qoşulmama

qoşulmama, hərəkatı
qoşulmaq
qoşulmamaq
OBASTAN VİKİ
Qoşulmama Hərəkatı
Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Qoşulmama Hərəkatına Üzv Dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı verməyə çalışır. 2019-cu il 25-26 Oktyabrda Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII sammitində dövlət və hökumət başçıları 24-25 oktyabr 2019-cu il tarixlərində Qoşulmama Hərəkatının ilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı sammitinin kənarında təşkilini alqışladılar və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını dəstəklədilər (Bakı yekun sənədinin 117-ci bəndi). Şəbəkə Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin nümayəndələrinə davamlı inkişafın təmin edilməsində qarşılaşdıqları mövcud problemlər və bu çətinliklərin dövlətlərinin razılaşdırılmış və adekvat cavabları ilə necə aradan qaldırıla biləcəyi ilə bağlı fikir, baxış və perspektiv mübadiləsi imkanı vermək üçün nəzərdə tutulmuşdur. Azərbaycan hesab edir ki, möhkəm quruluşa və aydın, nəticəyəyönümlü baxışa malik Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin formalaşdırılması Qoşulmama Hərəkatının gənclərinə gənclərin inkişafı ilə bağlı problemləri həll etməyə və Qoşulmama Hərəkatının gənclərinin ümumi mesajını beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırmağa imkan verir. Təşkilatın məqsəd və vəzifələri BMT-nin müvafiq qurumları və gənclərlə bağlı qurumlarla sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda Qoşulmama Hərəkatının gənclərinin maraqlarını təmsil etmək, habelə sülh və təhlükəsizlik üçün artan çağırışlar fonunda Qoşulmama Hərəkatının daşıdığı mühüm missiya haqqında gənclər arasında məlumatlılığın artırılmasına dəstək göstərməyi ehtiva edir. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin gənclərini bir araya gətirən Qoşulmama Hərəkatının 61 illik tarixində ilk dəfə olaraq 25 – 29 iyul tarixlərində keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qoşulmama Hərəkatının yaradılması ilə bağlı "Şuşa Sazişi" adlı sənəd Şuşanın Qoşulmama Hərəkatının tarixində qeyd olunmasına xidmət edəcək. Şuşa Razılaşması (Şuşa sazişi) adlı sənədə əsasən, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 2021-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiq edilib.
Bloklara qoşulmamaq prinsipi
Bloklara qoşulmamaq prinsipi — dövlətin dinc dövrdə hərbi bloklarda iştirak etməməsini, habelə öz ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə yol verməməsini nəzərdə tutan xarici siyasət xəttinin əsası. == Haqqında == Siyasi və beynəlxalq hüquq ədəbiyyatında Bloklara qoşulmamaq prinsipi, həmçinin pozitiv bitərəflik siyasəti adlandırılır. Beynəlxalq siyasətdə Bloklara qoşulmamaq prinsipi yalnız İkinci dünya müharibəsindən sonra mühüm əhəmiyyət kəsb etmişdir. Bloklara qoşulmamaq prinsipinin hüquqi əsası, adətən, dövlətin müvafiq birtərəfli bəyannaməsidir. Bloklara qoşulmamaq siyasətini qəbul etmiş dövlət şox zaman bloklara qoşulmayan ölkə adlanır. Bu qəbildən olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bir qrupu, habelə Avropanın bir sıra ölkəsi bütün dünyada sülhü təmin etmək, irqçiliyə qarşı mübarizə aparmaq, ölkələr arasında bərabər hüquq və qarşılıqlı fayda əsasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək siyasəti yeridir. 1961-ci ildən bloklara qoşulmayan ölkələrin konfransları keçirilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013.