Qarakollu
Qarakollu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi var. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, mədəniyyət evi və s. var. Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də daxil olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində Qarakollu kəndinin adı "Qaraküllü" kimi yazılmışdır.