qurdotu
qurdsayağı
OBASTAN VİKİ
Ətrəng qurdpəncəsi
Ətrəng qırxbuğum (lat. Polygonum carneum) — qırxbuğum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Ətrəng bistorta çoxillik ot bitkisi şişman, dolğun, kökümsov və kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzər əyilmələrdən ibarətdir. Adətən bir neçə gövdəsi olur ki, bunlar düz, çılpaq və budaqlanmayan olub, hündürlüyü 30-150 sm-ə bərabərdir. Yarpaqları uzunsov-yumrtavari və ya enli-neştərşəkilli, əsası dairəvi və ya pazşəkilli olmaqla, kənarları tükcüklü, kökümsovu və gövdənin aşağı yarpaqlarının uzunluğu 4-30 sm, eni isə 1-2 sm, saplaqları uzunsov qanadabənzər, gövdənin yuxarı yarpaqları kiçik və ensiz, növbəli, saplaqlı, neştərşəkillidən xətti formaya qədər dəyişir. Qıf kimi ağzı geniş qoltuq tumurcuqları qonur rəngli olub, daxili qarışıqlıdır. Çiçəkləri 3-4 mm, erkəkcikləri 8 olub çəhrayı, çiçək yatağı 5-bölümlüdür. Gövdəsi iri, oval və ya silindrik, sıx, qalın, sünbül çiçək qrupunda toplanmışdır. Meyvəsi 3-tilli, tünd-qonur rəngli olub, fındıqcadır. Mayın sonunda çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.Sututarların sahillərində, orta dərəcəli yayılan kolluqların pöhrəliklərində, bozqır yerlərdə və meşələrdə bitir.

Digər lüğətlərdə