Üç qəpiklik opera
Üç qəpiklik opera (alm. Die Dreigroschenoper) — alman dramaturqu Bertolt Brextin məşhur pyesi. Əsər ilk dəfə 1928-ci il 31 avqust tarixində Berlinin Şifbauerdamm teatrında tamaşaya qoyulmuşdur.
Makxit, Bıçaq Mekki ləqəbli soyğunçu
Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibi
Seliya Piçem, onun arvadı
Polli Piçem, onun qızı
Braun, London polisinin şefi
Lüsi, onun qızı
Cenni Malina
Smit
Kimbl, keşiş
Filç
Küçə müğənnisi
Banditlər
Dilənçilər
Fahişələr
Polis çavuşu
1920-ci illərə aid pyesin val yazısı bu sözlərlə başlayır:
Pyesin girişi:
Hadisə İngiltərədə, Londonun Soxo rayonunda vaqe olur. “Yoxsullar dilənirlər, oğrular çalıb-çapırlar, avaralar avaralanırlar”. Bazar meydanında küçə müğənnisi yerli quldur Bıçaq Mekkinin törətdiyi əməllərdən söhbət açır. Törətdiyi cinayətlərə görə cəzalandırılmayan Bıçaq Mekki rəsmi olmasa da ərazinin tam sahibidir. Mekxit, atası yerli söz sahibi olan gözəl Polli Piçemə evlənməyə hazırlaşır, lakin Conatan Ceremiya Piçem qızını kiməsə ərə vermək fikirində deyil. Polli Piçemin atası Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibidir. Londonun 14 rayonunda dilənçilik etmək istəyən hər kəs "Yoxsul dostu" firmasından lisensiya almağa və gündəlik gəlirlərinin 50%-ni bölüşməyə borcludur.