QƏBZİ-RUH

Əzrayıl tərəfindən adamın canının alınması.
QƏBİH
QƏDƏMİ-ŞƏRİF
OBASTAN VİKİ
Depozit qəbzi
Anbar qəbzi
Anbar qəbzi — malların anbarda saxlanmağa qəbulunu təsdiq edən mühafizə sənədi. Sertifikat əslində saxlama müqaviləsinin bağlanmasının sübutudur, baxmayaraq ki, saxlama özü ayrıca müqavilə ilə rəsmiləşdirilir. Saxlama müqaviləsi bağlanarkən əmanətçiyə anbar şəhadətnaməsi və ya qəbz verilir. Qəbzdən fərqli olaraq şəhadətnamə təqdim edən qiymətli kağızdır, yəni anbar qəbzi verildikdə orada göstərilən hüquqlar keçir. Anbar mal verənin malını saxlamağa və saxlama müqaviləsində müəyyən edilmiş haqq müqabilində geri qaytarmağa borcludur; bu halda mükafatın ödənilməsinə anbar şəhadətnaməsinin sahibi deyil, əmanətçi cavabdehdir. Sertifikat sahibi malları sertifikatda göstərilən müddətdə anbardan götürmədikdə, mallar əmanətçiyə qaytarılır. == ABŞ-da == Birləşmiş Ştatlarda anbar qəbzləri müxtəlif yurisdiksiyalar tərəfindən qəbul edilən Vahid Kommersiya Məcəlləsinin 7-ci maddəsi ilə tənzimlənir. Anbar qəbzləri həmçinin adlandırılmış saxlama anbarında müəyyən kəmiyyət, növ və keyfiyyətli əmtəənin mövcudluğuna və mövcudluğuna zəmanət verir. O, həmçinin gələcək tarixdə dərhal çatdırılma və ya çatdırılma üçün mülkiyyət hüququnun ötürülməsini göstərə bilər. Faktiki əmtəənin çatdırılması əvəzinə, başa çatmaqda olan fyuçers müqavilələrinin ödənilməsi üçün müzakirə edilə bilən anbar qəbzləri istifadə olunur.
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Amerikan depozitar qəbzi
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Ruh-şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh (film)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). The Righteous Brothers — "Unchained Melody". Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Ruh Festivalı
Ruh festivalı və ya Jonqyuan festivalı (ənənəvi Çin dili: 中元節; sadələşdirilmiş Çin dili: 中元节), Buddizmdə Yulanpen Festivalı (ənənəvi Çin dili: 盂蘭盆 節; sadələşdirilmiş Çin dili: 盂兰盆 节) olaraq tanınır. Bu, müəyyən Şərqi Asiya ölkələrində təşkil edilən ənənəvi bir Daoizm və Buddist festivalıdır. Çin təqviminə görə , Ruh Festivalı yeddinci ayın 15-ci gecəsidir. Çin mədəniyyətində, ay təqvimində yeddinci ayın on beşinci günü Ruh Günü adlanır və ümumiyyətlə yeddinci ay Ruh Ayı (鬼 月) olaraq qəbul edilmişdir və bu ayda ölmüş əcdadları da daxil olmaqla ruhların yer üzünə çıxdığına inanılır. Həm Qingming Fetivalından (ya da Yazda Məzar Süpürmə Günü) həm də yaşayan nəsillərin ölmüş əcdadlarına hörmət göstərdikləri Qoşa Doqquzuncu Festivaldan (payızda) fərqli olaraq, Ruh Festivalı zamanı mərhumların diriləri ziyarət etdiyinə inanılır. On beşinci gündə Cənnət və Cəhənnəm aləmləri və canlılar aləmi açıqdır və həm Taocular, həm də Buddistlər mərhumun əzablarını dəyişdirmək və bağışlamaq üçün ayinlər edərdilər. Ay ərzində fəaliyyətlərə ritualist qida hazırlamaq, tüstü yandırmaq və joss kağızı yandırmaq daxildir. Mükəmməl yeməklər (tez-tez vegterian yeməklər), ailədəki ölənlərin hər biri üçün boş yerlərə qoyularaq ölənləri hələ yaşadıqları kimi qəbul edərdilər. Ruh Festivalı Çin təqviminin yeddinci ayında keçirilir. Bu tarix həm yeni fəsil, payız məhsulu, Buddist rahibə zahidliyinin zirvəsi, əcdadların yenidən doğulması və yerli icmanın məclisi ilə eyni vaxtda düşür.Bu ay ərzində cəhənnəmin qapıları açılır və ruhlar yemək və əyləncə axtardıqları yer üzündə sərbəst gəzirlər.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Ruh bulanıqlığı
Ruh şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh Əkizi
Ruh əkizi (ing. soulmate) — sosiologiya sahəsinə daxil olan, şəxsin başqa bir şəxsə qarşı hiss etdiyi xüsusi bir hissi ifadə etmək üçün işlədilən termindir. Bu hissə eşq, romans, dostluq, seksuallıq, ehtiras, güclü inam və s. aid edilə bilər.
Ruh dumanlığı
Ruh dumanlığı — Kassiopeya istiqamətində təqribən 7500 işıq ili məsafədə bir emissiya dumanlığı. Bir neçə kiçik ulduz, klasterlər toplusu mövcuddur: CR 34, 632 və 634 (yuxarı hissəsi) və IC1848 (orta hissəsi). Bu obyekt daha çox klaster adı altında IC 1848 kimi tanınır. Bu birləşmə şərq qonşusu IC1805 (Ürək bulanığı) ilə birlikdə "Ürək və Ruh" olaraq adlandırılır. Bulanıqlığın (dumanın) mərkəzində kiçik bir ulduz qrupunun yaydığı işıq.
Müstəqil Ruh mükafatı
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Müstəqil ruh (mükafat)

Ruh-bədən problemi
Ruh-bədən və ya nəfs-bədən problemi (ing. mind-body problem) — fəlsəfi fikir tarixinin əsas problemlərindən biridir. Hazırda zehin fəlsəfəsi daxilində müzakirə olunan ruh-bədən probleminin əsasında maddi olmayan ruh və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyətinin öyrənilməsi dayanır. Bu problemi insanın nəliyi ilə bağlı fəlsəfi arayışlar doğurmuşdur. İnsan nədir? Adi maddi bir tərkibdən ibarətdir, yoxsa mental bir tərəfə, ruha da sahibdir? Əgər mental tərəfimiz də varsa o şey nədir? İnsan əslində nədir, bir ruha sahib bədən, yoxsa bir bədəni olan ruhdur? Ruh bədən problemində bu iki substansiya arasında əlaqəni müəyyənləşdirməzdən əvvəl həll edilməli olan iki problem ruh və bədənin nəliyi məsələsidir. Ruh və bədən haqqında suallara verilən cavablar bu problemə berilən cavabı böyük ölçüdə təmin etmiş olur.
Ruh (animasiya, 2020)
Ruh (ing. Soul) - "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Ruh (film, 1990)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). The Righteous Brothers — "Unchained Melody". Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Şəkildəki ruh (2008)
Şəkildəki ruh (ing. Shutter) — amerikan qorxu filmi. 2004-cü ildə çəkilmiş eyniadlı tayland filmi əsasında çəkilmişdir. Gələcək vəd edən iş fürsəti üçün Yaponiyaya yenicə köçmüş yeni evli cütlük — Ben və Ceyndən bəhs edilir. İlk öncə elə görünür ki, Ceyn bilmədən gənc bir qızı maşını ilə öldürür. Maşın ağaca çırpılır, Ben və Ceyn huşlarını itirir. Ayılandan sonra isə yolda heç kəsi görmürlər. Sonrakı gedişatda çəkilən bir çox şəkillərdə ağ ləkə düşür. Ceyn elə düşünür ki, bu, ölən qızın ruhudur. Ancaq Ben buna inanmaq istəmir.
Veyllənən ruh əməliyyatı
Veyllənən ruh əməliyyatı (ing. Operation Wandering Soul) — Vyetnam müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən həyata keçirilən təbliğat kampaniyası və psixoloji müharibə səyləri. Bu, Vyetkonq qüvvələrində fərarilik hallarını artırmaq və onların mənəviyyatını zəiflətmək cəhdi idi. Əksər mədəniyyətlərdə olduğu kimi, Vyetnam mədəniyyətində də ölülərə ehtiram göstərmək haqqında inanclar və mərasimlər var. Vyetnam mədəniyyəti mərhumun nəşinin düzgün formada dəfn edilməsini tələb edir və güman edilir ki, bu baş verməsə, mərhumun ruhu yer üzündə dolaşmağa davam edir və beləliklə, o, bir ruha bərabər olan "veyllənən ruh"a çevrilir. İnanca görə, onlarla bəzən ölüm ildönümündə və öldüyü yerin yaxınlığında əlaqə saxlamaq mümkündür. Vyetnamlılar bu ölü ruhları bayram günlərində vəfat etdikləri yeri ziyarət edərək ehtiram göstərirlər. ABŞ Vyetnam müharibəsində bundan öz xeyrinə istifadə etmiş və ölmüş dostlarının səs yazısını səsucaldıcılarına verməklə Vyetkonq qüvvələrini aldatmağa çalışmışdır. ABŞ mühəndisləri öldürülən Vyetkonq əsgərlərinin rolunu daşıyan qorxunc və dəyişdirilmiş səsləri lentə yazmaq üçün həftələr sərf etmişdilər. ABŞ komandanlığı həmçinin, etibarlılığı artırmaq məqsədilə səsyazılarını lentə almaq üçün Cənubi Vyetnam əsgərlərindən istifadə etmişdir.
Ruh (film, 2020)
Ruh (ing. Soul) - "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Müqəddəs Ruh Kilsəsi
Müqəddəs Ruh Kilsəsi (Batumi)
Hüseyn ibn Ruh Nobəxti
Əbülqasim Hüseyn ibn Ruh Nobəxti — İmam Mehdinin xüsusi nümayəndəsi. Məhəmməd ibn Osmanın həyatının son günlərində bir dəstə şiə onun yanına gedir. O deyir: "Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona etibar edin." Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuş və Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəldən zəmin yaradır, şəri vergiləri təhvil vermək üçün şiələrə ona müraciət etməyi göstəriş verirdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi. Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair "Ət-Tədib" adlı bir kitab yazmışdı. Yazdığı bu kitaba öz münasibətlərini bildirmək məqsədilə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazıb bildirirlər ki, bir məsələdən başqa bütün məsələlər şiə fiqhinə uyğundur. Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bəzi şəxslər onun düşüncə və istedadını tərifləyərək demişlər: "İstər onunla müvafiq olan, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən, Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir." İmam Məhdinin (ə) üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş, üç yüz on yeddinci ildə azad edilmişdir. İyirmi bir il nümayəndəlikdən sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir.
Müqəddəs Ruh Kilsəsi (Batumi)
Müqəddəs Ruh Kilsəsi(ing. Church of the Holy Spirit) — Müqəddəs Ruh Kilsəsi (gürcü: სულიწმიდის კათოლიკური ეკლესია), Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində, Qara dənizdəki Roma Katolik kilsəsidir.
Müqəddəs Ruh kilsəsi (Bern)
Müqəddəs Ruh kilsəsi (alm. Heiliggeistkirche‎) – Bernin mərkəzində, Şpitalqasse adlanan döngədə yerləşən orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən yevangelik-reformator kilsəsi. Kilsə Müqəddəs Ruh ordeninin bilavasitə səyi nəticəsində öz hazırkı görünüşünü əldə etmişdi. Dini xidmətləri ilə yanaşı hazırda kilsə binası sərgi, konsert, danışıqlar və digər tədbirlər üçün istifadə olunur. Şpitalqasse 44-də yerləşən Löbegge ilə müqayisədə, bu kilsə Dəmiryol meydanının əsas memarlıq kompozisiyasını təşkil edir. 1865-ci ilə kimi kilsə Kristoffelturm qülləsindən qərbdə yerləşirdi. 1860-cı ildə Bern şəhərində ilk bütün lazımi qaydalara uyğun dəmir yolu stansiyasının məhz Müqəddəs Ruh kilsəsinin arxasında inşa olunması qərara alınmışdır. Müqəddəs Ruh ordeninin Bern şəhərindəki fəaliyyəti 1228-ci ildə, qərbi Tseringerştadt qapılarından 150 metr məsafədə və hazırkı kilsə ərazisində kiçik xəstəxana və müqəddəs Ruh kapellasının tikintisi ilə başlamışdır. Həmin kapella 1496-cı ildə yeni tikilmiş kilsə ilə əvəz edilmişdir. XV əsrin ortalarından sonra, Müqəddəs Ruh Konvensiyanın tədricən tənəzzülü və 1528-ci ildə Reformasiyanın qəbulundan sonra, son iki müqəddəs Ruh üzvləri öz vəzifəsindən istefa edərək Berndən deportasiya olunmuşdular.