QAŞ QARALMAQ
QAŞIQ İÇİ ÇIXARMAQ
OBASTAN VİKİ
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaş piri
Qaş piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah. Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur.
Arı qaş səhləbi
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Atmilçək qaş səhləbi

Qafqaz qaş səhləbi
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. İsimdir,fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb. Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir.
Qöy Qaş (Bicar)
Göy Qaş (fars. گوگقاش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.