Qaradeyin (Ağdaş)
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur.
İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur.
1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi.
Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır.