qummi 2021

qummi
qumma
qumral
OBASTAN VİKİ
Qummiarabik
İki akasiya növünün şirəsindən alınan qummiarabik təbii polisaxaridlər sinfinin ən mühüm nümayəndələrindən biridir. Suda yaxşı həll olur. Kimyəvi formulları Molekulyar formul — C12H36 InChI — InChI=1S/6C2H6/c6*1–2/h6*1–2H3 InChI — GPOWYVZNNHYPBM-UHFFFAOYSA-N Canonical SMILES — CC. CC. CC. CC. CC. CC 1445-ci ildə Şahzadə Henri dənizçi Arguin adasında (müasir Mavritaniya sahillərində) ticarət məntəqəsi quraraq, Portuqaliya üçün qummiarabik ticarətinə başlamışdır. 1580-ci ildə Portuqaliya və İspan krallıqları birləşdikdən sonra ispanlar bu ticarətə davam etmişdir. 1638-ci ildə isə bu ərazidə ticarət hollandlar tərəfindən idarə olunmağa başlamışdır. O dövrdə Trarza və Bracna akasiya ağaclarından istehsal edilən bu kitrə Ərəbistanda əldə edilən akasiyadan üstün hesab olunurdu. 1678-ci ildə ticarət yenə fransızlar tərəfindən idarə olunmağa başlamışdır. [1] 18-ci əsrdə qummiarabikin bir çox sahələrdə mümkün tətbiqi Fransa, Böyük Britaniya və digər Avropa ölkələrinin sənayedən əvvəlki iqtisadiyyatlarında mühüm rol oynamağa başlamışdı. 18-ci və 19-cu əsrlərdə qummiarabik müasir Seneqal və Mavritaniyadakı Fransız və Britaniya ticarət koloniyalarında əsas ixrac məhsullarından biri idi. Qərbi Afrikanın Sahel bölgəsi, Atlantik Okeanından Qırmızı dənizə qədər uzanan Sahara səhrasının cənub sahilləri 18-ci əsrdən bəri dünyanın ən böyük qummiarabik tədarükçüsü olmuşdur.

Digər lüğətlərdə