qarağan

qarağan
qarağacyarpaq
qarağat
OBASTAN VİKİ
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qarağan Saatlı
Qarağan Saatlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsabad kənd inzibati ərazi dairəsində kənd.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan Şıxlar
Qarağan Şıxlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Qarağanabənzər andız
Qarağanabənzər andız (lat. Inula salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Qarağanabənzər limbarda
Qarağanabənzər limbarda (lat. Limbarda salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin limbarda cinsinə aid bitki növü.
Şaxtyor Qarağandı FK
Şaxtyor Qarağandı – Qazaxıstanın futbol klubu.