Qaxac

“Duzlanıb qurudulmuş ət” mənasında Azərbaycanın Şimal və Şərq dialektlərində Qubada işlənir: -Qaxac qışda hazırlanardu, sura istediyimiz vaxt yiyərdux. Türk dilinin İçel, Sinirkent, İsparta, Kütahya, Kayseri şivələrində “kakac” şəklində “duzlanıb günəş və ya ocaq kənarında qurudulan ət” mənasında işlənir. Türk dilinin Konya şivəsində bu söz “duzlanıb günəş və ya ocaq kənarında qurudulan ət və sümükləri çıxmış heyvan” mənasında işlənir. (25, 235)
Qax
Qalın
OBASTAN VİKİ
Qaxac
Qaxac — qida məhsulu. Qaxac duzlanmış və qurudulmuş ətdir. Qaxac əsasən heyvanın bel hissəsindən hazırlanır. Bel hissənin əti dadlı olduğuna görə qurudulmaq üçün əsasən heyvanın bu hissəsindən istifadə olunur. Ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur. Azərbaycanda əsasən Şimal-Qərb rayonları ərazisində istifadə edilir. İlisu qaxacı olduqca məşhurdur.

Digər lüğətlərdə