qazçıxarma

qazçıxarma
qazçıxaran
qazdaşıma
OBASTAN VİKİ
Neft-qazçıxarmanın texnika və texnologiyası
Neft-qazçıxarmanın texnika və texnologiyası — neft və qaz yataqlarının açılması, quyuların fontan, kompressor və dərinlik nasosu ilə istismarı üsulları. XIX əsrin 60-cı illərinə qədər neft quyularından ya fontan ya da sadə mexaniki üsullarla çıxarılırdı. 1876-cı ildə ilk dəfə olaraq Bakı mədənlərindən dərinlik nasosu ilə neftçıxarma üsulu tətbiq edildi. 1897-ci illdə isə kompressorlu (hava qaldırıcısı) neftçıxarma üsulu sınaqdan keçirildi. 1923–1940 -cı illərdə dərinlik nasosu və kompressorla neftçıxarma üsullarının təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətlərində işlər həyata keçirilirdi. Bu üsullarla istismar üçün yeni konstruksiyalı neft-mədən avadanlıqları yaradıldı, dərinlik nasosu qurğularının işinin nəzəri aspektləri işlənib hazırlandı, nəzarət və tədqiqat məqsədləri üçün xüsusi cihazların tətbiqinə başlanıldı. laya maye, yaxud qaz (hava) vurmaqla lay enerjisini süni surətdə saxlamaq üçün 1928-ci ildə ilk dəfə "Balaxanı-Sabunçu Ramana" yatağında sənaye-təcrübə işlərinin başlanğıcı qoyuldu. 1934-cü illərdə neftin sıxılmış hava və ya qaz ilə quyudan çıxarılması nəzəriyyəsi, həmin quyuların işinin tədqiqi və işçi parametrlərin hesablanması qaydaları, eləcə də quyuların su-hava qarşılığının köməyi ilə mənimsənilməsi üsulu işlənib hazırlandı (Hilal Əsədov və b.). Eyni zamanda layların həllolunmuş qaz rejimlərində fontan üsulu ilə səmərəli istismar müddətlərinin, quyudaxili istismar avadanlıqlarının optimal konstruksiyalarının, quyudibi və lay təzyiqlərinin təyini üzrə geniş tədqiqat və təcrübə-sınaq işləri aparıldı. Neftçıxarma prosseslərinin intensivləşdirmək və daha da səmərələşdirmək üçün xüsusi quyudaxili konstruksiyalar, o cümlədən qaz-qum seporatları işlənib hazırlandı.

Digər lüğətlərdə