QARAYAĞIZ

QARAYANIZ/QARAYAĞIZ Hamı döşündə qəhrəmanlıq nişanını gəzdirən qarayanız, güləşsifətli bu yeni adama baxır (R.Rza); Babam saqqalı ağ; qaşları qalın; qarayağız, enli alın; bir kişiydi (R.Rza); ƏSMƏR [Yunisin] iti baxışları qonşusunun əsmər sifətinə zilləndi (X.Hasilova); QARABƏNİZ Bunlar qarabəniz .. uzunsov çöhrəli qadınlardı (M.S.Ordubadi); QARABUĞDAYI ..o oğlan ki, bunun ürəyini bağlayıbdır, gödək boylu, qarabuğdayı cavan oğlandır.. (N.Nərimanov); QARAŞIN Sivri burnundan geniş, qaraşın alnında ağ keçid vardı (B.Bayramov).

QARAVURĞUN
QARAYANIZ

Значение слова в других словарях