Ülgüc üzərində qaçan 2049
Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — Denis Vilnoevin rejissorluğu ilə 2017-ci ildə şəkilmiş epik, neo-noir, elmi fantastika filmi. Filmin senari müəllifəri Hempton Fençer və Maykl Qrindir. Bu 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Baş rollarda Rayan Qoslinq, Harrison Ford, Ana de Armas və başqaları çəkilib. Filmdə Rayan Qoslinq "blade runner" kimi çalışan K adlı personajı canlandırır. Onun vəzifəsi replikant kimi tanınan yaramaz androidləri ovlamaqdan ibarətdir. Missiyalarından biri zamanı K cəmiyyət və sivilizasiyanın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır.
“Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsi ilə bağlı danışıqlar 1990-cı illərdə başlamışdır, lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane oldu. Endryu Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın alırlar.