qarabağlılar

qarabağlılar
qarabağlı
qarabaqara
OBASTAN VİKİ
Qarabağlılar
Qarabağlılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Mənşəyinə görə qədimdən Qazax zonasında yaşamış qarabağlar tayfasının adı ilə bağlı­dır. Qarabağlar erkən orta əsrlərdə Gürcüstan, Qafqaz Albaniyası və Ermənistan sərhədlə­rində yaşayan albanların qolunun adıdır. Ümumiyyətlə, Qarabağ/Qarabağlar/Qarabağlılar adları Azərbaycanda çox geniş yayılmışdır. Belə ki, Azərbaycanın böyük bölgəsi olan Qarabağ mahalından başqa, Naxçıvan ərazisində, Ağstafa, Ağsu, Qazax, Şirvan, Göyçay, Oğuz, Göygöl, Xaçmaz, Salyan və başqa rayonlarda bu adda kəndlər qeydə alınmışdır. Qarabağ­lıların, eyni zamanda Cənubi Azərbaycanda, , Türkiyədə, Əfqanıstanda, İranda yaşadıqları haq­qında məlumatlar vardır. Bu ada ilk dəfə Gəncəli Kirakosun (1201-1256) "Tarix" əsərində rast gəlinir. Bir qədər sonra (1284) Rəşidəddin də bu etnonim haqqında məlu­mat vermişdir. Qarabağlılar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.