qnostisizm

qnostisizm
qnostik
qnoziofobiya
OBASTAN VİKİ
Qnostisizm
Qnostisizm (q. yunanca γνωστικός — biliyi qavrayan, dərk edən) — antik dövrünün sonunda (I–V əsrlərdə) yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adıdır. Ezoterikaya meyilli təlimlər olmuşdur, onun ardıcılları iddia edirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında gizli biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin, eləcə də mitraizmin tarixi kökləri də qnostisizmlə bağlıdır. Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxatoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər. Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları "pnevma’tik" adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər. == Əsas müddəaları == Bütün qnostiklərin təlimlərində aşağıdakı müddəalar vardır: 1. Ezoterizm. Bütün insanlar "maddi" (bədənlə bağlı olanlar), "ruhi" (psixiklər) və "mənəvi"lərə (pnevmatiklər) bölünürlər.

Digər lüğətlərdə