QIPMAQ
QIR³
OBASTAN VİKİ
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. == Qırlaşma == Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Qır kəndi (Poldəşt)
Qır kəndi (fars. قيركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (73 ailə).
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 24 yanvar 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Manas" Qırğızıstan-Türkiyə Universiteti
"Manas" Qırğızıstan-Türkiyə Universiteti (qırğ. Кыргыз-Түрк «Манас» Университети, türk. Kirgizistan-Türkiye "Manas" Üniversitesi) — Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi. Əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır. == Tarixi == Manas Universiteti, fəaliyyətlərinə 1997–1998-ci tədris ilində Qırğızıstanın paytaxtı — Bişkekdə "Qırğız-Türk" Manas "Universitetinin yaradılması haqqında" Sazişin hər iki ölkənin səlahiyyətli orqanlarının təsdiqindən sonra başladı. Bu müqavilə 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə Cümhuriyyəti və Qırğızıstan Respublikası Hökumətləri tərəfindən imzalanmışdır. Universitet, Tələbə İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanının nəticələrinə əsasən Qırğızıstandan tələbə qəbul edir. Türk tələbələr, Türkiyə Cümhuriyyətinin İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən edilən bir imtahan yolu ilə işə qəbul edilir. Digər Türkdilli dövlətlərin və millətlərin tələbələri, Türkiyə Cümhuriyyəti Türk Dilli Dövlətlər üçün Tələbə İşə Qəbulu və Dağıtımı Mərkəzi tərəfindən də keçirilən imtahan nəticələrinə görə işə qəbul edilir. 2011–2012-ci tədris ilinin birinci semestrinin sonuna 9 fakültədə, 4 ali məktəbdə, 1 peşə məktəbində 3809 lisenziya tələbəsi təhsil alır, 196 lisenziya və aspirant isə 2 institutda təhsillərini davam etdirir.
"Qırmızı Bayraq" ordeni
"Qırmızı Bayraq" ordeni — ilk sovet ordeni. Sosialist Vətəninin müdafiəsi zamanı göstərilən xüsusi şücaət, fədakarlıq və cəsarət görə mükafatlandırma üçün 1918-ci ildə təsis olunub.
"Qırmızı Bayraq" ordeni (Azərbaycan SSR)
"Qırmızı bayraq" ordeni — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir. == Təsviri == Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin "Qırmızı Bayraq" ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunub. Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir. Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə "Azərbaycan İctimai Şura Cümhuriyyəti" sözləri qravür edilmişdir.
"Qırmızı Ulduz" ordeni
Qırmızı Ulduz Ordeni — SSRİ-nin dövlət mükafatı, 6 aprel 1930-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin fərmanı ilə təsis edilib.
"Qırmızı Əmək Bayrağı" ordeni
"Qırmızı əmək bayrağı" ordeni — 1928-ci ildə təsis edilmiş ümumittifaq miqyaslı SSRİ ordeni
"Qırmızı Əmək Bayrağı" ordeni (Azərbaycan SSR)
Qırmızı əmək bayrağı ordeni — 1920-ci ildən 1933-cü ilə qədər SSRİ-də hər bir sovet respublikasının öz ordenləri, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni də olub. 1933-cü ildən sonra bu ordenlərin verilməsi dayandırılıb, həmin vaxtdan fərqlənənlərə yalnız SSRİ orden və medalları verilib. Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Əmək Bayrağı ordeni 1922-ci ildə təsis edilib. 1933-cü ilə qədər 300-ə yaxın insan bu ordenlə təltif olunub. Həmin vaxt Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edildiyinə görə ordenin üstü latın qrafikası ilə yazılıb. Qeyd edək ki, 1933-cü ilə qədər SSRİ-də hər bir sovet respublikasının öz ordenləri, o cümlədən də Qırmızı Əmək Bayrağı ordeni olub. 1933-cü ildən sonra bu ordenlərin verilməsi dayandırılıb, həmin vaxtdan hamıya yalnız ümumittifaq miqyaslı Qırmızı Əmək Bayrağı ordenləri verilib. 1921-ci ilin iyununda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə "Qırmızı Əmək Bayrağı" ordeni təsis edilmişdir. Eskizinin müəllifi zabit M. Vlasov olan orden gümüşdən hazırlanmışdır və qırmızı rəngli mina qatı və qızıl suyu ilə işlənmişdir. Bakı zərgərləri tərəfindən hazırlanan ordenin mərkəzində döymə üsulu ilə oraq və çəkic təsvir edilmişdir.
"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)
"Qırmızı əmək bayrağı" ordeni — SSRİ ordeni.
"Qırmızı əmək bayrağı" ordeni (dəqiqləşdirmə)
"Qırmızı əmək bayrağı" ordeni — 1928-ci ildə təsis edilmiş ümumittifaq miqyaslı SSRİ ordeni
2010 Qırğızıstan qiyamı
Qırğızıstanda kütləvi iğtişaşlar başlayıb, bəzi vilayətlərdə hökumət binaları ələ keçirilib. Ölkənin rayonlarında da kütləvi etirazlar baş verib. Narın və Çuy vilayətlərinin, eləcə də Moskva rayon administrasiyasının binaları ələ keçirilib. Talas vilayət mərkəzində də etiraz aksiyasının keçirildiyi təhmin edilir. Qırğızıstanda yaranan qarşıdurmalarda həlak olanların sayı barədə hələ dəqiq məlumat yoxdur. Bununla bağlı müxtəlif versiyalar səsləndirilir. Müxalifət 100-ə yaxın insanın öldüyünü iddia edir. Yüzlərlə insanın isə yaralandığı bildirilir. Səhiyyə nazirliyin məlumatına görə, həlak olanların əksəriyyətinə odlu silahlardan atəş açılıb. Xatırladaq ki, dünən Qırğızıstanın baş naziri Daniyar Usenov istefaya gedib.
2014 Qəzza qırğını
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. == Səbəbi == İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
ABŞ–Qırğızıstan münasibətləri
ABŞ–Qırğızıstan münasibətləri — ABŞ ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == 1991-ci ildə diplomatik münasibətlər quruldu, o vaxtdan bəri güclü tərəfdaşlıqlar inkişaf etdi. Amerika Birləşmiş Ştatları Qırğızıstanı qanunun aliliyinə və insan hüquqlarına hörmətə əsaslanan demokratik bir cəmiyyətin inkişaf etdirilməsində dəstəkləyir. Qırğızıstanda 2011-ci il prezident seçkiləri postsovet Orta Asiyada ilk dəfə prezident hakimiyyətinin dinc şəkildə ötürülməsi baş tutur. ABŞ hökuməti Qırğızıstana humanitar və müdafiə təyinatlı hərbi yardım, iqtisadi və siyasi islahatları dəstəkləmək üçün digər yardımlar göstərir. Üstəlik Qırğızıstan Respublikasının beynəlxalq təşkilatlardan kömək istəklərini də dəstəkləmişdir. Məsələn: ABŞ 1998-ci ilin dekabrında Qırğızıstan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dəstək olmuşdur. 11 sentyabr hadisəsindən sonra ABŞ dünyanın bu hissəsinə olan marağını artırdı. ABŞ 11 sentyabr hadisəsindən sonra 2001-ci ilin dekabrında Manasdakı hərbi bazanı kirayələdi. Həm Rusiya, həm də Çin buna bərk naratlığını bildirdi.
Abdallar (Qırxbulaq)
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır. Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Adi qırqovul
Adi qırqovul (lat. Phasianus colchicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinə aid heyvan növü. Azərbaycanda Qafqaz qırqovulu qrupundan 3 yarımnöv yayılmışdır. == Yarımnövləri == Phasianus colchicus alashanicus Alpheraky & Bianchi, 1908 Phasianus colchicus bergii Phasianus colchicus bianchii Buturlin, 1904 Phasianus colchicus chrysomelas Severtzov, 1875 Phasianus colchicus colchicus Linnaeus, 1758 — Cənubi Qafqaz qırqovulu Phasianus colchicus decollatus Swinhoe, 1870 Phasianus colchicus edzinensis Sushkin, 1926 Phasianus colchicus elegans Elliot, 1870 Phasianus colchicus europaeus Phasianus colchicus formosanus Elliot, 1870 Phasianus colchicus hagenbecki Rothschild, 1901 Phasianus colchicus karpowi Buturlin, 1904 Phasianus colchicus kiangsuensis Buturlin, 1904 Phasianus colchicus mongolicus Brandt, 1844 — Mancuriya Phasianus colchicus pallasi Rothschild, 1903 — Uzaq Şərq və ya Ussuriya Phasianus colchicus persicus Severtzov, 1875 Phasianus colchicus principalis P. L. Sclater, 1885 Phasianus colchicus rothschildi La Touche, 1922 Phasianus colchicus satschuensis Pleske, 1892 Phasianus colchicus septentrionalis Lorenz, 1888 — Şimali Qafqaz qırqovulu Phasianus colchicus shawii Elliot, 1870 Phasianus colchicus sohokhotensis Buturlin, 1908 Phasianus colchicus strauchi Prjevalsky, 1876 Phasianus colchicus suehschanensis Bianchi, 1906 Phasianus colchicus takatsukasae Delacour, 1927 Phasianus colchicus talischensis Lorenz, 1888 - Talış qırqovulu. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Afrika kiçik qırğısı
Afrika kiçik qırğısı (lat. Accipiter minullus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Ak Jol (Qırğızıstan)
Ak Jol (qırğ. Ак жол — "Ağ yol") — Qırğızıstanda siyasi partiya. 2007-ci ilin dekabrında keçiriləcək parlament seçiləri ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev tərəfindən yaradılmışdır. Seçkilər nəticəsində 90 yerdən 71-nə sahib olan "Ak Jol" parlamentə daxil olmuş 3 partiyadan biri idi.
Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. == Ədəbiyyat == Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Al-qırmızı qaramurdarça
Al-qırmızı yonca
Al-qırmızı yonca (lat. Trifolium incarnatum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Trifolium stellatum subsp.
Al qırmızı yağış (film, 1984)
Al qırmızı yağış — rejissor Albert Maqnolinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Prins, Apollonia Kotero, Morris Dey və Olqa Karlatos ifa edirlər. == Məzmun == Filmin süjet xətti məşhur müğənni Prinsin tərcümeyi-halı ətrafında qurulub.
Almaz qırqovulu
Almaz qırqovulu (lat. Chrysolophus amherstiae) — qırqovullar fəsiləsinə aid quş növü. Vətəni Şərqi Asiyadır. 1828-ci ildə İngiltərəyə gətirilərək iqlimə uyğunlaşdırılmışdır və hazırda burada da təbiətdə yaşayırlar. Erkək fərdləri dünyanın ən gözəl quşlarından hesab biridir. Parıldayan göy və yaşıl lələkləri qara, ağ, qırmızı və sarı rənglərə münasib biçimdə qarışmışdır. Ağ-qara zolaqlı quyruğu qırqovulun bədənindən uzundur. Dişi fərdləri erkəkdən fərqli olaraq o qədər də rəngarəng deyil. == Ədəbiyyat == Briggs, M.; Briggs, P. (2009). The Natural History of the British Isles.
Alp qırışıqlığı
Alp qırışıqlığı — Yer qabığı təbəqələrində Kaynozoy və qismən Mezozoy eralarında əmələ gəlmiş qırışıqlıq. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılmışdır. Mezozoyun əvvəlindən başlamış, Neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir. == Zolaqları == İki zolağdan ibarətdir: 1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir. Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.
Amritsar qırğını
Amritsar qırğını — İngiltərə müstəmləkəçilərinin terror siyasətinə qarşı 1919-cu il aprelin 13-də Amritsar şəhərindəki (Hindistan) mitinqin gülləbaran edilməsi. İngiltərə hakimiyyət orqanları 1918-ci ildən başlayıb getdikcə genişlənən (xüsusilə Pəncab əyalətində) milli azadlıq hərəkatının qarşısını almaq məqsədi ilə görkəmli ictimai xadimlərdən doktor Kitçlu ilə doktor Satyapalanı məhkəmənin qərarı olmadan Amritsardan sürgün etmişdilər. Bununla əlaqədar aprelin 13-də dini bayram günü Calianval-Baqh meydanında Amritsar, habelə yaxın şəhər və kənd sakinlərinin etiraz mitinqi keçirildi. General Dayerin komandanlığı ilə şəhərə çağırılan əsgərlər mitinqə toplaşan silahsız xalqı gülləbaran etdilər. Nəticədə mindən çox adam öldürüldü və yaralandı. Amritsar qırğını Pəncabda və bütün Hindistanda antiimperialist hərəkatın güclənməsinə səbəb oldu.
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.

Digər lüğətlərdə