Şabalıdı, kəhər, açıq-qəhvəyi rəngə qonur (rusca: карий, бурый) deyirik. Bu söz köymək feili zəminində əmələ gəlib və “qor rəngində olan” deməkdir. Qonursu sözü də olub, məhz “yanmaq” mənasını verən göy feili ilə bağlıdır, kömür kəlməsi ilə eyni kökə malikdir. Dilimizdə qonra (kürən rəngində olan) feili olub. Göydəmir at birləşməsindəki göy sözü də qonur kəlməsi ilə qohumdur, göydəmir sözünün hərfi mənası “yanmış (qızdırılaraq suya salınmış) dəmir” deməkdir, kül rəngində olan mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)