QAXAC

is.
1. Günəşdə və ya başqa üsul ilə qurudulmuş ət.
□ Qaxac etmək – günəşdə və ya başqa üsul ilə qurutmaq (əti).
2. məc. Çox quru və ya qurudulmuş şey haqqında.
□ Qaxac olmaq, qaxaca dönmək – bax qaxaclamaq.
Çörək gün altında quruyub, qaxaca dönmüşdü. Ə.Əbülhəsən.

3. məc. Çox arıq və cansız adam haqqında.

Omonimlər

  • QAXAC QAXAC I is. Qurudulmuş ət. Çörək gün altında quruyub qaxaca dönmüşdü (Ə.Əbülhəsən). QAXAC II is. Quru, arıq

Antonimlər (əks mənalı sözlər)

  • QAXAC QAXAC – YUMŞAQ Çörək gün altında quruyub qaxaca dönmüşdü (Ə.Əbülhəsən); Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi (M

Etimologiya

  • QAXAC Qax sözü “quru” deməkdir (meyvə qurusu və s.). Qaxac isə tarixən qaxət (yəni qurudulmuş ət) formasında mürəkkəb söz olub, sonra qaxac şəklinə düşüb
QAX
QAXACÇI
OBASTAN VİKİ
Qaxac
Qaxac — qida məhsulu. Qaxac duzlanmış və qurudulmuş ətdir. Qaxac əsasən heyvanın bel hissəsindən hazırlanır. Bel hissənin əti dadlı olduğuna görə qurudulmaq üçün əsasən heyvanın bu hissəsindən istifadə olunur. Ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur. Azərbaycanda əsasən Şimal-Qərb rayonları ərazisində istifadə edilir. İlisu qaxacı olduqca məşhurdur.

Digər lüğətlərdə

бла́то вы́паска кая́к нахолоди́ть кат косноязы́ко национализа́ция непра́вильно поцара́паться расша́танный коуз трогать all- bread and butter hokey penicil sea damage бунтарский бурлацкий висюлька конденсировать лживость макулатурный небрежность осматриваться