QOR

i. ember, grains of fire in ashes: red-hot grains of coal in ashes; ◊ yerinə ~ dolmaq / tökülmək to be* very uneasy / anxious; to be* frightened

QOPUZ
QOR-QODUQ
OBASTAN VİKİ
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Albert Qor
Albert Qor (31 mart 1948[…], Vaşinqton) — 1992–2000-ci illərdə ABŞ-nin vitse-prezidenti olmuşdur. 1969–1971-ci illərdə ABŞ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Harvard Universitetinin arxitektura bakalavrı, Vanderbilt Universitetini isə hüquq diplomu ilə bitirmişdir.
Qor Sucyan
Qor Sucyan (d. 1987) - Ermənistan müğənni. 2013 Eurovision Mahnı Yarışmasında Ermənistan təmsil edəcək.
Qor Vidal
Yucin Loter Qor Vidal(3 oktyabr 1925 - 31 iyul 2012)- Amerikalı yazıçı, ssenarist, romançı, oçerkist, jurnalist, dramaturq və siyasi aktivist.O, esselər, romanlar, ekran pyesləri və Broadway pyesləri üçün tanınmış idi.Vidal görkəmli bir siyasi soyundan gəlirdi; babası senator Tomas Qor idi,və daha sonra Jaklin Kennedi ilə (evlilik yolu ilə) qohum oldu. Vidal,Yucin Luis Vidal adıyla,Yucin Luter Vidal (1895-1969) və Nina Qorun (1903-1978) yalnız uşağı olaraq Vest Poynt, Nyu-Yorkda anadan olmuşdur.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Qorqud (1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud (Saatlı)
Dədə Qorqud (əvvəlki adı: Bayramovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Bayramovka kənd inzibati-ərazi vahidi tərkibindəki Bayramovka kəndi Dədə Qorqud kəndi, Bayramovka kənd inzibati-ərazi vahidi Dədə Qorqud kənd-inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 2348 nəfərdir.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Qorqud (dəqiqləşdirmə)
Dədə Qorqud — türk, altay və oğuz əfsanələrində, nağıllarda və xalq hekayələrində ozan. Kitabi Dədə Qorqud — Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər). Dədə Qorqud (film, 1975) — Azərbaycan istehsalı olan tammetrajlı bədii film. Dədə Qorqud (jurnal) — Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun jurnalı. Dədə Qorqud (heykəl) — Naxçıvan şəhərindəki Dədə Qorqud heykəli. Dədə Qorqud (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dədə Qorqud (Suraxanı) — Azərbaycan Respublikasının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Dədə Qorqud (film, 1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud (heykəl)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Dədə Qorqud axtarışında (film, 2000)
Dədə Qorqud oğuznamələri (film, 2000)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (teleserial)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud parkı
Dədə Qorqud parkı — Bakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. == Haqqında == Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. Açılış da İlham Əliyev də iştirak etmişdir. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.
Dədə Qorqud qəsəbəsi
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Qorqud Özəl Türk Liseyi
Dədə Qorqud Özəl Türk Liseyi — Bakıda Azərbaycan-Türkiyə özəl liseyi. 1993-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt özəl texniki liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildən etibarən liseyi bitirmiş 353 məzunun 98,3 %-i ali məktəblərə qəbul olunmuşdur. Universitetlərə qəbul imtahanlarında yüksək nailiyyətə gorə Nizami rayonu üzrə reytinq cədvəlinə başçılıq edən liseyin məzunlarından 32-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, həmcinin 1999-cu ilin 5-ci qrup birincisi və 689 balla 2006-cı ilin 1-ci qrup üzrə birincisi məhz bu liseyin məzunları olmuşlar. Liseyin indiyədək yetişdirdiyi 353 məzununun sorağı Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil gostəriciləri ilə vətənə xidmət edirlər. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Dədə Qorqud Özəl Türk Liseyi bağlanıb.
Dədə Qorqudun heykəli (Naxçıvan)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Eldar Şamı Dövlət Təbiət Qoruğu
Eldar Şamı Dövlət Təbiət Qoruğu — Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada 31 vətəni olan Ellər oyuğunda eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar Şamı Dövlət Təbiət Qoruğunun zəruri infrastrukturu yaradılmışdır. Hələ 1931-ci ildə 3,1 min hektar sahədə eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə "Eldar şamı" yasaqlığı yaradıldı. Eldar şamı Azərbaycanın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.
Erebuni Dövlət Təbiət Qoruğu
Erebuni Dövlət Təbiət Qoruğu (erm. «Էրեբունի» արգելոց) — Ermənistan ərazisinin Kotayk mərzi ilə Ararat mərzi sərhədində, Şorbulaq və Qexadir kəndləri arasında yerləşir. Qoruq 1981-ci ildə 89 ha ərazidə təşkil olunmuşdur. Burada 10 milyonlarla yaşı olan suxurlar vardır. Burada Ermənistan ərazisində yetişən endemik bitkilər var. == Təbiəti == === İqlimi === Qoruğun ərazisi olduqca kontinentald və qurudur. Orta illik temperatur 11 °C, yağıntının miqdarı 300–350 mm təşkil edir. Qışı az qarlı, qoyuq və buludlu olur. Qar örtüyünün qalınlığı 10–35 sm arasında dəyişir. Qış noyabrın ikinci yarısında başlayır və martın ikinci yarısında isə bitir.
Erebuni qoruğu

Fəxri Qorutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Ga Təbiət Qoruğu
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Giorgi Qoroziya
Giorgi Qoroziya (gürc. გიორგი გოროზია; 26.3.1995) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən Gürcüstanlı peşəkar futbolçudur. == Karyerası == === Klub === Qoroziya öz peşəkar karyerasına Lokomotive Tbilisi klubunda start vermişdir. Bir müddət Torpedo Kutaisi klubunda icarə əsasında çıxış etmişdir. 2014-cü ilin avqust ayında Qoroziya Norveç təmsilçisi olan Stabek klubu ilə üç illik müqavilə imzalamışdır. Qoroziya Stabek klubu ilə debütünü 19 oktyabr 2014-cü ildə Tippaliqaendə Vikinq klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Stabek Vikinq klubu ilə 1-1 bərabərə qalmışdır. 17 fevral 2017-ci ildə Qoroziya 2016-17 mövsümünün sonuna qədər Zirə klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Qoroziya Gürcüstanın U-19 milli komandasında çıxış edir.
Gəmiqaya Tarix-Bədii Qoruğu
Gəmiqaya Tarix-Bədii Qoruğu — dünyada dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşən nadir qoruqlardan və muzeylərdən biri. == Haqqında == Naxçıvandakı Gəmiqaya təbiət və tarix muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə, xaricilər üçün maraqlıdır ki, bu ərazi ümumdünya tufanından sonra insanlığı bəladan qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey həm də dünyada dəniz səviyyəsindən çox yüksək nöqtədə yerləşən muzeylərdən biridir. == Yaradılma tarixi == Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır. 2013-cü ildə isə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda açılış zamanı 184 eksponat olmuşdur. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu

Значение слова в других словарях