“Kisə”, “qab” anlamını əks etdirir. Heyvan doğanda onun ilk südünü (ağuz) qovuq (kisə) içinə, yəni ətənəyə doldurub qorda pendirə oxşar yemək hazırlayırlar. Qovuq elə “kisə”, “ətənə” deməkdir. Qoymaq feili ilə qohumdur: “içinə nəsə qoyulan”, yəni “qab, kisə” və s. deməkdir. Sidik kisəsinə, ətənəyə də qovuq deyilən vaxtlar olub. Güman edirəm ki, qabıq (yəni qab) sözü ilə qohumdur. Dialektlərdə qoux kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)