Qumlu yovşan
Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir.
Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir.