qəpik

is. kopeck m, un centièment du manate ; centime f ; ~ siz olmaq n’avoir plus un sou

qənşər-qənşərə
qəpik-qəpik
OBASTAN VİKİ
Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi. == Tarixi == Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan — 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur. XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal — nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.
Qəpik (Azərbaycan)
Qəpik (Azərbaycan) — Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatının 1⁄100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib. İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı. 28 dekabr 2005-ci ildə Yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Yeni qəpik 1, 3, 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.
Ay və qara qəpik
Ay və quruş (Ay və qara şahı) — Somerset Moemin 1919-cu ildə yazılmış romanı. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.
10 qəpiklik sikkə
10 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 10 qəpiklik sikkələr Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 10 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 10 qəpiklik sikkələrin ölçüsi isə 22,25 mm, çəkisi isə 5,25 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 qəpiklik sikkə
1 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. Bu sikkə Azərbaycanın digər sikkələri ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir. == Mövzusu == Hazırda dövriyyədə olan 1 qəpiklik sikkələr mədəniyyət mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 1 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsü və kütləsi == 2006-cı ildə dövriyyəyə buraxılmış 1 qəpiklik sikkələrin ölçüsi isə 16,25 mm, kütləsi isə 2,8 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
20 qəpiklik sikkə
20 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 20 qəpiklik sikkələr təhsil və gələcək mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 20 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 20 qəpiklik sikkələrin ölçüsi isə 24,25 mm, çəkisi isə 6,6 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
3 qəpiklik sikkə
3 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 3 qəpiklik sikkələr yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 3 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 3 qəpiklik sikkələrin ölçüsi isə 18 mm, çəkisi isə 3,45 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 qəpiklik sikkə
50 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 50 qəpiklik sikkələr iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan yeganə bikolor sikkə – 50 qəpiklik sikkələr latun və nikellə örtülmüş ikirəngli – qızılı və gümüşü rəngdədir. Yan tərəfləri fərdi üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 50 qəpiklik sikkələrin ölçüsi isə 25,5 mm, çəkisi isə 7,7 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
5 qəpiklik sikkə
5 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. 2023-cü ildə yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Hər iki sikkə paralel olaraq dövriyyədə olacaq. == Mövzusu == Hazırda dövriyyədə olan 5 qəpiklik sikkələr tarix mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 5 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 5 qəpiklik sikkələrin ölçüsi isə 19,75 mm, çəkisi isə 4,85 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
Cənubisibir qəpikotu
Cənubisibir qəpikotu (lat. Hedysarum austrosibiricum) - qəpikotu cinsinə aid bitki növü.
Noxudvari qəpikotu
Noxudvari qəpikotu (lat. Hedysarum vicioides) - qəpikotu cinsinə aid bitki növü.
Paris və Londonda qara qəpiksiz
Paris və Londonda qara qəpiksiz (ing. Down and Out in Paris and London) – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında Paris və Londonda səfalətli keçən günlərini təsvir etmişdir. == Məzmun == Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir. == Nəşri == 1930-cu ilin oktyabrında tamamlanan kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi. Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.
Qəpikotu
Qəpikotu (lat. Hedysarum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Üç qəpiklik opera
Üç qəpiklik opera (alm. Die Dreigroschenoper‎) — alman dramaturqu Bertolt Brextin məşhur pyesi. Əsər ilk dəfə 1928-ci il 31 avqust tarixində Berlinin Şifbauerdamm teatrında tamaşaya qoyulmuşdur. == Personajlar == Makxit, Bıçaq Mekki ləqəbli soyğunçu Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibi Seliya Piçem, onun arvadı Polli Piçem, onun qızı Braun, London polisinin şefi Lüsi, onun qızı Cenni Malina Smit Kimbl, keşiş Filç Küçə müğənnisi Banditlər Dilənçilər Fahişələr Polis çavuşu == Süjet == 1920-ci illərə aid pyesin val yazısı bu sözlərlə başlayır: Pyesin girişi: Hadisə İngiltərədə, Londonun Soxo rayonunda vaqe olur. “Yoxsullar dilənirlər, oğrular çalıb-çapırlar, avaralar avaralanırlar”. Bazar meydanında küçə müğənnisi yerli quldur Bıçaq Mekkinin törətdiyi əməllərdən söhbət açır. Törətdiyi cinayətlərə görə cəzalandırılmayan Bıçaq Mekki rəsmi olmasa da ərazinin tam sahibidir. Mekxit, atası yerli söz sahibi olan gözəl Polli Piçemə evlənməyə hazırlaşır, lakin Conatan Ceremiya Piçem qızını kiməsə ərə vermək fikirində deyil. Polli Piçemin atası Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibidir. Londonun 14 rayonunda dilənçilik etmək istəyən hər kəs "Yoxsul dostu" firmasından lisensiya almağa və gündəlik gəlirlərinin 50%-ni bölüşməyə borcludur.

Digər lüğətlərdə