qəzet işçisi (jurnalist)

journalist / pressman / news-writer сотрудник газеты
qəzet (çöllərdə yaşayan insanlar bu kağızlarla üstlərini örtürlər)
qəzet kiosku
OBASTAN VİKİ
Ordubad işçisi (qəzet)
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet. Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub. 1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub. 1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Jurnalist
Jurnalist — Jurnalist xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Jurnalistin işi Jurnalistika adlanır. Jurnalist ümumi məsələlər ilə işləyə və ya müəyyən məsələlərdə ixtisaslaşa bilər. Amma əksər jurnalistlər ixtisaslaşmağa meyillidirlər və digər jurnalistlər ilə əməkdaşlıq edərək bir çox mövzuları əhatə edən jurnallar və ya qazetlər hazırlayırlar. Məsələn, bir idman jurnalisti idman dünyasında olan xəbərləri işıqlandırır, amma bu jurnalist bir çox fərqli mövzuları əhatə edən qəzetin bir hissəsi ola bilər. 'Müxbir' (jurnalistika) mənbələrində təqdimat etmək, reportajlar aparmaq, araşdırma etmək və hesabat vermək üçün məlumatları araşdıran, yazan və hesabat verən bir növ jurnalistdir. Yazı yazmaq kimi işin istehsal hissəsindən fərqli olaraq bir jurnalistin işinin məlumat toplama hissəsi bəzən reportaj adlanır. Jurnalistlər vaxtlarını xəbər otağında işləmək ilə hadisələrin şahidi olmaq yaxud insanlarla görüşmək arasında bölüşdürə bilər. Müxbirlər xüsusi bir reportaj sahəsində vəzifəyə təyin edilə bilər. jurnalist termininə müxtəlif redaktorlar, rəyçilər, köşə yazarları və vizual jurnalistlər, məsələn, fotojurnalistlər (fotoqrafiyadan istifadə edən jurnalistlər) daxil ola bilər.
Seks işçisi
Seks işçisi — seks sənayesində çalışan bir şəxs. Termin birbaşa cinsi xidmətlər göstərənlər də daxil olmaqla, seks sənayesinin bütün sahələrində işləyən şəxslərə istinad edilir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir. Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
Xüsusi təhlükəsizlik işçisi
Xüsusi təhlükəsizlik işçisi fərdlərin, təşkilatların və ya dəyərli varlıqların qorunması işini görən bir insandır. Xüsusi mühafizəçilər rabitə, yanğın, fəlakətlər, partlayıcı maddələr, şəxslərin qorunması, təhlükəsizlik sistemləri, hadisə yerində tədqiqat, hüquq, ilk tibbi yardım, narkotik maddələr, silahlar, izdiham mövzusunda təlimlər alırlar.
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Eldar İsmayılov (jurnalist)
Eldar İsmayılov Xankişi oğlu (1948, Ağdam) — Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti. Eldar İsmayılov 9 yanvar 1948-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində təsviri incəsənət, musiqi, poeziya sahələrində istedad və bacarığı ilə diqqəti cəlb edib. Üzeyir Hacıbəyov adına Ağdam Orta Musiqi Məktəbində təhsil alıb, qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib. Bir müddət Ağdam Şəhər 2 saylı Orta Məktəbdə rəsm və musiqi müəllimi işləyib. 1966-cı ilin oktyabr ayından 1977-ci ilədək Ağdamda çıxan "Lenin yolu" qəzeti redaksiyasında müxbir işləyib. Elə həmin ildən Azərbaycan Televiziyası ilə sıx əməkdaşlığa başlayıb, uzun illər televiziya efirində bir-birindən maraqlı, çoxsaylı süjet və proqramları ilə çıxışlar edib. 23 fevral 1979-cu ildə Azərbaycan SSR Dövlət Teleradio Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib, 1991-ci ilin oktyabrına kimi bu vəzifədə çalışıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin SSRİ-nin Mərkəzi Teleradiosunda çoxmilyonlu oxucuların və seyrçilərin görüşünə gəlib.1988-ci ildən Xankəndindən məcburi köçkündür.
Elman Babayev (jurnalist)
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Məmmədov (jurnalist)
Elman Telman oğlu Məmmədov (15 may 1950, Düdəngə, Noraşen rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Şərurun səsi qəzetinin baş redaktoru. Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini Düdəngə kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur. Ailəli olub (həyat yoldaşı 2013-cü ildə vəfat edib), 2 oğlu (1-i 2016-cı ildə vəfat edib), 2 qızı, 10 nəvəsi, 2 nəticəsi var. 1966-cı ilin sentyabr - 1967–ci ilin fevral ayına qədər Rayon pambıqtəmizləmə zavodunda fəhlə; 1967–ci ilin fevral – 1967–ci ilin oktyabrına qədər Düdəngə kəndində Dimitrov adına kolxozun üzvü; 1968-ci ilin oktyabr – 1970-ci ilin mart ayına qədər "İşıqlı yol" qəzetində mürəttib; 1970-ci ilin mart – 1971-ci ilin dekabr tarixinə kimi "İşıqlı yol" qəzetinin mətbəəsində çapçı; 1971-ci ilin dekabr – 1974-cü ilin may ayına qədər "İşıqlı yol" qəzetində çapçı və briqadir; 1974-cü ilin may – 1975-ci ilin avqustuna qədər "İşıqlı yol" qəzetində ədəbi işçi; 1975-ci ilin avqust – 1992-ci ilin sentyabr ayına qədər "İşıqlı yol" qəzetinin şöbə müdiri; 1992-ci ilin sentyabr ayından hal-hazırkı vaxta qədər "Şərurun səsi" qəzetinin baş redaktoru. 4 may 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş; 21 iyul 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuş; 21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adı verilmişdir.
Elxan Əliyev (jurnalist)
Əliyev Elxan Hacıağa oğlu — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Elxan Hacıağa oğlu Əliyev 24 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə musiqi məktəbini, 1950-ci ildə isə orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla göndərildiyi Şahbuz rayon gəzeti redaksiyasında məsul katib kimi işə başlamışdır. 1957-ci ildə o, "Şərq qapısı" qəzetində işləməyə göndərilir və 1965-ci ilədək redaksiyada məktublar, mədəni-məişət və kənd təsərrüfatı şöbələrinin müdiri kimi fəaliyyət göstərir. Bu arada o, SSRİ Jurnalistlər İttifaqının üzvü olur. 1965-ci ildən 1972-ci ilədək Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktor vəzifəsində, 1972-1974-cü illərdə isə Azərbaycan KP Naxçıvan şəhər Komitəsi şöbə müdiri vəzifəsində çalışır. Jurnalistika sahəsində zəngin təcrübəyə malik olduğu, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1974-cü ilin mart ayında Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin olunur. Elə həmin il o, Ulya Noraşen seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir. 1989-1992-ci illərdə o, jurnalist fəaliyyətinə qayıdaraq Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı" qəzetinin baş redaktor müavini vəzifəsində işləmişdir.
Emin Axundov (jurnalist)
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. Ailəlidir, üç övladı var. 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Hüseynov (jurnalist)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır. Azərbaycanda baş verən böyük problemləri Avropa qurumlarında və məhkəmələrində dəfələrlə öz sübutu ilə açıqlamaya çalışıb. Emin Hüseynov 4 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. 2002-2005-ci illərdə Bakıda yerləşən Turan İnformasiya Agentliyində işləyib.[1] 2006-cı ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təsisçi üzvü və sədri oldu.[2][1] O, 2014-cü ildə gizlənənə qədər sədr vəzifəsində qalıb. 2008-ci ildə İTV telekanalının monitoru olub. 2010-cu ildə O, Objective TV-nin təsisçi üzvü və sədri oldu.[1] O, Amerika vətəndaşı olan Sarah Paulsworth ilə evlidir.[3] 2008-ci ildə Hüseynov dinc aksiyaların Azərbaycan polisi tərəfindən dağıdılması barədə məlumat verib.
Etibar Məmmədov (jurnalist)
Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; 27 noyabr 1975, Kirovabad) — Azərbaycan jurnalisti, teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru. Etibar Məmmədov 1975-ci il noyabrın 27-də Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhəri 4 nömrəli orta məktəbdə orta təhsil alıb. 1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun politologiya fakültəsində bakalavr pilləsində, 1997–1999-cu illərdə isə həmin institutun "Magistratura" şöbəsinin "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisasında təhsil alıb. Bakalavr və magistr pillələrində təhsilini əla diplomla başa vurub. Ailəlidir, iki övladı var. 1998–2002-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində "ANC ÇM" radiosunda "İsti-isti" ictimai-siyasi verilişinin və Xəbərlərin aparıcısı, 2000-ci ildən isə ANS TV-də "Xəbərçi" proqramı və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı və aparıcı redaktor olub. 2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Telekanalın Xəbərlər Xidmətinin əsas qurucularından biridir. "Son Xəbər" informasiya buraxılışının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub.
Hacı Hacıyev (jurnalist)
Hacı Əliheydər oğlu Hacıyev (18 fevral 1925, Bakı – 23 fevral 2008, Bakı) — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989–2006), Azərbaycanın əməkdar jurnalisti (1985). Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Ordu sıralarında xidmət etmişdir (-1950). Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1950–1957). "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950–1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953–1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959–1961), "Ekran" Yaradıcılıq Birliyinin sədri (1968–1970) , Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970–1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974–1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989–2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib.
Həmid Həmidov (jurnalist)
Həsən Həsənov (jurnalist)
Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov‎; 30 avqust 1954, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002–2022), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014). Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri (2017). Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir. "Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub. "Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.
Həsən Məmmədov (jurnalist)
Həsən Səməd oğlu Məmmədov (10 aprel 1930, Şamaxı, Çuxuryurd) — jurnalist, şair. Həsən Səməd oğlu Məmmədov 10 aprel 1930-cu ildə Şamaxının Çuxuryurd kəndində anadan olub. Çox zəngin və maraqlı həyat yolu olan Həsən Məmmədov ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, lakin cəmi dörd sinif oxusa da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Həsən Məmmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin sonradan jurnalistika şöbəsində oxuyub. 1954-cü ildə universiteti bitirəndən mətbuatda çalışan H.Məmmədov jurnalist kimi ilk dəfə "Azərbaycan pioneri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Dəmirçi" kino-ssenarisi çap edilən Həsən çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Həsən Məmmədov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək ikinci mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Həsən bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Darıxmışam" (1962), "Gözəlliklər şəhəri" (1964), "Sən belə deyilsən" (1966), "Sarı çiçək" (1968) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Həsən iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib.
Jurnalist Həmkarları İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Murad Əliyev (jurnalist)
Mübariz Əhmədov (jurnalist)
Əhmədov Mübariz Ataxan oğlu (12 iyun 1969, Musalı, Saatlı rayonu – 13 sentyabr 2023, Bakı) — fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti. 1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan" qəzetinin təsisçisi və ilk baş redaktoru.[mənbə göstərin] Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində dünyaya gəlib. Udlu tayfasının Qızılquş Əhməd nəslindəndir. Atası 1914-cü ildə anadan olmuş Əhmədov Ataxan Mansur oğlu 15 yaşındaykən Güney Azərbaycanın Biləsuvar rayonunun Udlu kəndindən təxminən 1929–1930-cu illərdə Qüzeydəki Biləsuvarın Ağpost (hazırda bu kənd Nərimankənd adlanır) kəndinə xalasına sovqat gətirib geri qayıdanda sərhəddən buraxılmayıb. O, 1937-ci ildə bu kəndin bir çox sakinləri ilə birgə güya İrana keçmək cəhdinə görə siyasi motivlərlə Cənubi Qazaxıstana sürgün olunub. 1959-cu ildə bəraət alaraq, ailəsi ilə birlikdə Azərbaycanın Saatlı rayonunun Musalı kəndinə gəlib və orada məskunlaşıb. Mübariz Əhmədov 1983-cü ildə Saatlı rayonu Nərimankənd orta məktəbinin 7-ci və 1984-cü ildə Saatlı şəhər M. Əzizbəyov adına orta məktəbinin 8-ci sinfini, 1988-ci ildə Əli Bayramlı (Hazırda Şirvan şəhəri) Sənaye Texnikumunu bitirib hərbi xidmətə yollanıb. 1988–1991-ci illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında xidmət edib, 1998-ci ildə Rusiyada (Vladivostok şəhərində) Uzaq Şərq Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Tələbəlik illərində "Avanqard" adlı qəzetlə əməkdaşlıq edib, "Primoriya Azərbaycan Diasporu" ictimai təşkilatının yaradılmasında fəal iştirak edib. 1999-cu il 18 mayda Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edib və Azərbaycan, əsasən Qarabağ həqiqətlərini təbliğ etməyə başlayıb.
Məmməd Məmmədov (jurnalist)
Məmməd Məmmədov (tam adı: Məmməd Yarəli oğlu Məmmədov; d.4 iyul 1962; Şərur, Çərçiboğan k. − ö. 21 may 2011) — 2010-cu ilin noyabr ayında üçüncü dəfə Ali Məclisin deputatı seçilmişdi. Azərbaycan Respublikasının əməkdar jurnalisti olmuşdur. Məmməd Məmmədov 1962-ci il iyul ayının 4-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Çərçiboğan kənd orta məktəbində ilk təhsilin alıb, 1979-cu ildə Naxçıvan Dövlət Universitetinin (o vaxtkı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun) tarix ixtisasına qəbul olunub və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən doğulduğu kənddə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci təhsilini almışdır. Məmməd Məmmədov orta məktəbdə oxuduğu illərdən jurnalistliyə böyük həvəs göstərmiş, şagird ikən "Şərq qapısı"nda, rayon qəzeti "İşıqlı yol"da müxtəlif mövzuda yazıları dərc olunub. Jurnalistikaya marağı onu elə bu sahəyə yönləndirmişdir.
Namiq Əhmədov (jurnalist)
Namiq Qədim oğlu Əhmədov — Əməkdar jurnalist. Namiq Əhmədov (Qədimoğlu) 1 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Orta təhsilini Alakol kənd orta məktəbində alıb. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1982-ci ildə təhsilini başa vurub. Ailəlidir, 3 övladı var. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə olarkən mətbuatda çalışmış, universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetinin müxbiri olmuşdur. Azərbaycan radiosunda və müxtəlif media qurumlarında ardıcıl çıxış etmişdir. 1982-ci ildə universiteti bitirdikdən sonra könüllü olaraq orduya zabit səfərbərliyininə qoşulmuş, Sibir, Belarus, Uzaq Şərq hərbi dairələrində "Sovetskiy voin", "Suvorovskiy natsk" kimi ordu qəzetlərində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətdən sonra Sov. İKP MK-nın Bakı Ali Partiya Məktəbinə göndərilmişdir.