Camal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var.
== Həyatı və təhsili ==
Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.