QUBERNİYA

[ lat. ] Çar Rusiyasında və rayonlaşmadan qabaq SSRİ-də əsas inzibati ərazi vahidi; vilayət.
…Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu. C.Məmmədquluzadə.

Этимология

  • QUBERNİYA Latın mənşəlidir, bizdə onun yerinə sancaq (qubernatora “sancaqbəyi”) deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QUBERNATORLUQ
QUCAQ
OBASTAN VİKİ
Quberniya
Quberniya (qubernator sözündən, lat. gubernator ← q.yun. κυβερνήτης "sükançı") — Rusiyada ən yüksək inzibati-ərazi bölgüsü (Rusiya çarlığı, Rusiya imperiyası, Rusiya Respublikası, RSFSR), eyni zamanda UXR, Ukrayna dövləti və Ukrayna SSR-də. Vilayət başçısı qubernatordur. == I Pyotr zamanı ilk bölgü == 1708-ci ilə qədər Rusiya dövlətinin ərazisi müxtəlif ölçülü və statuslu bölgələrə (keçmiş knyazlıq torpaqları, mülklər, sərəncamlar və s.) və sıralara ayrılırdı. İlk 8 vilayət Regional İslahatlar zamanı, I Pyotrun 18 (29) 1708-ci il tarixli fərmanı ilə yaradıldı: İnqermanlad (1710-cu ildə Sankt-Peterburqa çevrilmişdir) — I Aleksandr Menşikov rəhbərlik etdi; Moskva — Tixon Nikitiç Streşnev; Arxanqeloqorod — Pyotr Qolitsın; Smolensk — Pyotr Saltıkov; Kiyev — Dmitri Qolitsın; Kazan — Pyotr Apraksin; Azov — Fyodr Apraksin; Sibir — Matvey Qaqarin. == Tarixi == Quberniya inzibati-ərazi vahidi 1708-ci ildə yaranıb, 1917-ci ilədək fəaliyyət göstərib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Тархов С. А. Историческая эволюция административно-территориального и политического деления России (Полностью статья опубликована в книге: Регионализация и развитие России: географические процессы и проблемы / Под редакцией А. И. Трейвиша и С. С. Артоболевского. Москва, Эдиториал УРСС, 2001, с.
Tiflis (quberniya)
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. == Tarix == == Coğrafiyası == Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. == Əhalisi == 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
İrəvan Quberniya Ruhani Məclisi
İrəvan Quberniya Ruhani Məclisi — Qafqaz Müsəlmanları İdarəsinin nəzdində İrəvan quberniyasında idarə. == Tarixi == İrəvan Quberniya Ruhani Məclisi 1829-cu ildə yaranmışdı. İrəvan şəhərində Göy məsciddə yerləşirdi. Məclis bir rəis və bir neçə üzvüdən ibarət idi. İrəvan Quberniya Ruhani Məclisi quberniyanın Aleksandropol, Naxçıvan, Novobayazet, Sürməli, Şərur-Dərələyəz, İrəvan,Eçmiədzin və Ordubad qəzalarının müsəlmanlarına xidmət edirdi. Qəza qazılarını, Şəhər və kənd prixod axundlarını təyin edir, imtahan götürürdü. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan vəqf torpaqlarını idarə edir, icarəyə verirdi. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan məscid, türbə, zaviyyə və digər dini tikiləri inşa və təmir edirdi. Şəhərdə məclisin nəzdindəki məscidlər: Göy məscid, Novruzəlibəy məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi. İrəvan Quberniya Ruhani Məclisi quberniyada yaşayan müsəlmanların doğum və vəfat qeydlərini aparırdı.
Quberniya (Rusiya)
Quberniya (qubernator sözündən, lat. gubernator ← q.yun. κυβερνήτης "sükançı") — Rusiyada ən yüksək inzibati-ərazi bölgüsü (Rusiya çarlığı, Rusiya imperiyası, Rusiya Respublikası, RSFSR), eyni zamanda UXR, Ukrayna dövləti və Ukrayna SSR-də. Vilayət başçısı qubernatordur. == I Pyotr zamanı ilk bölgü == 1708-ci ilə qədər Rusiya dövlətinin ərazisi müxtəlif ölçülü və statuslu bölgələrə (keçmiş knyazlıq torpaqları, mülklər, sərəncamlar və s.) və sıralara ayrılırdı. İlk 8 vilayət Regional İslahatlar zamanı, I Pyotrun 18 (29) 1708-ci il tarixli fərmanı ilə yaradıldı: İnqermanlad (1710-cu ildə Sankt-Peterburqa çevrilmişdir) — I Aleksandr Menşikov rəhbərlik etdi; Moskva — Tixon Nikitiç Streşnev; Arxanqeloqorod — Pyotr Qolitsın; Smolensk — Pyotr Saltıkov; Kiyev — Dmitri Qolitsın; Kazan — Pyotr Apraksin; Azov — Fyodr Apraksin; Sibir — Matvey Qaqarin. == Tarixi == Quberniya inzibati-ərazi vahidi 1708-ci ildə yaranıb, 1917-ci ilədək fəaliyyət göstərib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Тархов С. А. Историческая эволюция административно-территориального и политического деления России (Полностью статья опубликована в книге: Регионализация и развитие России: географические процессы и проблемы / Под редакцией А. И. Трейвиша и С. С. Артоболевского. Москва, Эдиториал УРСС, 2001, с.
Quberniya (televiziya kanalı)
Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Bakı quberniyası
Bakı quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə. 1859-cu ildə yaranıb. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köçdü və adı dəyişdirilərək Bakı quberniyası adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu. Quberniyaya daxil olan qəzalar: Bakı qəzası Cavad qəzası Göyçay qəzası Quba qəzası Lənkəran qəzası Şamaxı qəzası == Ümumi məlumat == Rusiya çar hökumətinin inzibati islahatına əsasən Cənubi Qafqaz 1846-cı il 14 dekabr tarixli fərmanla 4 quberniya (Tiflis, Kutais, Şamaxı, Dərbənd) bölündü. Azərbaycan ərazisi, əsasən, Şamaxı quberniyasına daxil edildi. Şamaxı zəlzələ nəticəsində dağılandan (1859) sonra quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Bakı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Nuxa (Şəki), Bakı və Lənkəran qəzaları, Xəzər dənizindəki Böyük Zirə, Daş Zirə, Pirallahı, Çilov və s. adalar daxil idi.
Gürcüstan quberniyası
Gürcüstan quberniyası (gür: g. საქართველოს გუბერნია, l. sakartvelos qubernia) — Rusiya imperiyasının inzibati-ərazi vahidi. == Tarixi == == Sərhədləri == == İnzibati quruluşu == == Əhalisi == 1804-cü ilin kameral təsvirinə əsasən Gürcüstan quberniyasında hər iki cinsdən toplam 169.344 nəfər (93.824 nəfəri kişilər, 75.520 nəfəri qadınlar) əhali yaşayırdı. === Ermənilərin köçürülməsi === 1804-cü ildə İrəvan xanlığından qaçqın düşən 2.000 nəfər etnik erməni Tiflis şəhərində məskunlaşdı. 1807-1808-ci illərdə 338 etnik erməni ailəsi (1.906 nəfər) köçərək Tiflis ətrafında və Avlabarda məskunlaşdı. 1809-1811-ci illərdə Qarabağ ərazisindən qaçqın düşmüş və Məlik Bağırbəy Bəylərov tərəfindən idarə edilən 428 etnik erməni ailəsi (kişi cinsindən 2.140 nəfər) Borçalıda yerləşdirildi. === Milli tərkibi === 1832-ci ildə həyata keçirilimiş kameral sayımı yekunlarına əsasən Gürcüstan quberniyası əhalisi: == Mənbə == Кавказский календарь на 1851 год, изданный от Канцелярии Наместника Кавказского. Типография Главного Управления Наместника Кавказского. Тифлис, 1850 год.
Gəncə quberniyası
Gəncə quberniyası (rus. Елисаветпольская губернiя) (1918-ədək Yelizavetpol quberniyası) — Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı. Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P. M. Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi.
Həştərxan quberniyası
Həştərxan quberniyası (rus. Астраханская губерния) — Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Həştərxan quberniyası 22 noyabr 1717-ci ildə çar I Pyotrun əmri ilə yaranıb.Quberniyanın mərkəzi Həştərxan şəhəri idi. == İnzibati bölgüsü == == Quberniyanın başçıları == === General-qubernatorlar === === Canişinliyin rəhbərləri === === Qubernatorlar === == Coğrafiyası == == İqlimi == == Əhali == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Астраханская губерния в XVIII веке. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Astrakhan.ru Региональный интернет-портал.
Kazan quberniyası
Kazan quberniyası (rus. Каза́нская губе́рния; tatar. Казан губернасы; çuvaş Хусан кěперниě) — Rusiya imperiyası və RSFSR-ın inzibati ərazi vahidi.
Kostroma quberniyası
Kostroma quberniyası (rus. Костромская губерния) — Rusiya İmperiyasının quberniyalarından biri. Quberniya indiki Kostroma vilayətini əhatə edirdi. Mərkəzi Kostroma şəhəri idi. Quberniya 1796-cı ildə Kostroma canişinliyinin əvəzinə qurulmuş və 1929-cu ildə Kostroma dairəsi ilə əvəz olunmuşdu. == İnzibati bölmələri == Kostroma quberniyası 1897-ci ildə Çuhloma, Qaliç, Buy, Kineşma, Koloqriv, Kostroma, Makaryev, Nerehta, Soliqaliç, Vetluqa, Varnavin, Vetluqa, Yuryeveç daxil olmaqla 12 şəhəri özündə birləşdirirdi.
Kutaisi quberniyası
Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi. == Tarixi == 1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır. 1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi. 1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.
Riqa quberniyası
Riqa quberniyası (rus. Ри́жская губе́рния) — I Pyotrun fərmanı ilə Smolensk quberniyasının hissəsi və Rus ordusu tərəfindən alınmış Liflandiya hersoqluğunun (İsveç Livoniyası) torpaqlarından yaradılmış Rusiya imperiyasıının inzibati ərazi vahidi. Müasir Latviya və Estoniya ərazilərində yerləşirdi.
Tambov quberniyası
Tambov quberniyası—(rus. Тамбовская губерния) – Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Tambov quberniyası 15 dekabr 1779-cu ildə çariça II Yekaterinanın əmri ilə yaranıb.Quberniyanın mərkəzi Tambov şəhəri idi.
Tbilisi quberniyası
Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu. == Tarix == == Coğrafiyası == Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər. == Əhalisi == 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.
Tiflis quberniyası

Ufa quberniyası
Ufa quberniyası (rus. Уфи́мская губе́рния; başq. Өфө губернаһы) — Rusiya imperiyasının inzibati ərazi vahidi. Orenburq Quberniyasının Ufa və Orenburq quberniyalara bölməsindən yaradılıb.
Yelizavetpol Quberniyası
Gəncə quberniyası (rus. Елисаветпольская губернiя) (1918-ədək Yelizavetpol quberniyası) — Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı. Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P. M. Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi.
Zaqatala quberniyası
Zaqatala quberniyası — Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Zaqatala şəhəri idi. == Yaranması == Fevral inqilabından sonra Zaqatala dairəsində də Müvəqqəti Hökumətin orqanları yaradılmağa başlamışdı. 1917-ci il oktyabrın 20-də Zaqatala dairəsi Kazak qoşunlarının, Qafqaz dağlıları və düzəngahlarının azad xalqlarının Cənub-Şərq ittifaqına daxil edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Zaqatala dairəsini özünün mübahisəsiz ərazisi elan etmişdi. Zaqatala Milli Komitəsi 28 iyun 1918-ci il tarixində Zaqatala dairəsi əhalisinin Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməyi haqaında olan arzusunu teleqramla Azərbaycan hökumətinə bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 30 iyun 1918-ci ildə qəbul etmiş və Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu qərarla Gürcüstanın ərazi iddialarına qarşı qanuni yol ilə cavab vermiş, onun həyata keçirilməsinə nail ola bilmişdi. Hökumət 1918-ci il iyulun 30-da Zaqatala dairəsində vəziyyətin öyrənilməsi üçün Maliyyə, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrindən ibarət komissiya yaratmış, ona yerli əhalinin arzu və istəklərinin öyrənilməsi və b. mühüm vəzifələr tapşırmışdı.
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti və ya İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı (az.-əski. ایروان والیلیگی مسلمانلری یرداشلیگی‎) — Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə İrəvan quberniyasının soyqırımına məruz qalan türk-müsəlman əhalisi arasında əlaqələr yaratmaq və həmin quberniyadan olan azərbaycanlı qaçqınlara maddi yardım göstərmək məqsədilə Bakıda yaradılmış qurum. == Yaradılması == İrəvan quberniyası, həmçinin Naxçıvan bölgəsilə əlaqələrin yaradılması və inkişafında, buradakı yerli azərbaycanlı əhalinin problemlərinin həllində əslən keçmiş İrəvan quberniyasından olan ictimai xadimlərin, ziyalıların, onların yaratdıqları təşkilatların və cəmiyyətlərin mühüm rolu olmuşdur. 1919-cu il yanvarın 2-də Bakıda İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirildi. Araz-Türk Cümhuriyyətinin nümayəndəsi P. Bayrambəyov müşavirə iştirakçılarını İrəvan quberniyası müsəlmanlarının faciəli vəziyyəti ilə tanış etdi. O, Araz-Türk Cümhuriyyətinin yaranması tarixi barədə də ətraflı məlumat verdi. Müşavirədə tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyasını tutmaq, bu mümkün olmadıqda isə Ararat Cümhuriyyəti müsəlmanlara qarşı törədilən vəhşiliklərin qarşısını almaq üçün tədbirlər görməyə məcbur etmək qərara alındı. Bölgəyə qarışıq komissiya göndərmək xahişi ilə ingilis generalı Tomsona müraciət etmək, onunla görüşmək məqsədilə Teymur bəy Makinski, P.Bayrambəyov və başqalarından ibarət nümayəndə heyəti yaratmaq, yerli azərbaycanlı əhalinin ağır vəziyyətilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinə memorandumlar vermək də nəzərdə tutulurdu. Qərara uyğun olaraq, 1919-cu il yanvarın 5-də Parlamentin binasında keçmiş İrəvan quberniyasında, o cümlədən Naxçıvan bölgəsində yaşayan azərbaycanlıların nümayəndələrinin fövqəladə iclası keçirildi, mahaldakı mövcud vəziyyət müzakirə olundu və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı adlı cəmiyyət yaradıldı. Yanvarın 6-da cəmiyyətin iclasında aşağıdakı tərkibdə idarə heyəti seçildi: Teymur bəy Makinski (sədr), H.Qasımov (sədr müavini), R.İsmayılov (katib), M.Sidqi (katibin müavini) və Abbasəli bəy Makinski (xəzinədar).
İrəvan quberniyası
İrəvan quberniyası — Rusiya imperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi İrəvan şəhəri idi. == Quberniyanın tarixi == 1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. Bütün keçmiş "Erməni vilayəti", o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Novobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü.
Şamaxı quberniyası
Şamaxı quberniyası (rus. Шемахинская губерния) — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Şamaxı şəhəri idi. == Əhali == 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu. == Hərbi qubernatorlar == Baron Aleksandr Yevstafyeviç Vrangel 1846-1850 Sergey Qavriloviç Çelyayev, 1850-1857 Konstantin Davıdoviç Tərxan-Mouravov, 1857-1859 == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя.
Kiyev general-quberniyası
Kiyev general-quberniyası (rus. Киевская губерния) - Rusiya imperiyasının general-quberniyalarından biri. 1796-1919-cu illərdə Rusiya imperiyasının, 1919-1925-ci illərdə isə Ukrayna Sovet Sosialist Respublikasının inzibati-ərazi vahidi kimi mövcud olmuşdur. General-quberniyanın ərazisi Ukraynanın sağ sahilini əhatə edirdi Kiyev canişinliyinin bölünməsindən sonra təşkil edilmişdir. İnzibati mərkəzi Kiyev şəhəri olub. XX əsrin əvvələrinə olan məlumat asasən Kiyev general-quberniyası 12 qəza, 12 şəhər, 111 mesteçko və 7344 digər tipli yaşayış məntəqəsindən ibarət idi. 1917-ci ildə baş vermiş Oktyabr inqilabıda sonra Ukrayna Sovet Sosialist Respublikasının inzibati-ərazi vahidi kimi yenidən təşkil edilmişdir. 1923-cü ildə bir necə dairəyə bölünmüş, 1925-ci ilin 6 iyun tarixində Sovet inzibati islahatları çərçivəsində ləğv edilmişdir.
Livoniya quberniyası
Livoniya Qubernatorluğu — 1721-ci ildə Böyük Şimal Müharibəsindən sonra İsveçdən Rusiyaya verilmiş Estoniya və Livoniya torpaqlarında yaradılmış inzibati rayon idi. Quberniya 1918-ci ildə Estoniya və Latviya müstəqillik elan edənə qədər mövcud idi. == Tarixi == Livoniya və Estoniya ilk dəfə XIII əsrdə Alman Səlib yürüşləri zamanı xristianlaşdırılıb. Bölgə 16-cı əsrə qədər Livoniya Konfederasiyası kimi tanınan dövlətlər birliyi tərəfindən idarə olunurdu. 16-cı əsrdə Livoniya Konfederasiyası dağıldı və bölgə İsveç, Polşa və Danimarka arasında bölündü. Böyük Şimal Müharibəsindən sonra Livoniya və Estoniya əraziləri Rusiyaya verildi. Livoniya Qubernatorluğu 1721-ci ildə yaradılmışdı. Quberniya 10 dairəyə bölündü, mərkəzi Riqa şəhəri idi. Livoniya Qubernatorluğunun əhalisi 19-cu əsrdə durmadan artdı. 1897-ci il siyahıyaalınmasına görə quberniyanın əhalisi 1,3 milyon nəfər idi.
Xerson quberniyası
Xerson quberniyası (rus. Херсонская губерния) — 1803–1922-ci illər aralığında Rusiya imperiyası daxilində mövcud olmuş inzibati-ərazi vahidi, quberniya. Xerson quberniyasının inzibati və siyasi mərkəzi indiki Ukraynanın Xerson şəhəri olmuşdur. 71 min kvadrat kilometr ərazini əhatə edən quberniyada təxminən 2.733 min nəfərə yaxın əhali yaşamışdır. 1897-ci ildə Rusiya imperiyasında aparılmış ümumi siyahıyaalmayanın nəticələrinə görə quberniya şimal-qərbdən Podolsk quberniyası, şimaldan Kiyev general-quberniyası, şimal-şərqdən Poltava quberniyası, şərqdən Yekaterinoslav quberniyası, cənub-şərqdə Tavrida quberniyası, cənubda Qara dəniz və Bessarabiya quberniyası ilə həmsərhəd idi. Xerson quberniyası müasir dövrdə Ukraynanın Nikolayev vilayəti, Kirovoqrad vilayəti, Odessa vilayəti kimi əraziləri tamamilə Xerson vilayəti və Dnepropetrovsk vilayətini isə qismən əhatə etməkdədir. Quberniyanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Taxıl biçini zamanı imperiyanın müxtəlif bölgələrindən mövsümlük işləmək üçün on minlərlə kəndli kənd təsərrüfatı işçisi kimi buraya gəlir və burada işləyirdilər. Ənənəvi kənd təsərrüfatı sahələrindən başqa un dəyirmanı, distillə, metal emalı, dəmir hasilatı, çuğundur-şəkər emalı və kərpic sənayesi kimi imperiyanın hər quberniyasında olmayan bəzi xüsusi sahələr də, burada geniş inkişaf etmişdir. == İnzibati bölgü == Yekaterinoslav general-qubernatorluğu 7 qəzadan (inzibati mərkəzləri mötərizədə) ibarət idi: === Əsas şəhərlər === 1897-ci ildə Rusiya imperiyasında aparılmış əhalinin ümumi siyahıyaalınmasına əsasən; Odessa – 403,815 (rus– 198,233, yəhudi– 124,511, ukrayn– 37,925) Nikolayev – 92,012 (rus– 61,023, yəhudi– 17,949, ukrayn– 7,780) Yelizavetqrad – 61,488 (yəhudi– 23,256, rus– 21,301, ukrayn– 14,523) Xerson – 59,076 (rus – 27,902, yəhudi– 17,162, ukrayn– 11,591) Tiraspol – 31,616 (rus– 14,013, yəhudi– 8,568, ukrayn– 3,708) Ananiv – 16,684 (ukrayn– 7,205, rumın – 4,174, yəhudi– 3,514) Voznesensk – 15,748 (yəhudi– 5,879, ukrayn– 5,644, rus– 2,583) Bobrynets – 14,281 (ukrayn– 9,529, yəhudi– 3,464, rus– 837) Aleksandriya – 14,007 (ukrayn– 7,658, yəhudi– 3,687, rus– 2,364) Beryslav – 12,149 (ukrayn– 8,852, yəhudi– 2,639, rus– 524) Dubısari – 12,089 (yəhudi– 5,326, Romanian – 3,383, ukrayn – 2,841) Novoqeorqiyevski – 11,594 (rus– 6,631, ukrayn– 3,372, yəhudi– 1,424) Oçakov – 10,786 (ukrayn– 5,204, rus– 3,508, yəhudi– 1,430) Novomirqorod – 9,364 (rus– 7,025, yəhudi– 1,617, ukrayn– 572) Qriqoriopol – 7,605 (rumın– 3,740, rus– 1,832, yəhudi– 832) Olviopol – 6,884 (ukrayn– 5,022, yəhudi– 1,480, rus– 271) Ovidiopol – 5,187 (ukrayn 2,785, rus– 1,997, yəhudi– 387) Mayaki – 4,575 (rus– 2,865, ukrayn– 944, yəhudi– 644) == Demoqrafiya == 1858-ci ilə qədər əhalinin üçdə biri (hərbi mükəlləflər, admiral məskənləri, xarici kolonistlər və s.) hərbi vəziyyətə tabe idi.
Yekaterinoslav quberniyası
Yekaterinoslav quberniyası (rus. Екатеринославская губерния) - 1802-1925-ci illərdə Rusiya imperiyasının ərazisində mövcud olmuş quberniya. Paytaxtı keçmiş Yekaterinoslav, indiki Dnepr şəhəri olmuşdur. Quberniya şimaldan Poltava quberniyası, şərqdən Don Host vilayəti, Cənub-şərqdən Azov dənizi, Tavrida quberniyası və şərqdən isə Xerson quberniyası ilə həmsərhəd olmuşdur. Quberniyanın keçmiş sərhədləri müasir Ukraynanın Luqansk vilayəti, Donetsk vilayəti, Dnepropetrovsk vilayəti və Zaporojya vilayətinin indiki ərazilərini əhatə edirdi. 1925-ci ilin 6 iyun tarixində Sovet Sosialist Respublikaları İttifaqında keçirilmiş ərazi-inzibati islahatlar çərçivəsində Yekaterinoslav quberniyası ləğv edilmişdir. == Coğrafiya == Hərbi topoqrafik tədqiqatın məlumatlarına əsasən quberniyanın ərazisi 55 688,4 kvadratmetrdir. Bu rəqəm təxminən 5730 min desiatinaya bərabərdir. Mərkəzi Statistika Komitəsinin məlumatına görə (göllər və estuarlar istisna olmaqla) ümumi ərazi 55 704,4 k və ya 5.635.737 desyatindən ibarət idi. Quberniyanın səthi çöl düzənliyidir, şimalda və cənubda iki yamac və bir neçə təpə möcuddur.

Значение слова в других словарях