Xan qızı bulağı

Xan qızı bulağı — Şuşada Çöl Qala məhəlləsində Xan qızı Natəvanın sarayının yanında yerləşən bulaq[1][2]. Bulaq XIX əsrdə Xurşidbanu Natəvanın sifarişi ilə tikilib[3]

Xan qızı Natəvan Bulağı
Xəritə
39°45′51″ şm. e. 46°45′03″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Xurşidbanu Natəvan
Tikilmə tarixi 1871-ci il
İstinad nöm.5043
KateqoriyaBulaq
ƏhəmiyyətiYerli əhəmiyyətli
Xan qızı Natəvan Bulağı (Azərbaycan)
Xan qızı Natəvan Bulağı

1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

Bulaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2020-ci ildə Şuşa İkinci Qarabağ müharibəsi dövründə azad edildikdən sonra bulaqda təmir işləri aparılmış və o yenidən insanların istifadəsinə verilmişdir.

Şuşa şəhəri salındıqdan sonra onun əhalisi içməli suya olan tələbatını həyətdə qazılmış quyular vasitəsilə təmin etməyə çalışıb. Lakin bu suların əksəriyyəti duzlu olduğu üçün içməyə yararlı deyildi. Şəhərdə yalnız iki içməli su quyusu var idi[4]. Bu isə 30 min əhalisi olan bir şəhər üçün az idi. Buna görə də insanlar suya olan ehtiyaclarını şəhərdən 3-4 km uzaqlıqda olan dağlardan, DaşaltıXəlfəli çaylarının sahillərindəki çeşmələrdən təmin edirdilər[4]. Onlar bu çeşmələrdən tuluqlara su doldurub at və eşşəklərlə şəhərə daşıyırdılar. Suyun uzaqdan gətirilməsi onun qiymətinin də baha olmasına səbəb olurdu. Varlı ailələr suya il ərzində 50 rubl pul xərcləyirdilər. Kasıb əhali isə çox vaxt elə şor bulaqlardan və ya yağış sularından istifadə etməyə məcbur qalırdı. Onlar evlərin damından axan suyu həyətin dibində yerin altında tikdikləri su anbarına yönəldib onu istifadə üçün toplayırdılar[4]. Şəhərin içməli su ehtiyacını ödəmək üçün şəhərdə müxtəlif su bulaqları tikilməyə başladı. Bu bulaqlar öz memarlıq üslublarına və fərqliliklərinə görə hazırda şəhərin tarixi abidələri sırasındadırlar[5].

Bulağın tikilməsi

[redaktə | mənbəni redaktə et]

Bulaqlardan birinin tikintisini Xurşidbanu Natəvan öz üzərinə götürür[6]. O, 1871-ci ildə əhalini içməli su ilə təmin etmək üçün şəhərdən yeddi kilometr aralıda Sarıbaba dağının ətəyindən Şuşaya su kəməri çəkdirir. Kəmərin tikinti işləri 1 il 6 ay davam edir və 1873-cü il avqustun 18-də uğurla başa çatır[7][8]. Bulağın açılış mərasimində iştirak etmək üçün beş min nəfər toplaşır. Xurşidbanu Natəvan bulağın çəkilməsinə 100 min manat qızıl pul xərcləyir[7]. Suyun çəkilişində iştirak edənlərə puldan əlavə, 180 qoyun və 20 dəst bahalı xələt bağışlamışdı[9]. Şair və rəssam Mir Möhsün Nəvvab suyun çəkilməsinə maddeyi-tarix yazmış və Xurşidbanu bəyimin xeyirxah işini təqdir etmişdir[7].

Su kəməri saxsı borularla çəkildiyi üçün suyu sərin olurdu. Sonradan saxsı borular bürünc borularla əvəz edilib[10]. Həmin suyu insanlara təqdim etmək üçün Xurşidbanu Natəvanın saray kompleksinin ərazisində[11] Çölqala məhəlləsində Xan qızı bulağı tikilir. Bulaq ağ mərmərdən tikilib, 12 gözdən və 8 guşəli çarhovuzdan ibarətdir[12].

1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub[13], özü isə baxımsız vəziyyətə düşüb[14][15][16].

Bulaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[17][18]

2020-ci ildə Şuşa İkinci Qarabağ müharibəsi dövründə azad edildikdən sonra bulaqda təmir işləri aparılmış və o yenidən insanların istifadəsinə verilib[19][20][21].

  1. Nazim Məmmədov. Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi (PDF). Bakı: Avropa nəşriyyatı. 2016. səh. 566. 2022-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-22.
  2. Şuşa - qədim Azərbaycan diyarı (PDF). Bakı. 2009. səh. 4. 2022-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-08.
  3. Qarabağ abidələri (PDF). Bakı: Günəş nəşriyyatı. 2009. səh. 58. ISBN 978-9952-440-47-8. Archived from the original on 2020-10-19. İstifadə tarixi: 2022-11-22.
  4. 1 2 3 Вугар Иманов. "История создания "Хан-гызы булагы" – как в Шушу был проведен первый водопровод" (rus). trend.az. January 21, 2021. January 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  5. Yaqub Mahmudov, Camal Mustafayev. Şuşa, Pənahabad (PDF). Bakı: Təhsil nəşriyyatı. 2012. səh. 114-115.
  6. Zahid Rza. "Tək inci, "Xan qızı" Xurşidbanu Natəvan" (az.). İki sahil qəzeti. March 16, 2022. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  7. 1 2 3 Vasif Quliyev. "Şuşanın bulaqları" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi . April 30, 2021. May 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  8. ""Şuşa mədəniyyətinin inciləri" layihəsinin ilk təqdimatı Xurşidbanu Natəvana həsr olunub" (az.). culture.gov.az. January 31, 2021. July 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  9. Васиф Гулиев. "Шушинские родники" (rus). Azərbaycan Dövlət İnformasiya Agentliyi. May 4, 2021. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  10. Tahir Ağaməmmədov. "Şuşa şəhərinin tarixi memarlıq abidəsi sayılan bulaqları" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. October 11, 2022. November 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  11. Под общей редакцией М. А. Казиева. Город Шуша. Дом Хуршуд Бану Натаван // Азербайджан (Исторические и достопримечательные места). Bakı: Издательство АН Азербайджанской ССР. 1960. səh. 92.
  12. "Xan qızı bulağı" (az.). anl.az. Archived from the original on November 23, 2022. İstifadə tarixi: November 23, 2022.
  13. "Azerbaijan's prominent cultural figures visit "Khan gizi" spring" (ingilis). report.az. September 18, 2021. November 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  14. Tofiq Süleymanov. ""Şuşada 330-dan çox abidə dağıdılıb"" (az.). azvision.az. February 22, 2021. November 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  15. "Ильхам Алиев посетил восстановленный в Шуше родник «Хан гызы»" (rus). Zerkalo. May 12, 2021. November 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  16. Murad Orucov. "Qarabağın sonuncu varisi – Xan qızı Natəvanın ürəkdağlayan yadigarı" (az.). sputnik.az. August 6, 2021. November 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  17. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. August 2, 2001. July 7, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 23, 2022.
  18. "Недвижимые исторические и культурные памятники местного значения" (rus). armenianvandalism.preslib.az. January 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  19. "Prezident İlham Əliyev Şuşada bərpa edilən "Xan qızı" bulağında olub" (az.). APA Group. May 12, 2021. May 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  20. "Azərbaycan və Türkiyə prezidentləri Şuşada "Xan qızı" bulağında olublar" (az.). President.az. June 15, 2021. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
  21. "Ilham Aliyev visited the restored "Khan gizi" spring in Shusha" (az.). president.az. May 12, 2021. June 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.