Qovrulmuş və kirkirədə (əl dəyirmanında) çəkilmiş buğdaya şəkər, yağ və s. qatmaqla hazırlanan yemək növüdür. Qovurmaq kəlməsi ilə qohumdur. Qor, kül, kömür tipli sözlər köy (yanmaq, od) sözü zəminində əmələ gəlib. Ehtimal ki, rus dilindəki гореть, горе sözləri də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)