QACA

I
сущ.
1. рытвина, промоина, колдобина
2. ухаб, выбоина на дороге
II
прил. с промоинами, с рытвинами. Qaca yol дорога с рытвинами
QAC
QACALI
OBASTAN VİKİ
Açə Sultan Qacar
Açə Sultan Qacar — Səfəvi dövlətinin Qacar tayfasına mənsub olan hərbi və dövlət xadimi. 1514–1517-ci illərdə Urfanın hakimi olmuşdur. 1514-cü ildə Urfanın hakimi təyin edilərkən ona "Qadurmış xan" fəxri adı verilmişdir. Bu adın verilməsinin səbəbi onun Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayılın düşməni olan Ağqoyunlu Murad Mirzəni şəxsən qətlə yetirməsidir. Açə Sultan Qacar Şah İsmayılın hakimiyyəti dövründə dövlətin etimad göstərdiyi iki Qacar tayfası mənsubundan biridir. Bir digər Qacar əmiri isə Qara Piri bəy Qacardır. Lakin bu iki əmirdən heç biri Səfəvi dövləti idarəçiliyinin ən yüksək mövqelərinə yüksəlməyi bacara bilməmişdirlər. Qara Piri bəy Qacar Daniel, Elton L., redaktorSociety and Culture in Qajar Iran: Studies in Honor of Hafez Farmayan. Costa Mesa, California: Mazda Publishers. 2002.
Ağa Məhəmməd xan Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar

Ağa Məhəmməd Şah Qacar (pyes)
Ağa Məhəmməd Şah Qacar (pyes) — Ə. Haqverdiyev 1905-ci il inqilabından sоnra Rusiya dövlət dumasına Gəncə qubеrniyası üzrə nümayəndə sеçilir və Pеtеrburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yеnə həmin faciəyə aid əlavə məlumat tоplamaq üçün İrana səyahət еdir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qоyulmuş və оndan sоnra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə оynanılmışdır. “Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdə Nəriman Nərimanоvun “Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanоv da, Ə.Haqvеrdiyеv də yaradıcılıqlarında rеalist M.F.Axundоv ədəbi məktəbinin görkəmli davamçıları idilər. Ə.Haqvеrdiyеv tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı оlan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir еtmişdir. 1907-ci ildə və оndan sоnra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş еtdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyеsin tamaşaya qоyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyеsdə müəllif tək bir müstəbidi ifşa еtməklə kifayətlənməmiş, ümumiyyətlə Şərqin özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulunu və оnun törətdiyi vəhşilikləri tənqid еtmişdir. Bütün yaradıcılığı bоyu rеalist оlan Haqvеrdiyеv, qəhrəmanın faciəsini bəhs еtdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh еtmişdir.
Ağaməhəmməd xan Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağaməhəmməd şah Qacar

Ağaməhəmməd şah Qovanlı-Qacar

Bala Qacar
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Bala Qacar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır. Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Böyük Qacar
Böyük Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Böyük Qacar Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim qacar tayfa adı ilə bağlı yaranmışdır. Böyük sözü toponimi digər eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə edilmişdir. 1933-cü ildə Böyük Qəcər variantında qeydə alınmışdır.
Böyük Qacar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəhmən Mirzə Qacar Qovanlı
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhmən Mirzə Qacar hamamı
Bəhmən Mirzə Qacar hamamı — XIX əsrin əllinci illərinin əvvəllərində şahzadə Bəhmən Mirzə Qacar Şuşada məskunlaşarkən inşa etdirdiyi ilk tikililərdən biri də hamam olub. Şahzadənin saray kompleksinə daxil olan həmin hamam məxsusi olaraq bəyin ailəsinə xidmət edib. 1884-cü ildə onun ölümündən bir ay sonra baxımsızlıq ucbatından uçub dağılıb.
Bəhmən Mirzə Qacar türbəsi
Bəhmən Mirzə Qacar türbəsi — Bu türbə Bərdə şəhəri İmamzadəsinin həyətində yerləşir. Türbə XVII-XVIII əsrlərə aiddir. Türbə başdan-başa bişmiş kərpicdən inşa olunmuşdur. Türbənin bəzi yerlərində xüsusi memarlıq nümunələri hiss olunur. Qəbir yerləşən otağında altı daş kitabə həkk olunub. Döşəmədən günbəzədək hündürlüyü 1 metrdir. Türbənin divarlarının qalınlığı 1 metrdir. Türbədə dəfn edilən şəxs Qacarlar sülaləsindən olan, böyük kitabdar, alim və tarixçi Bəhmən Mirzədir. Dövrünün ağıllı, savadlı, bacarıqlı adamlarından olan Bəhmən Mirzə ibn Naib Əs-səltənət Abbas Mirzə göründüyü kimi hökmdar oğlu olmuşdur. Raudət üs-səfa-yi Nasiriyə görə o, Abbas Mirzənin salamat qalmış 26 oğlunun yaş ardıcıllığına görə dördüncüsüdür.
Bəhmən mirzə Qovanlı-Qacar
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhram mirzə Qovanlı-Qacar
Bəhram mirzə Qacar (1806–1882) — Qacar şahzadəsi, vali. Abbas mirzənin ikinci oğlu Bəhram mirzə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı. 1834-cü ildə Kirmanşah, Lurestan və Xuzistan əyalətlərinin hakimi təyin edilmişdi. Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu. 1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə edən zaman ona naiblik etmişdi. 1882-ci ildə vəfat edib. Bəhram mirzənin törəməsi Müəzzi soyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı oğlu vardı.
Cahangir mirzə Qovanlı-Qacar
Cahangir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1810-1853)—Qacar şahzadəsi, vali, tarixçi. Abbas Mirzənin üçüncü оğlu Cahangir mirzə 1810-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. "Tarixi nоu" -yеni tarix adlı tarixi əsər (Cahangir mirzə, Tarixi nоu, Tehran, 1327, hicri-qəməri) yazmışdı. Əminə Pakrəvan yazır: "Lakin sonralar Abbas mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir mirzə olmuşdur. Cahangir mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi". Qardaşı Məhəmməd mirzə şahlığa yiyələnəndə o, Qaimməqam Fərəhani tərəfindən tutulub zindan küncünə atılmışdı.
Cəfərqulu xan Qovanlı-Qacar
Cəfərqulu xan Məhəmmədhəsən xan оğlu Qovanlı-Qacar (?-?)—Qacarlar dövlətinin qurucularından, Ağaməhəmməd şah Qacarın qardaşı. Məhəmmədhəsən xanın bеşinci оğlu Cəfərqulu xan (anası Məhəmməd xan İzzəddinli-Qacarın qızı idi) Astrabad yörəsində dоğulmuşdu. Qardaşı Ağaməhəmməd xana xidmət еtmişdi. Xəmsə hakimi Zülfüqar xan Əmirli-Avşarı məğlub еtmişdi. Lahicanın valisi idi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Darab mirzə Qovanlı-Qacar
Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi. Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib. Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb. 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Feyzulla Mirzə Qacar
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi. Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir. 1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Feyzulla mirzə Qovanlı-Qacar

Firudin Mirzə Qacar
Firudin Mirzə Qacar (fars. فریدون میرزا قاجار‎, 22 yanvar 1922, Gülüstan sarayı – 24 sentyabr 1975, Cenevrə) — İran şahzadəsi. Qacar Dövlətinin sonuncu şahı Sultan Əhməd şahın oğludur. Firudin Mirzə Qacar 22 yanvar 1922-ci ildə Tehranda Gülüstan Sarayında anadan olmuşdur. 1923-cü ildə atası və ailə üzvləri ilə birlikdə Avropaya sürgünə göndərilmişdir. Cenevrə Universitetini bitirmişdir. Atası 27 fevral 1930-cu ildə vəfat etdikdən sonra Qacar Şah Ailəsinin başçısı olmuşdur. 24 sentyabr 1975-ci ildə İsveçrənin Cenevrə şəhərində motosikl qəzası nəticəsində vəfat etmişdir. Firudin Mirzə Qacar Milliyyətcə bolqar olan Maqdalina İvanova-Gevranova ilə ailə həyatı qurmuşdur. Bu səbəbdən izdivacdan dünyaya gələn heç bir uşaq şah sülaləsinə rəhbərlik etmir.
Firudin mirzə Qovanlı-Qacar
Firudin mirzə Seyfulla mirzə оğlu Qovanlı-Qacar-Şahzadə-kapitan, Seyfulla mirzə Qovanlı-Qacarın oğlu Şahzadə Firudin Mirzə 1890-cı ildə Tiflisdə anadan olub. Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmış altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüşlərdə fərqləndiyinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordenilə (qılınc və bantla birgə) təltif olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə xidmətə başlayıb. 1920-ci il aprelin 28- də Bakıda bolşevik-daşnak qoşunları ilə döyüşdə qəhrəmanlıqla həlak olub.

Digər lüğətlərdə