özbək qızı
Özbək qızı - İkinci Dünya müharibəsinin Şərq Cəbhəsində Qırmızı Ordu sıralarında xidmət etmiş olan bir özbək snayperçi qız haqqında Əkbər Bekturdiyevin çəkmiş olduğu hərbi dramdır. Film Özbəkistan Kinematoqrafiya Agentliyinin sifarişi əsasında Belarus kinorejissorlarının iştirakı ilə “Cinema of Central Asia” kino şirkəti tərəfindən çəkilmişdir. Hərbi silah məktəbinin məzunlarından biri olan 18 yaşlı snayperçi Cəmilə (Aysenem Yusupova) sevgilisi döyüş cəbhələrindən birində döyüşdüyü zaman özü də Belarusda Kalinin cəbhəsində könüllü olaraq xidmət edir. Cəmilə döyüş hazırlığı keçir və döyüşə tam olaraq hazırlaşdırılır. O, bütün çətinliklərə, məhrumiyyətlərə dözür, mərdliklə vuruşur, lakin yaralanaraq almanlara əsir düşür. Hadisələrin sonrakı inkişafı nəticəsində, Cəmilə nasistlər üçün məxfi formada işləyən üç agentdən biri olan sevgilisini tapır. Sevgilisi, Cəmiləni almanlardan xilas edərək onu meşəyə doğru apararkən Belarus partizanları onları dayandırırlar.
Eriqona (Egisfin qızı)
Eriqona (q.yun. Ἠριγόνη) — yunan mifologiyasında personaj. O, Mikena çarı Egisf və Klitemnestranın qızı idi. Eriqona ögey qardaşı Orestdən Pentil adlı övladı olmuşdur. Orest həm Eriqona, həm də onun qardaşı Aleti sui-qəsd etməyə cəhd etmiş, lakin ilahə Artemida onu xilas etmişdir.
Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir. Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir. == Kitabları == 1965 - “Ayrıla bilmədim” 1969 - “Xəzri həmişə əsmir” 1970 - “Günəş məndən göyçəkdir” 1972 - “Bahar çiçəkləri” 1982 - “Onu hamı sevirdi” Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Kafirin qızı (roman)
Kafirin qızı - Orxan Kamalın yazdığı və 1959-cu ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Ədəbiyyatımızda sosialist realist görüşünün ən mühüm nümayəndələrindən biri olan Orxan Kamal həmişə əməyin yanında olan qələmindən qadın dünyasını məharətlə ifadə etmək üçün daim istifadə etmişdir. Orxan Kamal qadının da fəhlə olduğu romanlarında çarxın əyri dişliləri arasındakı mübarizəni təsvir etməyə davam edir. Həmişə qoruduğu insanpərvər və parlaq görünüşü ilə...
Kral qızı türbəsi
Kral qızı türbəsi və ya Kral qızı abidəsi (mak. Турбе на кралската ќерка, türk. Kral Kızı Türbesi, serb-xorv. Kral K'zi ) — Şimali Makedoniyanın Skopye şəhərində, Skopye universitetinin Təbiət Elmləri və Riyaziyyat Fakültəsi yaxınlığında yerləşən Bosniya şahzadəsi Ketrinə həsr olunmuş məqbərədir. Türbə, 1963-cü ildə Skopyedə baş verən zəlzələ zamanı dağılmış, Bosniya və Herseqovinanın Mədəniyyət və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Makedoniya Mədəniyyət Nazirliyi tərəfindən 2014-ci ildə yenidən bərpa edilmişdir. Elm adamları və yerli əhali arasında buranın pərəştiş yeri yoxsa müxtəlif yerlərdə bir neçə qəbir olan fərdi pərəştiş üçün tikilmiş bir abidə olması haqqında dilemma mövcuddur. Padşah qızının (şahzadənin) məqbərəsi, Balkan yarımadasındakı Makedoniya mədəni irsində, İslam- Şərq sakral obyektləri arasında və Osmanlı-Bosniya arasında da geniş yer alır. == Tarix == Tarixi mənbələrdə məqbərənin nə vaxt inşa edildiyi barədə məlumat verilmir. Türbənin və ya onun qalıqlarının üzərində yaşını təyin edə biləcək bir kitab olmamasına baxmayaraq, 15-ci əsrin sonu-16-cı əsrin əvvəllərində inşa edildiyi düşünülür. Bəzi tədqiqatlardan birində deyilir: "Skopyedəki "Kral qızı"nın məzarlığı, Balkan yarımadasında Osmanlı hakimiyyətinin erkən çağlarına aid olan bu mədəni və dini əsər haqqında tarixi faktlarla əlaqədar özbaşınalığı və qeyri-dəqiqliyi səbəbindən nəzərə alınmayacaqdır." == Epiloq == Şahzadə haqqında olan məlumata görə Siqismund və Katarina, Bosniya şahzadləri olaraq İstanbula doğru gedirdilər.
Mayra Məhəmməd Qızı
Mayra Məhəmmədqızı (qaz. Майра Мұхамедқызы; 5 sentyabr 1965, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) — bir qazax opera müğənnisidir. O, "Paris Operası"nda ilk qazax qadın idi. Qazaxıstan Respublikanın əməkdar artistidir. == Həyatı == Mayra Məhəmməd qızı Çində anadan olub. Babaları 1930-cu illərdə Sovet hakimiyyətinin özbaşınalığından qaçaraq Qazaxıstan çöllərindən Çinə köçmüşdü. Musiqiçi valideynləri ona fortepiano çalmağı və oxumağı öyrənməsi üçün yerli musiqi məktəbinə yazdırmışdı. 1987-ci ildə Çin Xalqları Mərkəzi Universitetinin musiqi fakültəsini, daha sonra Quo Şu Cen ilə birlikdə oxuduğu Pekin Konservatoriyasını bitirdi. 1987-ci ildən Mayra ölkədə fəal iştirak etməyə başladı. "Qızıl Əjdaha" ümumittifaq vokal müsabiqəsində iştirak etdi və 6 il müddətində universitetdə dərs verdi.
Muğan Qızı (1972)
Film-portret Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıq ustası, Puşkin rayonundakı (indiki Biləsuvar) Telman adına kolxozun sədri Qızqayıt Həsənova, onun keçdiyi şərəfli əmək yolu barədə söhbət açır. Filmin əsas hissəsi qəhrəmanın bugünkü həyatına, onun rəhbərlik etdiyi kolxozun işlərinə həsr olunmuşdur. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Nahid Hacızadə (Nahid Hacıyev kimi) Operator: Vladimir Konyagin Musiqi tərtibatı: A. Dobruşkes Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258.
Peribeya (Alkafoyun qızı)
Peribeya (bir sıra mənbələrdə Eribeya) — qədim yunan mifologiyasının personajı. O, afinalı idi və Meqara padşahı Alkafoyun (və ya Alkafın) qızı idi. Sofoklun "Tesey" adlı faciə əsərinə əsasən, afinalı xanım Teseylə birgə Minosa xərac kimi göndərilmişdir. Minos ona aşiq olmuşdu. Minos ona sahib olmaq istədi, lakin Tesey buna icazə verməyəcəyini söylədi. O, Teseyin sevgilisi olmuşdur. Telamonun arvadı və Eantın anası idi.
O qızı tapın
O qızı tapın — rejissor Həsən Seyidbəylinin filmi. Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır. Film Azərbaycan sovet milisinin 50 illiyinə ithaf olunmuşdur.
Klimena (Katreyin qızı)
Klimena ( q.yun. Κλυμένη ) — yunan mifologiyasındakı personaj, Krit şahzadəsi, Navplinin həyat yoldaşı və Palamedin anası. 13 sentyabr 1868-ci ildə ABŞ astronomu Ceyms Kreyq Vatson tərəfindən Detroit Rəsədxanasında kəşf edilən asteroid (104) Kliemena mifoloji Klimenlərdən birinin adını daşıyır.
Klimena (Mininin qızı)
Klimena ( q.yun. Κλυμένη), həmçinin Periklimena (Περικλυμένη) — qədim yunan mifologiyasında ilk növbədə genealoji funksiyaları yerinə yetirən personaj. Onun qohumluq əlaqələrinin bir neçə variantı məlumdur. Atalantanın anası İasın həyat yoldaşıdır. Heliosdan Faetonu dünyaya gətirən Klimena okeanidası ilə eyniləşdirilən İfiklin anası, Filakın həyat yoldaşı, Mininin qızıdır. Həmçinin, Yasonun nənəsi və ya anası.
Melanfo (Dolinin qızı)
Melantho ( q.yun. Μελανθώ ) — yunan mifologiyasında və Homerin "Odisseya"sındakı personaj, Odisseyin evindəki qulluqçulardan biri, kölə Dolinin qızı. Melanfo "Odisseya" kiçik personajlardan biridir. "Kəskin dilli" kimi təsvir edilən o, Odisseyin itakalı çoban qulluqçusu Melanfinin bacısı və Dolinin qızıdır. Penelopanın qulluqçuları arasında o, ən sevimlilərindən biridir. Onun tərbiyəsində Penelopanın şəxsən iştirak etdiyi deyilir.
Peribeya (Hipponoyun qızı)
Peribeya ( q.yun. Περίβοια ) — qədim yunan mifologiyasındakı personaj, Olenli Hipponoyun qızı, Eneyin ikinci arvadı.
Aqameda (Avginin qızı)
Aqameda ( q.yun. Ἀγαμήδη, ) — qədim yunan həkimi. O, epeylərin padşahı Avginin böyük qızı kimi Elidada anadan olmuşdur. O, Elida və Pilos arasında gedən döyüşdə Pilos padşahı Nestor tərəfindən öldürülən Muli ilə evli idi. Roma müəllifi Qay Yuli Higin yazır ki, o, Poseydondan üç oğul doğdu: Bel, Aktor və Dikt.
Diogeniya (Keleyin qızı)
Diogeniya (q.yun. Διογένεια) — qədim yunan mifologiyasında persona, Elefsis padşahı Keley və Metaniranın qızı. Pavsani Pamf və Homerə istinadən xəbər verir ki, Afina padşahı Erextey və İmmarad elefsislilərə başçılıq edən Evmolpun oğlu döyüşdə ölmüş, Keleyin qızları Diogeniya, Pammerop və Sesara tanrıçalara müqəddəs bir xidmət təşkil etmişdir.